3 sonuçtan 1 ile 3 arası

Bir gəncin duyqulari

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Bir gəncin duyqulari

    Nədir SEVGİ?!nədir sevgi adlandırdıqımız bu hiss,bu məhfum?!Nədir bizə cəkdirdiyi?yalnız acımı bizə bəxş etdiyi, ya hüzurmu xoşbəxlikmi?Ya bəlkə bəsitcə “sevgi yalandır”deyenlere qulaq asım,onlara inanım.
    Bəlkə doğurdan da yalandır? Büs-bütün yalan, uydurmadır?
    Yox,yox,öyleyse bütün yazarların,şairlərin,ədiblərin əsas mövzusu olmazdı sevgi!Ta bu qeder zaman bir yalan bir uydurma haqdamı yazıblar?bəs onda nədir bu hiss bu duyqu? Bir baqlılıqmı?bir öyrəşməmi?Adına sevgi dediyimiz bu hiss nədir axı?Məkanı hara?ürəkmi?beyinmi?harda cücərir,harda boy atır, harda kök salır? Qəlbimizdə ya beynimizdə?Sevgi bir düşüncə,bir duyğusa,sevincə bütün fikirlərimizə hakim kəsilən yalnız onu düşünməksə,onun xəyalısa hər zaman gözümüzün önündəki,demek ki beynimiz ağlımız.ama nədən “O” yanımda olarkən ürəyimin döyüntüsü dəyişir,xəfif bir titrəyiş yaranır?Bir tel titrəyir sanki.yox,yox bunu məcazi yazmadım,bu titrəyişi açıq açığına hiss edirəm.eh...
    Demək ürəyimiz sevir.Bəs seçərəkmi sevirik?Sevdiyimizi axtarmaq ya axtardığımızı sevmək?Kimi sevəcəyimizi kim seçir?bu özümüzdən asılı deyilsə onda mənə “O”nu niyə sevdin deməyə kimin haqqı çatır?mən də istəmirdim ama...nədir sevgi adlandırdığımız bu duyğular?yalnız acıdan üzüntüdən ibarətmi?!!
    Niyə belə coşmuşam hə? Niyə belə haykırıram hə?dinlə o zaman...
    Ora qədəm qoyunca ilk nəzərimə çarpan Sən oldun,bu qədər insanın içində.bir baxışdan vuruldum demirəm,yox.ama ani olaraq çox sürətli fikrimdın xəyalımdan elə şeylər keçdi ki,-hər şey,və bu xəyalda sevgili idik biz-çox sürətlə ani olaraq oldu bunlar.tez də özümü yığıçdırdım.olmaz dedim.və adi biri oldun mənimçin.Ama...Sən ideal deyildin,qüsurların da çox idi,incimə hələ desəm bir çoxları səni ismətli həyalı da hesab etmirdi.Hələ bir iki ilişgin olduğunu da eşitmişdim.Səninlə aşırı zarafatlar da edərdilər.Buna hirslənsən də nədənsə qarşısıni ala bilmirdin.günahkar özün idin.Səni sevməyi düşünmürdüm heç zaman.Bu ağlımın ucundan da keçməzdi.Sevməyi düşünməsəm də səni, başqaları kimi baxmırdım sənə.Dərinliyində bir məsumluq görürmüş kimi idim sanki.Səni anlamağa çalışırdım.Yox sadəcə acıyırdım sənə.xasiyyələrindən mən də xoşlanmırdım.qüsurların çox idi. Yox sevə bilməzdim səni...
    Ama gözəl idin sən, çox gözəl,hələ o gözlər...yox yox sadəcə məni öz cazibəsinə salmışdı.Çünki ətrafdakılar belə düşünmürdü məncə.Çoxusunun hələ zəhləsi gedirdi sənnən...bir tək mən...
    Beləcə zaman ötdü ,çox uzun zaman.hər şey adi idi.Ama necə oldusa... hər şey çox sürətlə baş verdi,çox sürətlə gəlişdi hadisələr.və artıq bir birimizə sevgimizi izhar etdik.İçim o qədər sənlə doldu ki...özümə belə etiraf edemədiyim bir sevgi yaşamayı seçdim.Səni ürəklə sevdim.qanıma qarışıb damarlarımda dolaşdın,bütün cismimi aldın.Ürəyimdə məkan tutdun...Səndən öncə sevgi yaşamışdım-sevgi adlandırılarsa.Bu ürək çox aşklara ev sahibliyi etdi.ama ilk kəz səni bele asanlıqla qəbulləndi.hər şeyinə rağmən qəbul etdim.səni sevərkən yorumlamadım.hər şeyinlə qəbul etdim,bütün qüsurlarınla.butun zorlukları qarşılaya biləcək güclü bir aşkla sevdim səni.Və sənin də məni gərçəkdən sevdiyini düçündükcə daha da alovlandı bu sevgim içimdə.Ruhumu məndən aldı.Səsini də sevdim susqunluğunu da,kaprizlərini hər şeyini sevdim.Ya sən...
    Sən hər şeyinlə məni sevir kimi görünürdün.Mən belə secgimi izhar etmekdə acizkən dəli kimi məni sevdiyini hiss etdirirdin.Dəyişmişdin.Sözlərinə hər şeyinə diqqət yetirməyə başlamışdın.geyiminə qədər...səni doyumsuz bir sevgi ilə sevdim,hər şeyinə rağmən.Ətrafıkdakılar nə desə belə.Axı dordanda səni tanıyanlar səninlə ciddi bir şey haqda düşünməzdilər.bunu ki bilirsən.çünki öncə ilişgilərin olduğunu bilirdilər.yüngül xasiyətli bilirdilər səni.mən isə səni sevdim çünki...
    Yadındadı sənə “Təhminə və Zaur”filmini çox sevdiyimi,bu filmi seyr etməkdən yorulmadığımı demişdim.Onda deməmişdim.ama indi deyirəm Təhminənin bu sözünü sənə.“əsl kişi o deyil ki məlaikəni fahişəyə çevirsin,əsl kişi odu ki fahişəni məlaikəyə çevirsin”...
    Mən sənə inanmışdım axı...Sənə görə mücadilə etməyə hazırdım.sənə yetişməmi əngəlləyəcək hər şeyi məhv etməyə hazırdım.bu ürəklə sevdim səni...SƏN isə...bir anın içindı sona yetdi hər şey.getdin və “mən heç zaman səni sevməmişəm,sadəcə səni kafama takmışdım”-deyərək getdin.Məni necə məhv etdiyini düşünmədən getdin...mən isə...Sən başqa tənlərd ərirkən mən sənin kokunla tükənirəm.sən getməyi seçdin,mən isə hələ də...
    Bil ki sevdiyim ruhum yaşadiqca seni sevər.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Bir gəncin duyqulari

    maraqli bir sevgi

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir gəncin duyqulari

    tsk.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.