her sey heqiqeten de qismete baqlidir ,sadece bir az aqilli olmaq da lazimdir , cunki kimse getdikde yerine gelen cox guman ki ondan daha pisi olacaq , axi eger ne vaxtsa sevmisen ve onu her hali ile qebul elemisense ,demek oheqiqeten de bu sevgiye layiq olub ,elbetdeki eger onunla hec ne alinmirsa digerini sevmek lazim deyil .
4 sonuçtan 1 ile 4 arası
-
12-25-2009, 05:56 PM #1
Bir gun
Əslində hər şeyi qismətə bağlayaraq işin içindən çıxa bilərəm...
Alın yazım beləymiş deyərəm,qəbul edib unudaram...
Necə diyəllər boş verərəm...
Amma yox...
Alinmir ki alinmir...
Kaş ki edə bilsəm!
Gözlərimin önündə axib gedən zamana baxıram...
Gələcək şəklində ikimiz yan-yana dayanmırıq...
Səbəbini bilmirəm, bir az hiss, bir az məntiq...
Hamısı qopacağımızı söyləyir...
Məni narahat edən ayriliq deyil...
Gedənə mənim aləmimdə dur deyilməz...
Sadəcə problem ondadirki...
Səndən sonra kim gəlir gəlsin...
Buraxdığın böyük boşluqları doldura bilməyəcək...
Həyatımıza girən hər kəs bir şeylər aparır əlbəttə...
Amma bizə əlavə etdikləri də var...
İpin altından keçmə oyununu bilirsizmi...?
Sössüz bilirsiz...
Bir oyun vareee...
İki adam ipi yuxarda saxlar...
Digərləri ipin altindan keçər növbəylə...
Hər dövrdə bir az daha salarlar aşaği ipi...
Genişliy get gedə itər...
Keçə bilməyən yanar...
Eşq də bu oyuna bənzəyir...
Tək fərq,ip aşağı deyil də yuxarı doğru çıxır...
Ürəyə yeni girməyə çalışan,ipin üstündən atlamaq məcburiyyətində qalır...
Bitən hər münasibət yaxşı ya da pis...
Necə yaşanmış olursa olsun...
Sonunda bir sıra məlumat buraxır...
Nəyi istəyib,nəyi istəmədiyimiz...
Bir münasibətdən nə gözlədiyimiz...
Kiminlə və necə xoşbəxt olacağımız belə təyin olunur...
Hər təcrübədən arda qalanlar,ağılımıza vergüllər qoyur...
Siyahı uzanır,gözləmələr artır az ilə kifayətlənə bilmir artıq insan...
Gələnə baxıb,hökm verə bilər və ələyə bilər hala gəlir...
Normal şərtlərdə bunda bir qorxu yoxmuş kimi,hətta yaxşıymış kimi görünə bilər...
Nə qədər çox təcrübən varsa və öyrənmişsənsə,o qədər az səhv edərsən kimi düşünülə bilər...
Lakin gün gəlir...
Planka elə yüksəlir ki,üstündən atlayacaq kimsə qalmır...
Səni sevmək böyük bir səhv idi...
Qəlbim səni helə çox sevdiki bu yaşanmiş min sevgiyə dəyər...
Min insan gəlib keçsəydi belə sən qədər bu plankani qaldirmazdi...
Bir gün gedəcəksən və kimsə bu qədər yüksəkdən atlaya bilməyəcək….Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
12-25-2009, 08:56 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bir gun
-
12-25-2009, 11:11 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Bir gun
-
12-26-2009, 02:09 AM #4
Re: Bir gun
Kralica_ Nickli Üyeden Alıntı
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri