XİDMƏT ETMƏK ÜÇÜN HEÇ BİR İMKANINIZIN OLMADIĞINI DÜŞÜNÜRSÜNÜZSƏ…

Bu saytın hazırlanmasında məqsəd Allah’ın dinini insanlar arasında yaymaq və İslam əxlaqını dünya üzərində hakim etmək istəyən insanlara yol göstərməkdir. Çünki hər insan böyük və ya kiçik, az və ya çox dərəcədə müxtəlif imkanlara malikdir. Birisi maddi imkanlara sahib ikən, digəri maddi imkana sahib olmasa da, əldə etdiyi biliyi İslama xidmət yolunda istifadə edə bilər. Allah’ın bütün insanlara rəhmət olaraq göndərdiyi Peyğəmbərimizin, digər müqəddəs peyğəmbərlərin, sahabələrin və tarix boyu yaşamış saleh müsəlmanların həyatları bu mövzudakı nümunələrlə doludur. İman edənlər Allah’ın razı qalacağını ümid etdikləri gözəl əxlaqı insanlara anlatmaq üçün imkanlarını səfərbər etmişlər.

Peyğəmbərimiz (SAV) böyük bir əzmlə Allah’ın dinini təbliğ etmiş və insanları Quran əxlaqını anladaraq maarifləndirmişdir. Onun bu əzminin, uğurunun və cəsarətinin əsasında Allah’a olan güclü imanı, təvəkkülü və təslimiyyəti durur.

Peyğəmbərimiz (SAV) hər cür vəziyyətdə Allah’ın onunla birlikdə olduğunu bilmiş, hər hadisəni Allah’ın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman etmişdir. Peyğəmbərimiz (SAV)-in bu hədisi-şərifi onun hər şeydə xeyir görən təvəkkülünə bir örnəkdir.

“Mömin insanın vəziyyəti nə qədər təəccüblüdür. Hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət başqasına deyil, sadəcə möminə xasdır: ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir; bir zərər gəlsə səbr edər, bu da xeyirdir.”

Bir insanın imkanlarının məhdud olması səbəbindən ümidsizliyə böyük bir xəta olar. Vacib olan insanın ixlasla, səmimiyyətlə, qarşılığı sadəcə Allah’dan umaraq xidmət etməsidir. Görülən işin böyük və ya kiçik, verilən sədəqənin az və ya çox olması vacib deyil. Vacib olan səmimiyyətdir, sadəcə Allah üçün səy göstərməkdir.

Məsələn, bir insan maddi cəhətdən heç bir imkana sahib olmaya bilər. Xəstəlik səbəbindən yatağından qalxa bilməz. Ya da gözləri görməz, qulaqları eşitməz, iflic olduğu üçün əlləri tutmaz. Gəzməz, danışmaz və ya yazı yaza bilməz. Amma bu insan da içinə düşdüyü bu vəziyyəti Allah’dan bir nemət, bir xeyir olaraq görməli və sahib olduğu imkanları yaxşı istifadə etməlidir. Yataqda qaldığı müddət ərzində Allah yolunda fikrən mübarizə aparan insanlar üçün dua edərək, Allah’a imanda dərinləşmək üçün dərindən düşünərək, yaxınlığındakı insanlara Allah’ın ayələrini xatırladaraq, fikirlər düşünərək, əgər bacarırsa, kitab oxuyaraq, yazı yazaraq da İslam dininin yayılmasında çox böyük faydası dəyəcəyini heç ağlından çıxarmamalıdır.
İnsanın yaxşı və ya pis, müsbət və ya mənfi kimi görünən bütün hadisələri hər nə olsa da, mütləq xeyrə yozması Allah’a olan səmimi imandan qaynaqlanan vacib bir əxlaq xüsusiyyəti və yenə imanın gətirdiyi bir yaşayış tərzidir. Və bu həqiqətin fərqinə varmaq da insana dünyada və axirətdə bütün nemətlərin qapısını açan, insanın həyatına hüzur və salamatlıq gətirən vacib bir məsələdir.

Gün ərzində möminin heç bir şeyə kədərlənib bədbin olmaması imanı doğru anladığının bir göstəricisidir. Qarşılaşdığı hadisələri xeyir gözü ilə dəyərləndirməmək, daima narahat və ümidsiz bir ruh halı içində yaşamaq, çatışmazlıq axtarmaq və qəmgin olmaq isə tərtəmiz, açıq bir imanı yarımçıq anlamağın əlamətləridir. Bu xəta dərhal aradan qaldırılmalı, davamlı iman sevinci sabit həyat xüsusiyyəti halına gətirilməlidir. Allah’a iman edən bir insan tərslik və ya xəta kimi görünən bir hadisə ilə qarşılaşdıqda əslində bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilməlidir. “Çatışmazlıq”, “tərslik”, “kaş ki” kimi kəlmələri isə ancaq dərs almaq, ibrət almaq məqsədi ilə işlətməlidir. Yəni “bu hadisə hikmətli və xeyirlidir, ancaq gələn dəfə eyni səhvi etməyim, indi öyrəndiyim şəkildə doğrusunu edim” şəklində bir nöqteyi-nəzərdən qərar verməlidir. Yenidən eyni çətinliklə qarşılaşsa və ya eyni xətanı işləsə, yenə hər şeyin xeyir və hikmətlə yaradıldığını fikrindən əsla çıxarmamalı və “gələn dəfə doğru qərar verim” deyə niyyət etməlidir. Hətta eyni şey dəfələrlə də təkrarlansa, yenə də müsəlman üçün bu vəziyyətin də bir xeyir olduğunu bilməlidir; çünki bu, Allah’ın qanunudur və Allah’ın qanunu əsla pozulmaz.

Bir insanın nəfsini razı salmaq üçün Allah’dan gələn xeyir və hikmətin daima davam etməsini bilməlidir. Bu həqiqəti qavramaq dünyada mömin üçün böyük bir nemətdir. Din əxlaqından uzaq, inkar içindəki insan daima əzab içindədir; hər hadisənin öz əleyhinə olduğunu düşünər və buna görə də davamlı sıxıntı içində olar. Mömin isə hadisələrin hikmət və xeyirli tərəflərini görə bildiyi üçün sevinc içində yaşayar.

Elə buna görə orta mövqe tutmaq, qarşılaşdığı hadisələri həm xeyrə, həm şərə yozaraq əzab içində qalmaq iman edən bir insanı axirətdə çox utandırar. Bu qədər açıq və asan bir həqiqəti tənbəllik və qəflətdə olduğu üçün anlamamaq, vicdana və ağla tam qəbul etdirməmək axirətdə və dünyada əzab içində yaşamağa səbəb ola bilər. İnsan Allah’ın hazırladığı qədəri tamamilə qüsursuz yaratdığını bilməlidir. Milyonlarca hadisədən ibarət olan bu qədərdə xeyir gözü ilə baxan insan üçün sadəcə gözəlliklər, xeyirlər və hikmətlər vardır. İmanlı bir mömin iradə və ağıl ilə gün ərzində heç bir hadisədə şeytanın tələsinə düşməz. Hadisədəki vəziyyət, şəxslər, gün, yer nə olarsa olsun, xeyir olduğunu əsla unutmaz. O bu xeyri görməyə bilər, ancaq vacib olan hər şeyin xeyirlə yaradıldığına qəti şəkildə inanmaqdır.

İslam dininə xidmət etmək istəyən insanlar da maddi və mənəvi çatışmazlıqlarla, çətinlik və sıxıntılarla qarşı-qarşıya ola bilərlər. Ancaq bütün bu çatışmazlıqları və çətinlikləri yaradan da aləmlərn Rəbbi olan Allah’dır və insan bu şərtlər daxilində necə bir əxlaqla davranacağı ilə sınanır. Vacib olan şey məqalə boyunca da vurğuladığımız kimi hər şeyin xeyir tərəfini görmək və əldəki bütün imkanlarla Allah’ın dininin yayılması üçün səy göstərməkdir.

Aşağıda imkanlarının məhdud olduğunu, vaxt tapa bilmədiklərini, fiziki qüsurları səbəbilə xidmət edə bilmədiklərini düşünən insanlara bəzi yollar göstərilir və tövsiyyələr edilir;

Vaxtınızın olmadığını düşünürsünüzsə;

- Televizor qarşısında keçirdiyiniz boş saatlardan qənaət edib bu vaxtdan ətrafınızdakılara Quran əxlaqını anlatmaq üçün istifadə edə bilərsiniz.

- Sizə fayda verməyəcək seriallardan, maqazin proqramlarından uzaq durar, bu vaxtı İslam əxlaqını anladan əsərləri oxumaq, saytlara baxmaqla keçirə bilərsiniz.

- Boş və lazımsız söhbətlərdən uzaq gəzərək vaxt qazana bilərsiniz.

- Faydasız mövzularda olan jurnal və qəzetləri oxumaqdan çəkinə bilərsiniz.

Maddi imkanlarınızın məhdud olduğunu düşünürsünüzsə;

- Sizə faydası olmayan jurnalları, qəzetləri almayıb bunların yerinə “Mercek” kimi hər səhifəsində çox dərin məlumatlar olan jurnalları ala bilərsiniz. Daha sonra bu jurnalları oxumaq üçün yoldaşlarınıza verib ətrafınızdakı insanlara da fayda verə bilərsiniz.

- Oxuduğunuz qəzetlərdəki, jurnallarıdakı xəbərləri toplayıb kitablarda istifadə etmək üçün nəşriyyat evinə yollaya bilərsiniz.

- Əgər tək sizin maddi imkanınız yoxdursa, dostlarınızla birləşib bir kitab alaraq birlikdə oxuya bilərsiniz. Daha sonra bu kitabları oxumaq üçün digər dostlarınıza da verə bilərsiniz.

- Əgər tək sizin imkanınız yoxdursa, məhəllədəki dostlarınızla danışıb bir nəfərin evində bir kitabxana yarada bilərsiniz. Aldığınız kitabları bu kitabxanaya qoyub bir çox insanın istifadə etməsini təmin edə bilərsiniz.

- Köhnə musiqi kasetlərini yığıb, silərək üzərindən Harun Yəhya səs kasetlərini yaza bilər, bu kasetləri yaxınlarınıza, yoldaşlarınıza dinləmək üçün verə bilərsiniz.

- Əgər CD almaq, kitabları çoxaltmaq sizin büdcənizə uyğun gəlmirsə, 10 dənə disket ala bilərsiniz. İslam əxlaqını anladan internet saytlarından müxtəlif kitab və məqalələri disketə köçürüb dostlarınıza hədiyyə edə bilərsiniz. Onlara da disketləri istifadə etdikdən sonra başqalarına verməyi söyləyə bilərsiniz.
(məqalə harun yahya)