Hüznə vərdişkar könüllər daha dayanıqlı ...
Bunu bilirəm... Həyata həmişə göz yaşı pəncərəsindən baxmaq. Ağrını saxlamaq və onu müqəddəs bir əmanət kimi daşımaq zadəganca...
"Ardımda yanğın bir şəhər var... xarabalıqların üstündə hələ tüstülərin tüstülədiyi... Künc başlarında yaralı və könülü yaralı insanların dalıb dalıb getdiyi, küçə aralarında çaşmış pişiklərin gəzdiyi yanğın yeri bir şəhər... Dönüb baxıram. Kürəyimdə alovların istiliyi hələ… Gözyaşı qaynağım qurumuş... Gözyaşım yollarımda saralmış otlar… Gözlərim üfüqdə ...
Qaçıb gedən küləyi, yanğın böyüdən o küləyi və gecikən yağışı axtarıram"
Hüzn...
Ağrının çiçəyi. Acı və ağrılar, onlara əsir olmaq yerinə rəqsi seçənləri heykəltəraş kimi formalandırır.
Ağrılarla oynaşmaq.
Hüzn uzaqların çağırışıdır...
Hər gün yüzlərlə minlərlə dəfə yollara düşər düşüncələrimiz, bədənin həbsdir və qaçıb xilas ola bilməzsən.
Hüzn uzaqların çağırışıdır.
Gedə bilməzsən.
Hüzn qaçıb gedən son qatarın ardından baxıb qalmaqdır gecə yarıları stansiyalarda.
Hüzn, üşüməkdir gecənin bir vaxtı sizi axtarmaq üçün çırpınan qaranlıq dalğalara və şəhərin işıqlarıyla rəqs edən gürub cavabsız qalarkən…
Hüzn, ağlaya bilməməkdir...
Ağlamaq üçün çırpınarkən ağlaya bilməməkdir...
Hüzn, eşq satmaqdır divarlara...
Hüzn, eşqdə boğulmaqdır və kimsənin anlamamasıdır fəryadlarımızı...
Hüzn içdən içə yanarkən üşümək və ürpərməkdir...
Hüzn, təklikdir...
Təkliksə soylu bir duyğu kristal qədəhlə təqdim edilmiş.
Və vərdiş edər…
Hüzn uzaqlara aid olub yaxınlara həbs olmaqdır.
FIKIRLERINIZI BILDIRMEYI UNUTMAYIN