Əvvəlcə, yaxşı başa düşülməlidir ki bir şeyin varlığını bilmək ayrıdır, mahiyyətini bilmək ayrı. Kainatda bir çox şey vardır ki; ağıl onların varlıqlarını açıq-aşkar bildiyi halda mahiyyətlərini qavraya bilməməkdədir.

Məsələn insan, bir fizika qanunu olan cazibəni bildiyi və hətta o qanuna tabe olduğu halda, onun mahiyyəti haqqında heç bir fikir sahibi deyil. Ananın, övladına sarılmasıyla varlığını anladığımız şəfqət hissinin, necə bir hiss olduğu mövzusunda yenə heç kim bir fikir sahibi deyil. Ruh, elektrik, xəyal kimi xüsusların varlığı necə açıq-aşkar bir həqiqət isə onların mahiyyətlərinin bilinməməsi də eyni dərəcədə açıq bir həqiqətdir.

Əsər ustasını idrak edib anlaya bilməyəcəyi kimi, ağıl da özünü yaradanın mahiyyətini anlamaqdan acizdir. Çünki ağıl, yaradılmış bir sənət əsəridir və məhduddur. Görmənin, eşitmənin qısaca beş duyğunun məhdud bir qəbul etmə sahəsi olduğu kimi, ağlında müəyyən bir anlama sahəsi, məhdud bir qəbul etmə gücü vardır..

Buda bilinən bir həqiqətdir ki; insan, deyil Allahın şəxsini, öz ruhunun, xəyalının, vicdanının mahiyyətini də qavraya bilməz. Çünki saydığımız bu xüsusiyyətlər cismani olmadığından ötəri, ağıl onlara bir surət geydirə bilməz, bir şəkil verə bilməz. Məsələn, xəyal üçün; uzunluq-qısalıq, böyüklük-kiçiklik, olmadığından, ağıl onlara bir şəkil verə bilməz və bir sərhəd çəkə bilməz. Bununla birlikdə heç bir insan, mahiyyəti bilinməyən bu duyğunu inkar da edə bilməz.

Öz mahiyyətini bilməkdən aciz olan insanın, bütün ağılların, xəyalların, ruhların, hisslərin, vicdanların, yaddaşların və mələklərin yaradıcısı olan Allahın qudsi mahiyyətini anlamağa çətinlik çəkər və bu haqda düşünmək böyük bir elimsizlikdir.

Allahın bütün sifətləri, sonsuzdur, sərhədsizdir əzəli və əbədidir. Ağıl, isə məhduddur və sonradan yaradılmışdır. Məhdud olan sərhədsiz olanı, başlanğıcı və sonu olan, əzəli və əbədi olanı əlbəttə qavraya bilməz. Həqiqi mənada idrak və doğru qəbul etmə, insanın Allahın mahiyyətini qəbul etməkdən aciz olduğunu anlaması, idrak etməsidir.

Bəli, ağlın vəzifəsi, Allahın kainatda əks olunan böyüklük və ucalığını, qüdrət və hakimiyyətini və yaratdıqlarında ortaya qoyduğu sərhədsiz estetik dizaynı və qulları üçün etdiyi lütf və köməkləri müşahidə etmək, dərindən dərinə düşünməkdir.

Məmməd Qırxıncı

Menbe:suallarlaislam.com