Daşıya bilmirəm sənsizliyi, sənsizlikdə səni sevməyi.Atdığım hər addımın qarşısında uçurum var...Gözümü hər bağladığımda sənsizliyin qorxusu...Və hər yeni gündə ayrılığın ağrısı... Uzağındayam sənin və sənə aid hər şeyin.
Gəlmə!!!
Niyə həmişə unutmaq istədikcə qarşıma çıxırsan?
niyə mən sənsiz yaşamağı bacara bilmirəm? Və Niyə bunları sənə deyə bilmirəm?
Sən gerçək sevgini yaşadınmı heç?
Bir ürəkdəki, digər bir ürəyin nə demək olduğunu bilərsənmi? Mənim ürəyimdən görmək istədinmi özünü?Ürəyim döyündükcə daha da qopuram bu həyatdan hər döyünəndə yenidən səssizcə əriyirəm.Sənə səslənirəm.
Gəlmə!!!
Yeni həyatın,sevgi dolu günlər mənsizliyinlə qurula bilirsə yaşa dolu dolu o günləri..acısı çıxar əlbət bir gün...Sən məndən xəbərsiz sökdün içindəki məni...Mən qopduğum yerdə qopdum həyatdan....Sənli həyatdan...İndi sənsizliyin yaşandığı bir dünyam var...İçində sevgidən əsər belə qalmayan bir dünya...Sevgimi ən pis yerində yaraladın...
Səni sildim ilk əvvəl ağlımdan,daha sonra hər dəfə "SƏN" deyib döyünən qəlbimdən...İnan mənə varlığın acı verirdi ki, yoxluğun incitmir...Bəzən düşünürəm niyə tez getmədin?Niyə həyatımda bu qədər qalmanı istədim?Niyə səni qəlb evimdən tez qovmadım?Sildim yaşananları,yaşatdıqlarını və sənlə yaşamaq istədiklərimi...İndi xəyalımda,ağlımda,ürəyimdə təmiz bir düzən qurdum...Sən tək vəfasız bir kəs o düzəni poza bilməz!!!