3 sonuçtan 1 ile 3 arası

Həyatın ən böyük seçimi - Ailə qurmaq

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Həyatın ən böyük seçimi - Ailə qurmaq

    Xoşbəxt adam odur ki, səhər işinə, axşam evinə tələsir. Hər dəfə evinin qapısını açanda üzünə bir təbəssüm qonursa, deməli, o evdə yaşamağa dəyər. Ailə kiminə bir cənnət guşəsi, kiminə cəhənnəm çuxurudur. Əlbəttə ki, insana həqiqi cənnəti və cəhənnəmi təsəvvür etmək imkanı verilməyib. Bu mənada bütün müqayisələr qüsurludur. Ancaq həqiqətən də könül xoşluğu ilə qapını açıb içəri girmək tamam başqa bir səadətdir. Yox, əgər hər dəfə astanadan içəri keçəndə ürəyində gizlicə gileylənirsənsə, oturub çox şeyi yenidən düşünməyə dəyər.

    Gir oyna, çıx oyna...

    Çox maraqlı bir söz var, deyirlər ki, əgər xanımın gözəldirsə, neyləyirsən toya getməyi elə evindəcə gir oyna, çıx oyna. Əgər xanımın çirkindirsə, neyləyirsən vaya getməyi, gir ağla, çıx, ağla. Təbii ki, gözəllik üzdə deyil, gözdədir. Həm də görən gözdə, sevən gözdə. Məşhur şairin dediyi kimi: “Sənin gözəlliyin beş quruş etməz, mənim könlümdəki bu eşq olmasa”...

    Gəncliyin ilk çağlarında hər oğlan dünyanın ən gözəl qızı ilə, hər qız da dünyanın ən yaraşıqlı oğlanı ilə ailə qurmaq istəyir. Ancaq bu iddianın arxasında dayanan reallığı da unutmaq doğru deyil. Belə ki, sən dönüb aradabir özünə də baxmalısan. Yəni, doğrudanmı sən dünyanın ən yaraşıqlı oğlanısan və ya doğrudanmı sən dünyanın ən gözəl qızısan?.. Bir də hər kəs bir niyyətlə ailə qurur. Kimi gözəllik istəyir, kimi vəzifə, kimi var-dövlət, kimi də isti bir ailə. Ancaq hər kəs istədiyinə qovuşmur. Uzaqdan göz oxşayan çox “parıltıların” illüziyadan başqa bir şey olmadığı ortaya çıxanda hər şey alt-üst olur. Ona görə də, sevgi nə qədər alovlu, nə qədər yandırıcı olsa da, onun nüvəsindəki niyyət təmiz olmalıdır. Niyyət təmizdirsə, heç vaxt uğursuz olmaz.

    Peyğəmbərimizin tövsiyəsi

    Rəsulullah (s.ə.s.) buyurur ki, xanımları əsasən dörd keyfiyyətinə görə seçirlər: gözəlliyinə, var-dövlətinə, əsil-nəcabətinə və Allaha bağlılığına görə. Allah Rəsulu bu bölgülər arasında ən çox sonuncuya üstünlük verir və bildirir ki, bu seçim daha etibarlıdır və digərlərinin hamısından ala biləcəyin zövqü həyatın boyu sənə daddıra bilər. Ona görə də bu məsələdə Peyğəmbərimizin tövsiyəsini əsas tutmaq ən doğru yoldur.

    Şərti şumda kəsək ki...

    Evlilik nikahla başlayır. Nikah ailə quran gənclər arasında imzalanmış rəsmi sənəddir. Özünüz təsəvvür edin: şirkət quranlar, beş qarış torpaq alıb-satanlar, ev, maşın alveri edənlər əlli yerdən sənəd toplayırlar, dövlət möhürü olmadan addım atmırlar. Bəs necə olur ki, sən ömrünü bölüşdüyün insanla bir razılaşma, bir vəzifə bölgüsü aparmadan o yola çıxırsan, bu doğrudurmu? Bəlkə də bizim gənclərin ən böyük səhvi ondadır ki, “sevgi işığında qamaşan gözlərini” yumaraq ən vacib şərtləri bir kənara qoyur və quru bir sənədə imza atırlar. Bəli, ən böyük səhv buradan başlayır.

    Siz bir-birinizi sevirsiniz, sevgi böyük nemətdir, həyatınızın dadıdır, ancaq ən xoş anınızda belə ən ağır gününüzü düşünməli və bir faciə baş verməmiş tədbir görməlisiniz. Bir sözlə, bir-birinizi sevin, bir-birinizi sayın, ancaq qara günlərinizi də nəzərdən qaçırmayın. Hətta yaşamasanız belə...

    Ağsaqqalların, şahidlərin hüzurunda bir-birinizə qarşı borcunuzu, haqqınızı, vəzifənizi açıq-aydın deyin. Elə olmasın ki, “sevginin parıltısı” keçəndən sonra reallığı görüb bir-birinizdən ürkəsiniz.

    Çox qızlar var ki, ərə gedəndən sonra oğlanın qarşısında şərt qoyurlar: ayrı yaşamalıyıq, sənin valideynlərinə baxmaq mənim borcum deyil. Qız haqsızdırmı, bunu demək çətindir. Ən azı ona görə ki, evlənməzdən əvvəl günlərlə gəzib-dolaşanda, ya da dağdan-bağdan danışanda heç kim bir dəfə də olsun bu məsələdən söhbət açmır. Yəni, nə oğlan: “Mən valideynlərimdən ayrı yaşaya bilmərəm” deyir, nə də qız “mən müstəqil yaşamaq istəyirəm, sənin valideynlərinə baxmaq borcum deyil” deyir. Nəticədə, ailənin gələcəyi “dalana girir”. Yaxşı olmazdımı ki, bu söhbəti vaxtında, hələ nikahdan, nişandan əvvəl “gündəliyə çıxaraydılar”? Yaxşı olmazdımı ki, qız əvvəlcədən “Mən diplomumu sandıqda saxlamaq üçün almamışam, işləyəcəyəm” deyəydi və oğlan da qızın bu qərarına görə qərar qəbul edəydi? Yoxsa, “sənin işin uşağına baxmaqdır, işləyə bilməzsən” iddiasını sonradan ortaya qoyanda əlbəttə, söz-söhbət də olacaq, narazılıq da...

    Nikah nədir?

    Nikah Allahı şahid tutaraq ailə həyatı quran qadınla kişinin bir-biri qarşısında öhdəlik götürməsi və vəd verməsidir. Ona görə də, hər iki tərəfin şahidləri bu mühüm aktın imzalanmasında iştirak edirlər. Ona görə də nikaha qədər bütün məsələlər razılaşdırılmalı, maddi-mənəvi bütün problemlər həll edilməlidir.

    Qurani-Kərimdə bildirildiyi kimi, tərəflər bir-birini Allahın əmanəti kimi qəbul etməlidirlər. Yəni, bir xanım bir kişiyə təkcə həyat yoldaşı yox, həm də Allahın əmanətidir. Həyat yoldaşına doğru-düzgün baxmayan, ona layiq olan qiyməti verməyən, xəyanət edən kişi Allahın əmanətinə xəyanət etmiş olur. Deməli, o başa düşür ki, bir gün o xəyanətinə görə Əmanət Sahibinə, yəni Allahın özünə cavab verməli olacaq. Buyurun, bu da sizə nikahın hikməti, bərəkəti. Nikah təkcə notariusda imzalanmış əmlak sənədi deyil ki, sabah ayrılanda hər kəs payını tanısın. Nikah Allahı şahid tutaraq keçmişini, gələcəyini, sevincini, kədərini, yaxşı gününü, pis gününü bölüşməyə söz verməkdir.

    Valideynlərin rolu

    Yəqin bu həqiqəti hər kəs qəbul edər ki, valideyn öz övladının pisliyini istəməz. Əgər bir ata varlı adamla qohum olmaq, “ağ günə çıxmaq” üçün yuxarı yerin qızını oğluna almaq istəyirsə, əlbəttə, bu niyyətdə bir xeyir yoxdur. Ancaq ata, ya da ana ağılla, vicdanla, məntiqlə düşünərək öz övladlarının xoşbəxt gələcəyi üçün ən layiqli namizədi seçirlərsə, əlbəttə, onların sözləri eşidilməlidir. Demirik ki, mütləq oğlanı və ya qızı valideynlər seçməlidirlər. Seçmək haqqı, ilk növbədə, ailə quran insana aiddir. Ancaq bir halda ki, bu gənc illərini oxumağa, özünə karyera qurmağa, cəmiyyətdə yer tutmağa həsr edib, hansısa qızın arxasınca köks ötürərək baxmayıb, bu halda, əlbəttə, ən gözəl seçim valideynlərin təklifidir. Xüsusilə də, qızlar üçün bu təklif daha vacibdir. Çünki, Allah göstərməsin, sabah o nikah pozulsa, məsələn, o oğlanın hansısa gizli bir xəstəliyi və ya vərdişi üzə çıxsa, qız da öz hüququndan istifadə edib boşanmaq istəsə, qayıdacağı yer atasının evidir. Ona görə də, çox şey əvvəlcədən böyüklərin məsləhəti ilə, xeyir-duası ilə olsa, daha yaxşı olar.

    Hər şey üst-üstə düşməsə də...

    Əgər kim desə ki, bütün istədiklərini qarşı tərəfdə görür, deməli, hələ ortada sevginin “parıltısı” var. İnsan ideal deyil, hər kəsin qüsuru var, kişinin də, qadının da. Ona görə də, kiçik problemləri böyütməmək, bəzi qüsurlara göz yummaq, bir-birinə güzəştə getmək şərtdir. Əgər gənc ailə valideynlərinin yanındadırsa, bu məsələləri yoluna qoymaq çox asan olur. Çünki böyüklər işləri elə tənzimləyirlər ki, gənc ailə bir-birinin qüsurunu o qədər də sezə bilmir. Ailəsinin möhkəm, sağlam olmasını istəyən gəlin qayınananın, qayınatanın rəğbətini qazanmalı, necə deyərlər, gəldiyi ocağın havasını, suyunu götürməlidir. Qayınana-qayınata gəlin üçün həm möhkəm bir dayaq, həm də çətin bir imtahandır.

    Statistika göstərir ki, evliliyinin ilk illərini böyüklərin yanında keçirən ailələr daha möhkəm, daha dözümlü və daha etibarlı olurlar. Ona görə də, gəlinlərimizin qapıdan girən kimi müstəqil yaşamaq tələbləri, ilk növbədə, onların özlərinə ziyandır.

    Qarşılıqlı hörmət, ehtiram olsa...

    Yuxarıda dediyimiz kimi sevgi böyük nemətdir. Ancaq hər kəs sevərək evlənmir. Ailədə qarşılıqlı hörmət, ehtiram olsa, tərəflər bir-birinə səmimiyyətlə, anlayışla yanaşsa, inanın ki, ən azı sevgi qədər o ailədə xoş atmosfer, şirin bir ovqat olar. Sevgi insanı uçuran qanaddır, ancaq qanadı olmayanlar da mənzil başına varmalıdırlar. Bu səfərdə insanın əsas gücü, dediyimiz kimi, qarşılıqlı hörmət, qarşılıqlı ehtiramdır. Yəni, ömrünüz boyu sevməmisinizsə, bu, heç də o demək deyil ki, xoşbəxt ola bilməzsiniz. İnsanlıq, ləyaqət hissi sevgidən də üstündür və insana lazım olan hər cür zövqü, səadəti yaşatmağa yetər.
    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Həyatın ən böyük seçimi - Ailə qurmaq

    Ailə qurmaq böyük məsuliyyət daşiyir,bu məsuliyyəti gözə alan insanlar ailə qura bilər..Mən həmişə ailə qurmağa çalişan insanlardan(nişanli)soruşmuşam ailəlik həyatina tam hazirsan mi deyə...Ən çox dostlarimdan soruşmuşam ama..)))Mənim üçün marağlidi,subay,azad həyatina son qoyub məsuliyyətli həyata başladiqda...İnşallah hami sevib-sevilib ailə qurar.. Mən hələki düşünmürəm,ailə quranlari da Allah xoşbəxt eləsin..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Həyatın ən böyük seçimi - Ailə qurmaq

    YAZDIQLARINIZA ELAVE OLARAQ ANCAQ BUNU DEYE BILEREM .HER BIR INSAN BU DUNYADA XOSBEXT OLMAQ ISTEYIR . OQUL EVLENDIREN ANA DA QIZ ERE VEREN ANA DA . AMAM HEC DE HAMI XOSBEXT OLA BILMIR .
    MENE GORE ERLE ARVAD EYNI DUNYANIN INSANLARI OLDUQDA QURULAN AILE DAHA XOSBEXT OLAR.

    NE OLSUN KI QIZ COX GOZELDI AMAM O GOZEL AQZINI ACDIQDA O QEDER SEVIYYESIZ GORSENER KI , 1 ANDA ONUN GOZELLIYI DE ITER .

    YA DA OQLAN MANIKEN KIMI ANCAQ OZUNU BEZEYER ANCAQ OZUNE BAXAR AILE ONUN UCUN IKINCI PLANDA OLARSA BAX BU DA GETIRIB MEHVE CIXARDAR HER SEYI .

    KISI DAQDAN DANISDIQDA , QADIN ARANADAN DANISDIQDA ELBETDEKI HER SEY TEZ BIR ZAMANDA DAQILAR .

    HER IKISI DE HER SEYE EYNI GOZLE BAXDIQDA , HETDA BIRININ BASI AQRADIQD DIGERI BUNU HISS ETDIKDE ,
    EH BASLICASI ISE QURULAN AILENIN 1 KERE QURURUQ VE OMURLUK OLMALIDIR PRINSIPINE ESASLANSALAR, YASADIQLARI MUDDETDE XOS GUNLERLE PIS GUNLERI DE YASAYAMAQ BACARIQLARI VARSA . BAX ONDA BELE AILE HEC 1 ZAMAN DAQILMAZ .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.