3 sonuçtan 1 ile 3 arası

Bitmesin qaranliqlar...

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Bitmesin qaranliqlar...



    Yenə gecəmin qonağı oldu boş səhifələr
    Fikirlər çatırdı yazılmamış ağ vərəqə
    Qulaqlar yenə duyur yenə də acı kəlmələr
    Bu gecə tam sakitdir döyünməyən ürək də.
    Yağdırdı çox lənətlər, söydü içdə hər kəsə
    Bir anlıq durub baxmaq istədi geridə qalan keçmişə
    Nədən başladı fikirlər? Niyə boyandı qara rəngə?
    Niyə eşidirdi sadəcə gülüşlə dolu qəhqəhələr?!
    Harda qaldı xoşbəxt sandığı o bal tək acı günlər?
    Niyə yarandı bu qədər qəzəb və nifrət də?
    O çox düşündü.. suallar yenə də qaldı cavabsız
    Yenə dayanmadan axtardı sığınmağa sınıq qapı
    Amma bu dəfə yox idi gözlərdən axan buz tək soyuq yağış
    Amma bu dəfə yox idi yanında tərpənən canlı varlıq.
    Yenə yaranıb çartlar sınıb dağılan divarda
    Yenə hər yer boşdu, təkəm insanlar arasında
    Səhərin aydınlığında yenə də günəş batıbdır
    Yenə də qaranlığdı, yenə də qaranlığdı…
    Axır göz yaşlarım qəlbimin lap axırlarına
    Duzlu su axır sanki yeni yara yarananda
    Susun! Bəsdirin! Yoxam bu kütlə arasında
    Yenə də qaranlığdı! Yenə də qaranlığdı!
    Məndən soruşma səbəb, məndən soruşmayın heçnə
    Soruşmadılar illərdir nə keçirdi düşüncələr
    Çıxıb gedirəm artıq yoxdur ruhum cansız bədəndə
    Yenə də buz tək soyuqdur, yenə də qaranlığdı.
    Çəkəcəm gözəl naxışlar son dəfə qollar üstündə
    Bu dəfə dərindi yara geriyə yol yox bəlkə də
    Sıxılır beyin fikirdən, yaranır nifrət yenə də
    Yenə də qaranlığdı, bu dəfə son olan bir andır.
    Yenə var yalan gülüşlər, yenə də yalandı sözlər
    Qaçırdı gözlər üzlərdən baxmayın qəmli gözlərə
    Soyudu dostlar da birdən, soyudu hava anidən
    Söndürün yandı işıqlar, bitməsin qaranlığlar da…
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Bitmesin qaranliqlar...

    Tşk güzeldir

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bitmesin qaranliqlar...

    cox sagol bizle bolushduyun ucun.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.