İSLAM ƏXLAQI QADINI UCALDIR

Allaha qəlbən bağlı olan qadınlar bütün həyatlarını Allahın əmrlərinə uyğun nizamlayır və Quran əxlaqını yaşamaqda çox diqqətli olurlar. Buna görə də islam dini bütün insanlara olduğu kimi bütün həyatlarını Allah yolunda yaşayan mömin qadınlara da həm dünyada, həm də axirətdə həqiqi mənada şərəf, dəyər və üstün əxlaq qazandırır.

İnsanı gözəlləşdirib üstün edən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən, rəftarlarını təsirli edən o insanın imanı, Allah qorxusu və təqvasıdır. Bu, Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirr, insanların üzərində düşünüb öyüd almalı olduqları əhəmiyyətli bir məlumatdır.

Quran əxlaqı insanlara ən güclü, ən möhkəm və ən gözəl xarakteri qazandırır. Allahın “... Xeyr, Biz onlar üçün öyüd-nəsihət gətirdik...” (Muminun Surəsi, 71) ayəsi ilə bildirdiyi kimi Quranda insanlara “öyüd-nəsihət” verilir. Buna görə də Quran əxlaqını yaşayan qadın hörmətə layiq, şərəfli və təmkinli xarakterə sahib olur. İmanlı insanlar yaşadıqları cəmiyyətin, ailələrininin, yaxın dostlarının təlqinlərinə baxmayaraq Quranda xəbər verilən Müsəlman xarakterini mənimsəyirlər. Belə ki, mömin qadın da həyatını Allahın bəyəndiyi və razı qalacağı əxlaqı mənimsəyərək Quran əxlaqına uyğun müəyyənləşdirir. Quran əxlaqını mənimsəməyən cəmiyyətdəki qadın və kişi xarakterindəki zəifliklərdən, acizliklərdən, çatışmamazlıqlardan fərqli olaraq, bunların əvəzinə gözəl əxlaqın qazandırdığı güclü xarakterə sahib olurlar.

Müsəlman qadın Quran əxlaqına tabedir. Əgər Allahın Quranda bildirdiyi gözəl əxlaqa uyğun yaşadığı üçün ətrafındakı insanlar onu qınayırsa, bu zaman şövqü, iradəsi və arzusu daha da güclənir. Bu insan üçün Allahın rızasını qazanmaq insanların özündən razı qalmasından və düşüncələrindən çox əhəmiyyətlidir.

Müsəlman qadın Allaha təslim olmuşdur.

Müsəlman qadın Allaha səmimi qəlbdən iman etmiş və dərin Allah qorxusuyla boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də sadəcə Allahdan qorxur və yalnız Onun razılığını axtarır. Yalnız Allaha ibadət edir, Onu dost bilir və yalnız Ondan kömək istəyir. Hər hansı bir xeyirlə üzləşsə bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyən zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, özünü ancaq Allahın qoruya biləcəyini bilərək yaşayır. Buna görə də heç vaxt insanlardan nəsə ummur. Nə qədər böyük çətinliklərlə qarşılaşsa belə “…Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək” (Şuəra Surəsi, 62) deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürür. Nə qədər böyük çətinliklərlə qarşılaşsa belə “…Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək” (Şuəra Surəsi, 62) deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürür.

Müsəlman qadının rəhbəri Quran və Peyğəmbərimiz (səv)-in sünnəsidir

Quran əxlaqına uyğun yaşamayan cəmiyyətlərdə qadınların mənimsədikləri əxlaqa baxdığımızda, bu şəxslərin vərdişlərinə, ya da nəfslərinin istəklərinə görə hərəkət etdikləri görərik. Onlar üçün doğru yol digər qadınların ümumi tətbiqləri və nəfslərinin o ankı istəkləridir. Mömin qadınlar isə hər işlərində Quranı rəhbər etdikləri və Peyğəmbərimiz (səv)-in əxlaqını nümunə götürdükləri üçün daim məqsədəuyğun hərəkət edir, hikmətli qərarlar verir və buna görə də etdikləri hər işdə ən yaxşı nəticələri görürlər. Bundan başqa Quran əxlaqını yaşamayan cəmiyyətlərdəki qadınların yaşadığı bütün narahatlıqlardan və çətinliklərdən uzaq həyat yaşayırlar. Allahın “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl Surəsi, 97) ayəsiylə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi gözəl həyat yaşayırlar.

Müsəlman Qadının Tək Hədəfi Allahın Razılığını Qazanmaqdır

Quran əxlaqına görə yaşamayan cəmiyyətlərdə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu kəslərin üfüqlərini çox daraltmış, ideallarını, düşüncələrini və həyat tərzlərini dar sahə ilə məhdudlaşdırmış olmalarıdır. Müsəlman qadın isə bütün məsuliyyətlərinin şüurunda olan insandır. Buna görə də heç vaxt yalnız öz ehtiyaclarının arxasınca gedib, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib, Allahın bildirdiyi öhdəlikləri göz ardı etməz. Həyata dair ideallarını, düşüncələrini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın hər tərəfində çətin vəziyyətdəki insanların, aclıq çəkən, epidemiya, xəstəliklərlə mübarizə edən, müharibə və qarşıdurma mühitlərinin çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini sanki öz problemiymiş kimi düşünüb onlara çarə tapa bilmək üçün əlindən gələn səyi göstərər.

Müsəlman qadın kübardır

Müslüman qadın əsilzadədir, lazımsız hərəkətlərdən, kiçik mənfəətlərdən uzaqdır. Qısqanclıq, dedi-qodu etmək, lağlağılıq, kapriz, ikiüzlülük və buna bənzər rəftarlardan Allahın razı olmayacağı, insanı alçaldan, kübarlıqdan uzaqlaşdıran və şəxsiyyətini zədələyən rəftarlar olduğunu bilir. Bu və buna bənzər hərəkətlərdən uzaq olar.

Quran əxlaqına tabe olmağın insanı daim ən üstün mövqeyə gətirəcəyini bilərək bu xarakterində qətiyyətli olur. Quran əxlaqını yaşadığı üçün hər an səbrli və təmkinli olur. Məsələn: hirslənəcəyi vəziyyətlə qarşılaşdığında hirsini boğur. Ya da qarşısındakı insanların bir qüsurunu gördüyü zaman bununla əsla məsxərə etmir, əksinə ən gözəl şəkildə düzəltməyə çalışır. Bir başqasının özündən üstün olan bir xüsusiyyəti varsa, onu qısqanmaq əvəzinə gözəl tərzdə tərifləyir. Qarşılaşdığı hər münasibətə ən gözəl qarşılığı verməyə çalışır, Quran əxlaqına uyğun tərzdə hərəkət edir. Qarşısındakı insanlar ona qarşı xoş olmayan tərzdə cavablar versələr belə, o, yenə də təmkinli davranır, kübar qadınlara məxsus davranış nümayiş etdirir.

Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir

Müsəlman qadınların bir başqa xüsusiyyəti isə insanların qınamasından təsirlənməyən güclü şəxsiyyətə sahib olmalarıdır (Maidə surəsi, 54). Heç vaxt cahiliyyə əxlaqını yaşayan qadınlar kimi zəiflik göstərmirlər. Kiminsə sözü, hərəkəti, ya da tənqidi, zəiflik edib gücdən düşmələrinə, cəsarətlərinin qırılmasına səbəb olmur. Küsəyənlik, emosionallıq kimi romantik reaksiyalar verməyi heç vaxt özlərinə yaraşdırmırlar. Hər zaman Allaha təvəkkül edirlər. Başlarına gələn hadisələr qarşısında Allahın hər şeyi görüb bildiyini, sonsuz ədalət sahibi olduğunu, heç kimin “xurma çərdəyindəki nazik tel”qədər belə haqsızlığa uğradılmayacağını bilərək rahat olur, Allaha təslim olurlar (Nisa Surəsi, 49). Müsəlman qadın isə doğru olduğunu bildiyi bir mövzuda heç vaxt insanların qınamasından qorxub geri addım atmır.

Allah Quran ayələri ilə insana doğrunu və yanlışı bütün xırdalıqlarıyla bildirmişdir. Müsəlman qadının rəhbəri Qurandır. Əgər müsəlman qadın Allahın Quranda bildirdiyi əxlaqı yaşadığı üçün ətrafındakı insanlar tərəfindən qınanırsa, bu tam əksinə onun bu istiqamətdəki şövqünü, iradəsini və istəyini daha da gücləndirir. Onun üçün Allahın razılığını qazanmaq insanların məmnuniyyətindən və düşüncələrindən daha vacibdir. Çünki insanı qiymətli edən Allah Qatındakı mövqeyidir. Bunu təyin edən də onun Quran əxlaqına uyğun hərəkət etməsidir. Buna görə də insanların düşüncəsinə, ya da camaatın qənaətinə deyil, Quran əxlaqına uyğun hərəkət edirlər. Tək qalsalar belə çoxluğa tabe olmur, müstəqil hərəkət edirlər. Bədiüzzaman Səid Nursi də sözlərində bu mövzuya diqqət çəkmiş, Allahın rızasına uyğun rəftar etdikdən sonra insanların rızasının heç bir əhəmiyyətinin olmayacağını bu cür ifadə edir:

"... Razı-i İlahi kafidir (Allahın razılığı kafidir). Əgər O yar (dost) isə, hər şey yardır (dostdur). Əgər O yar deyilsə, bütün dünya alqışlasa beş qəpiyə dəyməz..." (Risalei Nur Külliyyatı, 21. Lema, s. 668)

Müsəlman qadın mülayim və təmkinlidir

Müsəlman qadın Allahın göstərdiyi yola tabe olduğundan, belə bir güclü və üstün şəxsiyyəti qazanmışdır. Rəhbəri Quran və Peyğəmbərimiz (səs) sünnəti olduğu üçün hadisələr qarşında göstərəcəyi münasibətlər, verəcəyi reaksiyalar həmişə İslam əxlaqına görə olur. Bu da ona mülayim və təmkinli xarakter qazandırır. Necə hərəkət edəcəyi, hadisələri hansı dünyagörüşüylə, hansı məntiqlə qiymətləndirəcəyi ətrafındakılar üçün heç vaxt gözlənilməz olmur. Ağlı, vicdanı, rəftarları, danışıqları həmişə Quran əxlaqının qazandırdığı sabitliyi əks etdirir. Buna görə də etibarlı xarakterə malik olur. Əxlaqındakı və xarakterindəki bu sabitliyə görə cahiliyyə cəmiyyətlərində ön plana çıxan qadın xarakterindən çox fərqli xarakter nümayiş etdirir.

Müsəlman qadın emosional deyil

Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələnduyğular’ olduğu iddia edilərək daima buna təşviq edirlər. Halbuki, bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünən emosionallıq, insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünə bilmir, məqsədəuyğun qərarlar qəbul edə bilmir.

Müsəlman qadın, bütün həyatını və xarakterini Qurana əsasən təyin etdiyi üçün nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu haqqında ən doğru məlumatlara malikdir. Emosionallığın insanı ağıldan uzaqlaşdırdığını, doğru düşünməsini əngəllədiyini, həqiqətləri olduğu kimi görməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Cahiliyyə əxlaqının səbəb olduğu qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərə qapılmaq, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların, imanlı insanın xarakteriylə uyğun olmayan xüsusiyyətlər olduğunun da şüurundadır. Bundan başqa bu cür emosional davranışlardan çəkinib güclü xarakter göstərməklə, bu xarakteri mənimsəyən qadınlar üçün gözəl nümunə olacağını bilir və belə bir şüurla, məsuliyyətlə hərəkət edirlər.

Müsəlman Qadın boş sözlərdən və işlərdən çəkinir

Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez rast gəlinən haldır. Halbuki Allah Quranın bir ayəsində iman edənlər haqqında “O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən) üz döndərərlər” (Muminun surəsi, 3) deyə buyurur. “Lağlağıdan üz döndərmək” əhəmiyyətli bir mömin xüsusiyyətidir. Müsəlman qadın isə cahiliyyə əxlaqının qadın xarakterinə aid bütün bu xüsusiyyətlərdən uzaq xarakterə sahibdir. Allahın insan üçün dünya həyatında çox məhdud ömür vaxtı təyin etdiyini və zamanın sürətlə azaldığını bilir. İnsanların axirət həyatında Allahın sonsuz cənnətini, rəhmətini və razılığını qazana bilmək üçün əllərindəki tək imkanı isə dünya həyatındakı bu vaxtlarıdır. Buna görə Müsəlmanlar yaşadıqları hər anın özləri üçün çox qiymətli olduğunu bilərək hərəkət edirlər. Bir anlarını belə boş işlə əylənərək, boş sözlərlə keçirməklərinin böyük itki olacağının və bunun axirətdə insanın böyük peşmanlıq duyacağına səbəb ola biləcəyinin fərqindədirlər. Hər anlarını bu düşüncə ilə keçirir və daim Allahın razılığını qazanmağı ümid etdikləri işlərə yönələrlər. Allahın “Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali İmran Surəsi, 114) ayəsiylə bildirdiyi kimi, yaşadıqları hər anı Allahın razılığını qazana bilmək üçün ‘xeyirlərdə yarışaraq’ keçirirlər.

Müsəlman Qadın İffətli və Şərəflidir

Allah, şərəfi "Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik." (Nisa Surəsi, 31) ayəsiylə Quran əxlaqını yaşamaqda səmimi səy göstərən, Özündən lazım olduğu kimi qorxub-çəkinənlərə verəcəyini bildirmişdir.

Həqiqi şərəf, insanın sahip olduğu Allah qorxusu və axirət inancına sahib olduğu üçün mənfəət əldə etmək üçün saxtakarlığa, yalana, ikiüzlülüyə meyl etməməsidir. Cahil davranışlara ən gözəl tərzdə qarşılıq verməsidir.

Mömin qadın da Allaha olan dərin imanı və qorxusuna görə, şərəfli və təmkinli şəxsiyyətə sahibdir. Quran əxlaqına uyğun davranışın insanı daim üstün mövqeyə yüksəldəcəyini bilərək, Allahın bəyəndiyi təvazökar və gözəl əxlaqından heç vaxt güzəştə getmir.

Allah, başqa bir ayədə isə iffətin əhəmiyyətini "...onların (azad və iffətli) tanınması və əziyyət görməmələri üçün ən uyğun olan budur..." (Əhzab Surəsi, 59) ifadəsiylə bildirmişdir. İffət qadına hörmət və şərəf qazandırır və onun cəmiyyət içərisində əziyyət görməsinə mane olur.

Mömin qadınlar Allahın Quranda bildirdiyi bütün qanunlara ən gözəl şəkildə tabe olaraq qürur, təmkin və hörmət qazanırlar. Belə insanın bütün hərəkətlərindən, danışıqlarından, üzündəki ifadədən, baxışlarından, gülüşündən nə qədər iffətli və təmkinli olduğunu anlamaq mümkündür. İffətli qadının təbii xanımlığı, insani heybəti və etibarlı şəxsiyyəti var. Allah yuxarıdakı ayədə də möminlərin bu xüsusiyyətləriylə 'tanındıqlarına' diqqət çəkmişdir. Quranın başqa bir ayəsində isə "...Onların əlaməti üzlərində olan səcdə izidir..." (Fəth Surəsi, 29) ifadəsiylə Allah möminlərin üzlərindən tanındıqlarına diqqət çəkmişdir.


Müsəlman qadının üstün şəxsiyyəti

Səmimiyyət insanın daxili ilə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox dürüst, açıq və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbii şəkildədir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət təsir meydana gətirir. Ancaq insanların çoxu səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, ancaq səmimiyyətlə qazanılan bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Bəzi insanlar qarşılarındakı şəxslərə təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlər və istəmədikləri, ya da o cür düşünmədikləri halda olsalar da qarşı tərəfi razı etmək üçün o cür görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldadır, bir insan haqqındakı mənfi qənaətlərini gizlədər və ondan soruşulduqda tam tərsinə məlumat verirlər.

Müsəlman qadın isə ürəyindəki Allah qorxusundan bu cür hərəkətlərdən diqqətlə çəkinir. Heç vaxt kiçik mənfəətlər uğrunda insanların məmnuniyyətini qazanmağa çalışmır. Bütün bunların insanı həm Allah Qatında, həm də insanların gözündə hörmətdən salan sadə hərəkətlər olduğunu bilir və heç vaxt bu cür hərəkətlər etmir. Məqsədi həyatının hər anında Allahın razılığını qazanmağı ümid etdiyi xarakterə sahib olmaqdır. Müsəlman qadın Allahın bəyəndiyi əxlaqın ancaq səmimiyyətlə yaşanacağını bilir. Allahın “…Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.” (Şura Surəsi, 24) ayəsiylə bildirdiyi kimi insanların ürəklərində gizlədiklərini bildiyinin də şüurundadır.


Müsləman Qadın Cəsurdur

Allaha qarşı olan sevgiləri, etibarları, bağlılıqları və təslimiyyətləri onlara cəsarət və güclü xarakter qazandırır. Allahın insanları çətinliklərlə sınayacağını, bunlar qarşısında cəsarət və təslimiyyətlə Allaha bağlılıqda dözüm göstərənləri isə rəhmətinə qovuşduracağını bilirlər. Bu da onları daha qərarlı və şövqlü edir.

Müsləman qadının bu cəsarəti dünya həyatına dair heç bir qayğı çəkməməsindən qaynaqlanır. Allaha olan dərin təslimiyyəti ve etibarı, mal və can qayğısı çəkməsinə mane olur. İnsanı Allah yaratmışdır ve həyatına son verən də ancaq Odur. Eyni şəkildə dünya həyatında sahib olduğu maddi-mənəvi bütün nemətləri -sağlamlığını, gəncliyini, malını, mülkünü, bir sözlə hər şeyini- özünə verən Allahdır. Bunları geri alacaq olan yenə də ancaq Allahdır. Mömin qadın Allahın her şeyi xeyir ve hikmətlə yaratdığını bildiyi üçün bunlardan hər hansı birinə zərər toxunduğunda, bunun Allahdan bir gözəllik və xeyir olaraq özünə qayıdacağını bilmənin rahatlığını yaşayır. Buna görə təhlükə, çətinlik, ya da risqlə qarşı-qarşıya qaldıqda əsla sarsılmır.
Bununla yanaşı müsəlman qadının cəsarəti onun Allahın sərhədlərini qorumasındakı davamlılığından da aydın olur. Şərtlər necə olursa-olsun, Quran əxlaqından qətiyyən geri dönmür. Allahdan başqa heç nədən və heç kimdən qorxmur, Allahın razılığına uyğun davranmaqda heç tərəddüd etmir. Allah iman edənlərin bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:
“Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.” (Əhzab Surəsi, 39)

Quran Əxlaqında Qadın və Kişinin Əxlaq Xüsusiyyətləri Eynidir

Məqalədə mömin qadınların qeyd etdiyimiz üstün əxlaq xüsusiyyətləri, verilən nümunələrdə də göründüyü kimi Quran əxlaqına görə yaşamayan cəmiyyətlərdə geniş şəkildə yaşanan qadın xarakterindən çox fərqlidir. Çünkü Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə qadınlar, ümumiyyətlə cəmiyyət tərəfindən özlərinə uyğun hesab edilən və nəsildən-nəsilə keçərək günümüzə qədər gələn ortaq bir xarakteri yaşayırlar. Bu cür cəmiyyətlərdə qadın üçün ayrı, kişi üçün ayrı əxlaq xüsusiyyətləri təyin olunmuşdur.

Quranda isə Allah, qadın və kişi üçün ayrı bir xarakter bildirməmiş, bütün insanları “bir Müsəlman xarakteri”nə tabe olmağa dəvət etmişdir. Quran əxlaqına görə qadın və kişi eyni məsuliyyətlərə malikdir. Bu xarakterdə kişinin məsul tutulduğu bütün əxlaq xüsusiyyətlərindən eyni şəkildə qadın da məsuldur. Saleh əməllər işləyən hər insan, qadın ya da kişi, heç bir fərq olmadan Allahın razılığı, rəhməti və neməti ilə qarşılıq görəcək. Allah bir ayədə Müsəlman qadın və Müsəlman kişinin yaşamaqla məsul olduğu bu ortaq İslam əxlaqını bu şəkildə bildirir:

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab Surəsi, 35)
Uca Rəbbimizin ayədə də buyurduğu üzrə Quran əxlaqına görə qadının və kişinin xarakteri cəmiyyətin dəyər mühakimələrinə, ya da davam edən ənənə və adətlərə görə deyil, Allahın bildirdiyi “ideal Müsəlman əxlaqına” görə şəkillənmişdir. Bu əxlaqı yaşayan Müsəlman qadınlar və kişilər son dərəcə güclü və möhkəm bir şəxsiyyətə sahibdirlər. Ən əhəmiyyətlisi isə bu əxlaqı cəmiyyətdə üstünlük əldə edə bilmək üçün deyil, yalnız Allahın razılığını və sevgisini qazana bilmək üçün yaşayırlar. Ömürləri boyunca bu əxlaqı nümayiş etdirən möminlərin Allah Qatında görəcəkləri qarşılıq bir ayədə belə müjdələnilmişdir:

“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa Surəsi, 124)
(məqalə harun yahya)