SİZ DƏ ƏTRAFINIZDA İSLAM ƏXLAQINI YAYA BİLƏRSİNİZ

İslam əxlaqından bəhs etməyə özətrafınızdan başlayın...

İnsanın heç tanımadığı, əxlaqını və həyata baxışını bilmədiyi bir şəxsi din əxlaqına dəvət etməsi məlumat, təcrübə və zaman tələb edir. Bu səbəbdən, İslam əxlaqını əvvəlcə tanıdığınız, asanlıqla ünsiyyət qura biləcəyiniz şəxslərə izah edə bilərsiniz. Bu sizə vaxt qazandıracaq, təcrübə əldə etməyinizə və çatışmayan cəhətlərinizi görməyə kömək edəcəkdir.

Harun Yəhyanın kitablarından öyrəndiklərinizi əvvəlcə ailənizlə, yaxın dostlarınızla, özünüzə yaxın hiss etdiyiniz yoldaşlarınızla paylaşa bilərsiniz. Onlara birlik və bərabərliyin əhəmiyyətindən, dövlətə bağlılığın vacibliyindən, Allahın yaradılış dəlillərindən, hüdudsuz güc və qüdrətindən, İslam əxlaqı və Peyğəmbərimizin (s.ə.v.) həyatından danışa bilərsiniz. Bu gözəl ibadəti yerinə yetirərkən Peyğəmbərimizin (s.ə.v.) bu qiymətli sözünü unutmayın:

“Allahın evlərinin birində toplanıb Allahın kitabını oxuyan, onu aralarında öyrənən və öyrədən qrupa mütləq rahatlıq enər. Onları rəhmət bürüyər, mələklər əhatə edər və Allah (C.C.) onları yanındakılarla zikr edər”.

Yuxarıdakı hədisdə də bildirildiyi kimi, Quran ayələrini öyrənmək və insanlara öyrətmək Allah Qatında çox qiymətlidir. Bunun üçün vaxtınız olmadığını düşünməyin. Əgər gün ərzində vaxtınızı düzgün bölsəniz, İslam əxlaqından çox şey bəhs edə bilərsiniz. Aşağıda tətbiq edə biləcəyiniz bir çox nümunə verilmişdir. Hər gün bu nümunələrdən bir və ya bir neçəsini tətbiq edə bilərsiniz. Bir neçə aydan sonra vaxtınızı xeyirli bir məqsədə sərf etdiyinizi daha yaxşı anlayacaqsınız.

- Qonağınız gəldiyi zaman boş və mənasız söhbət etməkdənsə, Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirdiyi gözəl əxlaq, qardaşlıq kimi mövzular haqqında danışa bilərsiniz. Birlikdə Quran ayələrini, peyğəmbərlərin həyatlarından bəhs edilən qissələri oxuya bilərsiniz. Harun Yahyanın imani, elmi və ya siyasi kitablarından da birlikdə oxuya bilər, kitablardan öyrəndiklərinizi qısa da olsa, bir-birinizə danışa bilərsiniz.

- Səfər zamanı və ya yolda gedərkən söhbət etmək üçün Harun Yəhyanın kitablarından mövzular seçə bilərsiniz. Bunun üçün xüsusi vaxt ayırmaq lazım deyil, söhbət edərkən keçirəcəyiniz vaxtı hikmətli şəkildə dəyərləndirmiş olacaqsınız.

- Həmişə alver etdiyiniz, yaxud yolunuzun üstündəki DVD, VHS, VCD və ya səs kasetləri satan mağazalara Harun Yəhyanın əsərlərinin satışa qoyulmasını təklif edə bilərsiniz. Əgər bu yerlərdə gün ərzində televizordan və ya musiqi mərkəzindən verilişlər və s. yayımlanırsa, bu televizorda Harun Yəhyanın əsərlərindən hazırlanan sənədli filmlərin göstərilməsini və ya səs kasetlərinin dinlədilməsini təklif edə bilərsiniz. Təklifinizə müsbət yanaşan mağazalara saytımızı bildirə bilərsiniz.

- Yaşadığınız ərazidəki kitab evlərində Harun Yəhyanın əsərlərinin olması üçün kitab evinin cavabdeh şəxslərinə təkliflər edə bilərsiniz.

- “Mərcək”, “Araştırma” və “Düşünen Çocuk” kimi gözəl əxlaqdan, birlik və bərabərlikdən bəhs edən jurnalları izləyə və ətrafınızdakıları da bu jurnalları almağa və abunə olmağa sövq edə bilərsiniz.

- “Mərcək” və “Düşünen Çocuk” jurnalları ilə birlikdə hədiyyə verilən sənədli filmləri dostlarınızla, ailənizlə izləyə və ətrafınızdakılara onlardan bəhs edə bilərsiniz.

- Yaşadığınız ərazidəki qocalar evlərinin, uşaq evlərinin ünvanlarını öyrənib ora kitab, sənədli film, səs kaseti hədiyyə verə bilərsiniz.

- Uşaq kitabları alıb uşaq bağçalarına və məktəbəqədər hazırlıq mərkəzlərinə hədiyyə verə bilərsiniz. Vaxtınızın müəyyən hissəsini ayırıb oradakı uşaqlara könüllü şəkildə kitab oxuyub İslam əxlaqını öyrənmələrinə kömək edə bilərsiniz.

- Beynəlxalq və yerli mətbuatda Harun Yəhyanın məqalələrinin yayımlanmasını təmin edə bilərsiniz. Bunun üçün saytımızla əlaqə yaradıb yazı və məqalələr əldə edə bilərsiniz.

- Xaricdə yaşayan bir qohumunuz varsa, ondan yaşadığı şəhərdəki kitabxana, mətbuat evi kimi yerlərin adlarını öyrənməyini xahiş edə bilərsiniz. Sonra isə bu yerləri saytımıza bildirə bilərsiniz.

- Yaşadığınız ərazidə Quran möcüzələri, Kainatın yaradılışı və ya Yaradılış həqiqəti mövzularında konfransların aparılmasını təmin edə bilərsiniz. Bunun üçün ya sizin, ya da tanıdığınız təşkilatın bu işləri görməsi və mətbuat evi ilə əlaqə saxlaması kifayətdir. Bu yolla da insanların Allahın yaradılış dəlillərini öyrənmələrinə vəsilə ola bilərsiniz.

- Harun Yəhyanın dövlətə və millətə olan bağlılığını nümunə götürüb Türk-İslam birliyi üçün siz də eyni əxlaqı göstərərək, əlinizdən gələni edə bilərsiniz.
(məqalə harun yahya)