Daha mənə elə baxma
Daha səni sevəmmərəm
Ölsəm belə səndən ötrü
Dönüb sənə gələmmərəm
Sevgimiz qar çiçəyiydi
Saralan ağ ləçəyiydi
Məhəbbətim getçəyiydi
Enib, sənə gələmmərəm
Bir ilahi səsə bəndəm
Sən tanrimsan, mənsə bəndən
Incimə əzizim məndən
Dönüb sənə gələmmərəm
Səndən sonra dünyam bomboş
Heysiz canım yənə sərxoş
Sənsiz keçən günləri xoş...
Bilib sənə gələmmərəm
Sənsiz nəyə gərək gecə
Heç bilmirəm ötür necə
Girsəm ürəyim gizlicə
Ölüb sənə gələmmərəm
111 sonuçtan 41 ile 50 arası
-
11-21-2009, 12:12 PM #41Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: sevgi dolu seirlerim
SƏN GETMİSƏN...
Sən getmisən,
sanma sevgim yox olub.
O ölməyib, yaşayır,
əvvəlki tək.
O səninlə, mənim ilə
doğulub,
O son dəfə mənim ilə
öləcək.
***
O taledən ikimizin
payıdı,
İkimizin ürəyində
göyərdi
Zaman-zaman neçə ildi,
ay idi,
Hər gün bizim qəlbimizi
döyərdi.
***
O düşmüşdü ağızlara,
dillərə,
Nəğmələrin qanadında
uçurdu.
Şer olub dolaşırdı
elləri,
Öz qoynunu sevənlərə
açırdı.
***
Müqəddəsdi... yaranmışdı
çün haqdan,
Onu əyə bilməmişdi
bir fələk.
Çıxmışdı hər imtahandan,
sınaqdan,
İki ürək olmuş idi
bir ürək.
***
Nə qədər ki, yaşayıram
mən varam,
O da sağdır, demək o da
yaşayır.
Ona bir yad nəfəs dəyə,
qoymaram,
Mən bu yolda ağartmışam
başımı.
***
İllər ilə yar qadasın
yar alar,
İndi biz tək sevən
hanı, əzizim?
Biz ikimiz o dastanı
yaratdıq,
Mən, sən yazdıq o dastanı
əzizim.
***
O dastanın öz ünvanı,
öz adı.
Yalnız gülüm,
bizim ikimiz olduq,
Həmi onun müəllifi,
ustadı,
Həmi onun qəhrəmanı,
biz olduq.
***
Güc alıram daim onun
gücündən.
Onu yalnız zaman,
silə biləcək.
O sədadır, o nalədir,
içimdə.
Yalnız gülüm, o mənimlə
öləcək.Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-21-2009, 01:30 PM #42
Re: sevgi dolu seirlerim
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-21-2009, 01:31 PM #43
Re: sevgi dolu seirlerim
Taledir, bilmək olmaz...
Ürəyində mənim yerim,
Gözündə nura çevrilim
Mən necə sevirəm deyim
Üzündə yad baxışı var
Dəsmala dönübdü əlim
Mən yanına necə gəlim
Yanındakı o gelinin
Alqışı var, qarğışı var
Dərdini gizlə danışma
Oda toxunsan alışma
Küsmüsənsə ta barışma
Gözün qəfil yağışı var
Öz içində köç eleme
Gözəldir baxan aləmə
Fələyə qarğış eleme
Necə dostu tanışı var
Bu dərd bizim, gulmək olmaz
Yazılanı silmək olmaz
Dünya adil... bilmək olmaz
Bəxtin min bir naxışı varHer sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-21-2009, 01:32 PM #44
Re: sevgi dolu seirlerim
Inanmadin
Bu gece yamanca yalqizam sensiz
Hönkürüb agladim məni duymadin
Atəşə tutuşan pərvanə oldum
Yandim , kulə dondum, sən inanmadin
Soraqladim ötən gündən ötəni,
Qovdum yolumuzdan dumanı, çəni
Bağrının başında göyərtdim səni
Döndüm külə döndüm, sən inanmadın...
Sən mənim deyildin, bilirdim bunu
Niyə dustaq etdim bəs öz ruhumu.
Ilahi sevgimin bu imiş sonu
Dandim... bunu dandım, sən inanmadın
Bir alın yazısı, bir qəza-qədər,
Hər nağıl lap sonda ümid gətirər.
Demək bu göz yaşı, bu qüssə hədər
Qandım günahımı, sən inanmadın.
Istəsn qayıt gəl, istəməsn yox,
Sənin yolun üstə çıxanlar ha çox
Bir dəfə demişdin: “atılmaqdan qorx!”
Inandım! Bəs niyə sən inanmadın...
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-21-2009, 05:23 PM #45Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: sevgi dolu seirlerim
BU SUPER COX XOSUMA GELDI
Kralica_ Nickli Üyeden Alıntı
-
12-14-2009, 12:59 PM #46
Re: sevgi dolu şerlerim
Sən mənim qəlbimin tək sahibiydin
Getdin gözlərimdə yaşlar qoyaraq,
Getdin ürəyimdə yarımçıq sevdan,
Getdin yollarımda izlər qoyaraq!
Hər axşam baxırdım gedən yollara
Gözlərim qalırdı o yollarında
Sorub soruşdurdum tanıyanlardan,
Bilən olmadı ki, hardasan gülüm.
Sənsiz kədərliyəm sənsiz dərtliyəm
Gözümdə canlanır o sənin gülüşün,
Qəlbimin evində sözü,
Sənsiz alışmayır sənsiz yanmayır.
Bir cansız varlığam sən yoxsan inan,
Gedişin gözümdə canlanır hər an
Nə olar son dəfə görəydim səni,
Nə olar ay gülüm buraxma məni!
Gəldin ürəyimə elə girdin ki,
Həyatımı başdan başa dəyişdin!
Getdin heyatımdan elə getdin ki,
Sən mənim ömrümü tamam dəyişdin!Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
12-29-2009, 05:03 PM #47
Re: sevgi dolu seirlerim
ÖZÜMÜ SEVMƏYƏ MƏCBUR ETSƏMDƏ,
SONU NECƏ OLACAQ VALLAH BİLMƏDİM.
SEVGİNİN GÜCÜNDƏN SONDA ÖLSƏMDƏ,
NƏ EDİM SEVGİNİ UNUDA BİLMƏDİM.
UNUTMAQ İSTƏDİM AMMA OLMADI
SEVGİMİN SONUNU BELƏ GÖRMƏDİM.
SEVGİLİM,URƏYİN MƏNLƏ OLMADI,
NƏ ETDİM SEVGİNİ UNUDA BİLMƏDİM.
UNUTMAQ KAŞ ELƏ ASAN OLARDI,
AXI UNUTMAQÇÜN SƏNİ SEVMƏDİM.
KAŞ BÖYÜMƏZİDİM UŞAQ QALARDIM,
NƏ QƏDƏR ÇALIŞDIM UNUDA BİLMƏDİM.
UNUT DEDİM ÖZÜMƏ BUNA MƏCBURSAN,
AXI O SƏNİ SEVMİRDİ NİYƏ GÖRMƏDİN
ONSUZDA ÖMÜRLÜK BUNA MƏHKUMSAN,
NƏ ETSƏM YENƏDƏ UNUDA BİLMƏDİM.
BİLİRƏM QARŞIMA ÇIXMAYACAQSAN,
NƏ DEYƏ BİLƏRƏM BUDUR QİSMƏTİM.
HƏYATIMDA HEÇ ZAMAN OLMAYACAQSAN,
NEYLƏYİM AXI SƏNİ UNUDA BİLMƏDİM.
Buraxma məni
Ağılımın küncündə,
Ürəyimin ən dərin yerində,
Yerin var sevgilim,
Getmə bir yerə?
Həsrət dənizinə atma məni,
Göz yaşlarına itələmə məni,
Uzatdım əllərimi
Çevirmə geri?!
Gülüşündə tapdım səadəti,
Məhrum etmə o gülüşlərdən məni,
Sevirəm sevgilim, anla halımı
Sənsiz bir heçim buraxma məni?!
Basdır da get
Əlvida nə hüzn söz,
Səni bir daha heç görə bilməmək,
Yaşamamaq əslində,
Məncə yaşayarkən ölmək.
Nə olar sən mənə əlvida dəmə.
Gedəcəksənsə,
Getməlisənsə,
Öldür də get.
Buraxma məni belə,
Can verərkən.
Bax bədənim qaldı ortada,
Basdır da get.
Əllərə buraxma məni.
Onlar bilməz qiymətimi.
İtələmə məni, buraxma sənsiz.
Get gedəcəksənsə,
Məcburum deyirsənsə.
Lakin mənə əlvida demə,
Heç olmazsa bir ümid qalsın,
Səndən xatirə mənə.
Dönə bilmə ehtimalınla yaşayım,
Həyata yapışma ümidim olsun.
Mənə heç olmazsa bu yaxşılığı et də get.
Yalvarıram sənə,
Mənə;
Hələlik qal de,
Yaxşı günlər de,
Lakin nə olar,
Əlvida demə.Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
12-29-2009, 05:07 PM #48
Re: sevgi dolu seirlerim
Vaxt var idi həyatım deyirdin mənə,
Nə üçün inandım görəsən sənə?
Mənli günlərini verdin özgəyə,
Gərək açılmasın sevgilər sənə.
Taleyin qisməti beləymiş nədən,
Məndim eşq bağıma çiçəklər əkən.
Sən puç eylədin bağçamı nədən,
Yəqin həsrətindən dolub gözlərim.
Bu həyat çox sınağa çəkibdir məni,
Ən böyük qorxumdur itirmək səni.
Neyləyim, sevgindən olmuşam dəli,
Hər yerdə axtarır gözlərim səni.
Susuram, səbəbi gözlərin deyil,
Qəmim, kədərimdir susduran məni.
Səndən ayrılımmı, bu mümkün deyil,
Məni ilk sevdirən olub gözlərin.
O gözəl gözlərin nədən yadlaşıb,
Kövrək könlüm oda düşüb alışıb.
Söylə, bəs ürəyin nədən daşlaşıb,
Sən gedəndən ağlar qalıb gözlərim.Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
12-29-2009, 05:09 PM #49
Re: sevgi dolu seirlerim
ela seirlerdi cox sag ol
[
-
12-29-2009, 05:10 PM #50Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: sevgi dolu seirlerim


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri