Daha sonra ona baxıb düşünürsən: “Mən necə də axmağam, düşündüm ki, onsuz yaşaya bilərəm”. Bu sözlər kişinin həyat yoldaşı haqda dediyi sözlərdir
Kişilərin tələbkarlığı hər yerdə özünü göstərir. Təbii ki, psixoloji olaraq onlar liderliyə can atan varlıqdırlar. Ailə başçısı hər zaman öz evində sabitliyi qorumaq, sözünün keçərliliyini təmin etmək üçün müxtəlif yollara əl atır. Qadın seçimi isə gələcək ailənin nə cür olmasını təmin edən əsas məqamlardandır. Birgə həyatı bölüşmək məqsədilə seçilən qadın hansı meyarlara sahib olmalıdır? Yəqin ki, bu sual çoxlarını düşündürür. Bu sual bütün kişiləri, qadınları, hətta insan beyninin qərar qəbul etmə prinsipini öyrənən alimləri də narahat edir.
Tələblər siyahısı
Əgər kişi qadına baxıb ondan xoşlanırsa məntiqi gedişlə ilk punkt xarici görünüşdür. Zövqlərin müxtəlif olduğunu nəzərə alsaq, hər bir qadın seçilən ola bilər. Əksər qadınlar xarici görünüşlə bağlı tez-tez depressiyaya düşür və ya özlərini sevmirlər. Bu düzgün deyil. Çünki sevgi gələndə heç nəyə baxmır. Hər bir kişinin individual seçimi var, heç də onların hamısı standartları xoşlamır. Qadınlar isə sadəcə baxımlı olsalar, zövqlə geyinsələr, kifayət edər.
İkinci əsas məqam ağıldır. əksər kişilər xarici görünüşlə bərabər, gələcək həyat yoldaşının ağıllı olmasını mütləq hesab edir. Belə bir deyim var “ Gözəlin ağlı olmur, çirkinlər isə ağıllı olur”. Lakin bu sadəcə stereotipdir. Qadın gözəl və ağıllı, həmçinin çirkin və başıboş ola bilər. Lakin istənilən halda qadın ağlı kişilər tərəfindən tələb olunan əsas məqamdır. Ailə quracağı qadının hamı tərəfindən təriflənməsini istəyirlər. Başıboş qadını isə cəmiyyət arasına çıxarma onlarda utancaqlıq yarada bilər.
İntellektlə bağlı məsələnin öhdəsindən asan gəlmək olar. Çünki kişilərin heç də hamısı intellektli ağıl dəryası deyillər. Ortaq məsələlər tapmaq mümkündür. Hər halda qadın siyasəti işlətmək də kifayət edər. Lakin qadınların da əksəriyyəti intellektli kişilərə üstünlük verirlər. İstənilən halda, kişi ailənin başçısı hesab olunur.
Seks bu siyahıda üçüncü yerdədir. Əgər həyat yoldaşı seçimi olmasaydı, seks xarici görünüşdən sonrakı yeri tutacaqdı. Burada hər şey sadədir: ağıllı kişi fiziki olaraq onu özünə cəlb edən qadınla evlənir. Ağıllı qadın isə kişidən bu reaksiyanı almağı bacarır. Əksər hallarda qadın kişini istədiyini (seksual istək) yalandan edir. Bu kişiləri həvəsləndirir. Əgər qadın hər şeyi düzgün edirsə, zamanla bu vərdişə çevrilir və hər iki tərəf bundan zövq alır.
Siyahıda növbəti yeri məişət məsələləri dayanır. Qadın bişirməyi, yır-yığışı, uşaqlara baxmağı yaxşı bacarmalıdır. İlk üç xüsusiyyət ikinci plana keçdikdə məişət məsələləri daha vacib olacaq.
Bəzi kişilər üçün həyat yoldaşının dost olması da önəmlidir. Təbii ki, bu belədir. Yaxşı dost qadın daim kişinin yanında olur, ən çətin vaxtlarda ona mənəvi dəstək olmağı bacarır. Buna görə də qadının kişiyə ən yaxın dost olub, onunla hər şeydə bölüşməsi vacibdir. Bunu yadda saxlayın.
Ailənin qurmağın asan olduğunu, lakin birgə həyatın daha çətin olduğunu hər birimiz bilirik.
“Əvvəlcə görüdüyünə vurulursan, sonra eşitdiyinə. Sonra toxunuşdan zövq alırsan. Səni yedirdiyi yeməklərə vurulursan. Daha sonra ona baxıb düşünürsən: “Mən necə də axmağam, düşündüm ki, onsuz yaşaya bilərəm”. Bu sözlər kişinin həyat yoldaşı haqda dediyi sözlərdir.
Daim sevin və sevilin. Ailə xoşbəxtliyini özünüz yaradın. Bu hər ikinizin əlindədir. Düşünün ki, ömür keçir. Bu günlər bir daha yaşanmayacaq. Xoşbəxtliyin açarı ilə bütün qapıları açın.
Daha sonra ona baxıb düşünürsən: “Mən necə də axmağam, düşündüm ki, onsuz yaşaya bilərəm”. Bu sözlər kişinin həyat yoldaşı haqda dediyi sözlərdir
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
oxxx beeeDamla1 Nickli Üyeden Alıntı
ele düşünenler düzülsün siraya
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
paa 1 şillelik canın var vapşe keç çataDamla1 Nickli Üyeden Alıntı
Yer imleri