6 sonuçtan 1 ile 6 arası

Mənimlə evlənərsən?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Mənimlə evlənərsən?

    Romantik
    Ağ atlı oğlan. Hər bir qız uşaqlıqdan «Ağ atlı oğlan» nağılının həsrəti ilə yaşayır. Onun xəyalını gerçəyə çevirmək çətin deyil. Cıdıra gedib, kirayəyə at götürürsən, yaxud da Dənizkənarı parkdakı faytonların biri ilə danışırsan. Qıza görüş yeri təyin edirsən və yaxud da onun evinə bir dəstə qızılgül göndərirsən. Buketə «Səni sevirəm. Mənimlə evlənərsənmi?» yazılmış açıqca qoyursan. Qızın məktubu oxuyacağı anı əvvəlcədən hesabla. Həmin vaxt qıza zəng edib, «Pəncərədən bax» deyirsən. Təbii ki, bu zaman sən atın belində və yaxud faytonda olursan.
    Qız aşağı düşən kimi onun qarşısında diz çöküb, ən gözəl sözlərlə evlilik təklifini edirsən.
    Sirli qutu. Qıza çox böyük qutuda hədiyyə göndərirsən(adamboyu hündürlüyundə) Qutunun içində 20 dənə iç-içə müxtəlif ölçülü qutular yerləşdir. Hər qutunun içinə simvolik hədiyyələr və ya güllər qoya bilərsən. ən sonuncu qutu isə üzüyün qutusu olsun.
    «Görüşərik» oyunu. Qıza kağız göndərib, ona konkret bir yeri görüş üçün təyin edin. Həmin yerdə də onun üçün bir kağız və qızılgül qoyub, başqa bir yerə gəlməsini xahiş edin. 2-3 belə «tapmacalı» görüşlərdən sonra, onu restoranda və ya təbiət qoynunda şampan, şirniyyat və qızıl üzüklə qarşılayın.
    «Restoranda sürpriz». Romantik nahar təşkil edib, qızı dəvət edin. Adi söhbətlər, yemək… Amma əvvəlcədən ofisianta tapşırığınızı verin. Naharın sonuna yaxın o, məcməyidə üzük qutusu və kağızla qıza yaxınlaşıb, «Sizə məktub var» desin. Təbii ki, məktubda «əzizim, mənimlə evlənərsən?» sözləri qeyd olunmalıdır.
    Sehrli
    İllüzionistin köməyi ilə sevgilinizə magik gecə yaşadın. Sehrbazın sehri ilə nişan üzüyü onun cibindən və ya çantasından çıxacaq. Daha sonra gül, şirniyyat… Və nəhayət, sən dilə gəlib, evlənmə təklifini edirsən.





    Qızın evinin qarşısında yanan şamlardan «Mənə ərə gəl» sözlərini yaz. Daha sonra zəng edib, qızı pəncərəyə çağır. əgər razıdırsa, pəncərəni açmasını xahiş et.
    Müasir elektron versiyalar-Hightech
    Yüksək texnologiyalar əsrində köhnə metodlardan yapışıb qalmaq günah olar.
    1.Onun evində kompüter varsa, evlənmək təklifin yazılmış diski ona ver və bildir ki, elə bu dəqiqə diskə bax. O, diskə baxana kimi sən üzüyü onun qarşısında hazır et.
    2. Qızın iş yerinin və ya evinin qarşısında böyük ekran qurdurub, slayd vasitəsilə ona evlənmək istədiyini bildir.
    3.Təklifini videolentə çəkdir və görüş zamanı ona nümayiş etdir.
    Dünyanın ən maraqlı evlilik təklifləri


    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Mənimlə evlənərsən?

    goresen qebirstanligda nece olar evlilik teklifi????????
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Mənimlə evlənərsən?

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    goresen qebirstanligda nece olar evlilik teklifi????????
    Allah sebr versin! Cavan gedənlərə alalh rəhmət eləsin! Amin.

    (Məncə belə.. Sevgilinin qəbri üstünde bir güllə düz ürəyindən... Əbədi bərabərsiniz... zarafat. )
    Hec sevənlər ayrilmasin!! Amin!
    Ayrilanlar varsa eyer əcəl üzündən allah olara səbr versin!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Mənimlə evlənərsən?

    Niyede yox

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Mənimlə evlənərsən?

    «Restoranda sürpriz». Romantik nahar təşkil edib, qızı dəvət edin. Adi söhbətlər, yemək… Amma əvvəlcədən ofisianta tapşırığınızı verin. Naharın sonuna yaxın o, məcməyidə üzük qutusu və kağızla qıza yaxınlaşıb, «Sizə məktub var» desin. Təbii ki, məktubda «əzizim, mənimlə evlənərsən?» sözləri qeyd olunmalıdır.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Mənimlə evlənərsən?

    Maraqlidir nəzərə alariq
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.