menim arzularimdan biridir ki yazar olum amma mende alinmirda moshu kimi hey fikirleshirem cox sag ol ela movzu secmisen
Nə yazırsan, yazar, sakit-sakit, aram-aram, nə yazırsan qaşqabaqlı?
Qəmli-qüssəli, gözü yaşlı nə yazırsan?
Ürəyini nəylə boşaldırsan, heç boşalırmı, nə yazırsan?
Kimdən yanıqlısan, yazar? Kimdən gileylisən? Yaza-yaza kimləri qınayırsan? Kimləri yamanlayırsan?
Yaza-yaza bəlkə sevgilini axtarırsan, yazar?
İtkin yarını soraqlayırsan? Kimi axtarırsan, kimi? İtkin düşən sevgini?
Yaza-yaza kimi tapıb, kimi sevirsən, kimi əzizləyib, kimi oxşayırsan?
Bəlkə yaza-yaza vüsal gəzirsən?
Kimdən yazırsan, açıq söylə... Kim qıydı canına səni yazar elədi? Kim qırdı qəlbini, vəfasız elədi?
Kimi sevib, kimi atmısan? Peşman olmusan?
Hansı qasırga ümidlərini aparıb?
Qələmin tarsız-sazsız sızım-sızım sızlayır. Ağ kağızın göz yaşlarından islanır. Sən isə hey yazırsan nə yazırsan?
Yazdıqlarınla bəlkə üsyan edirsən Yaradana, təbiətə, zaman-zaman xatırladıqlarına, sonra isə xəzana çevrilib torpağa qatdığına.
Dərddən sərdən yazdın, acılardan yazdın heç doymadın? İndi nədən yazırsan?
Yaz, xəzan olan yarpaqlardanda yaz. Yağış göydən yağan zaman pəncərədə tər damcı var, damcı mənəm, göz yaşıyam.
Məndən də yaz!
Bax, böynu bükük bənövşəyə, kökdən qurumuş ağaca. Oda mənəm. Məndən də yaz!
Ocaqdakı küldən də yaz, həmin kül mənəm. Yanıb kül olmuşam. Məndən də yaz!
Yaz, yazar, yorulma, yaz! Sən dərdini yaza bilməyənlərdən yaz!
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?
menim arzularimdan biridir ki yazar olum amma mende alinmirda moshu kimi hey fikirleshirem cox sag ol ela movzu secmisen
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
aaaaaaaaaa bu cur hekayeler,bu cur seirler yazrsan Azeri.Net ucun.Bes bunlar nedir?Kralica_ Nickli Üyeden Alıntı
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?
utandim eee
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
Ürəyini nəylə boşaldırsan, heç boşalırmı, nə yazırsan?
Aglamaqla
Yer imleri