2 sonuçtan 1 ile 2 arası

İlahi!..

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    İlahi!..

    Ey adəm övladı!
    Heç bilirsənmi o dünyada indi düşünmədən istifadə etdiyin gözlərin,qulaqların,dilin,əllərin və eləcə də bütün bədən üzvlərin etdiyin əməllərə şahid olacaq?
    Sən etdiyin əməlləri inkar etdiyində onlar: “İlahi,sənin bu bəndən yalan deyir” deyə cavab verəcəklər.
    Hətta onlar öz haqlarını tələb edəcəklər.

    Gözlər: İlahi, sən məni Quran oxumaq üçün,haqqı nahaqqı ayırd etmək, xeyir işlər görmək üçün insanlara köməkçi olmam üçün yaratdın...Amma onlar məni öz haqlarımdan məhrum etdilər.Haqqı görərək nahaq söylərdilər,zinanın haram olduğunu bilərək zina etdilər...İlahi sənin mənim üçün təyin etdiyin vəzifələri öz pisliklərinə bulaşdıraraq məni də harcadılar.

    Qulaq: İlahi, mən bu insanlardan haqqımı tələb edərək onlardan sənə şikayətçi oluram.Çünki İlahi,sən məni peyğəmbərlərin,imamların kəlamlarını,Quran eşitmək üçün,valideynlərin nəsihətlərinə qulaq asmaq üçün yaratdın...
    Onlar isə əksinə olaraq elə həyat yaşadılar ki, ancaq yalan və pis sözlər eşitməyə məcbur oldum...

    Dil: İlahi,mənim vəzifəm haqqı söyləmək,Quran oxumaq,əmr be məruf etmək,dua etmək,pis yolda olanlara xoş sözlər,kəlamlar söyləyərək düz yola çəkmək olduğu halda onlar məni(yəni insanlar) məni istədikləri kimi istifadə edərək haqqımı aldılar.

    Əllər: İlahi,sən məni xeyir əməllərə etmək,köməyə ehtiyacı olanlara əl tutmaq üçün yaratdın...Amma bu insanlar mənimlə pis əməllər edərək məni də öz iyrənc əməllərinə şərik etdilər...İlahi,öz haqqımı tələb edərək bunlardan sənə şikayətçi oluram.

    Ey insanlar! Bu dünyada elə həyat yaşayaq ki, bur hallarla üzləşməyək.
    ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: İlahi!..

    cox pis oldum
    Ellerine saglık cox meraqlıydı
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.