Bu gorush sevgiden pay oldu,
Bu gorush omrume iz qoydu,
Umidim elebil sen oldun,
Niye sen, sen menim deyilsen!!!
Ilk gunden yaxin oldun mene,
Sevmeyi oyretdin qelbime,
Indi men soyleyim kime???
Niye sen, sen menim deyilsen !!!
Soyle neylesin urek?? Icinde sen varsan
Soyle neylesin urek?? Gizli bir dunyasan
Seni unudum gerek sen menim deyilsen!!!
Dəli kimi sevdim səni səndə yandım
Hər kəsdən qısqanardım sən sevgiydin
Sən “Birdən kədərlənər”deyə qorxduğum
Heç hiss etdirmədən əsən rüzgarım idin.
Nə idi dəyişən bu qədər bir anda?
Öyrənmisənmi o anda yoxluğuma zamanla?
Mən bilirdim sonumuz yox idi amma
Amma sən deyərdin mənimsən ümüdümüz var hələ
Öpməkdən doymadığım,həsrətinlə yandığım idin
Amma artıq nifrətim heç dinməyən hiddətimsən
Gəlmə,[/size]
111 sonuçtan 31 ile 40 arası
-
11-20-2009, 10:44 AM #31Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: sevgi dolu seirlerim
Nigar Rəfibəyli
Ala gözlüm senən ayrı gecələr
Bir il kimi uzun olur neynəyim?
Baxcamızda qızıl güllər hər səhər
Tezdən acir vaxtsız solur neyləyim?
Nərgizlərin gözü yaşla dolanda
Bənovşələr baxıb qəmqin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər sacin yolur neyləyim?.......Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-20-2009, 12:56 PM #32
Re: sevgi dolu seirlerim
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-20-2009, 12:57 PM #33
Re: sevgi dolu seirlerim
Bütün yaşanmışları unutdurarmı zaman?
Xoşbəxtliyi geri verə bilərmi?
Səninlə dolu gecələrimi
Axtardığın zamanlarda
Üzümdə yaranan gülümsəməni
Söylə geri qaytara bilərmi?
Yaşanmaz hesab edə bilərmi?
Yenə hiss edə bilərəmmi
Güvənməyin istiliyini....?
Unutdura bilərmi ürəyimin qırılmış parçalarını
Unutmadım mən hələdə son baxışlarını...
Gözlərimin səndən qaçırışını...
Çarəsiz gedişi qaytara bilərmiHer sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-20-2009, 01:00 PM #34
Re: sevgi dolu seirlerim
Mən gedərkən sənin sözlərini unutmadım
Ağ bir gül idim sənin əllərində
Çox ağlatdın məni canım yandı.....
Eləcə bir küncdə qaldım....
Sənsiz məndə ağladım
Bəs külək dəysəydi kipriyinə qan damlayardı baxdığın yerə
Budurmu???
Gəl....
Bəs gəlmədiymin gün ölərdin
Hanı????
Bax sən gəlmədin mən öldüm...
Zaman ölümü unutdurarmı??Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-20-2009, 03:22 PM #35
Re: sevgi dolu seirlerim
Tənha səhərim
Səninçün əyləncə olmuş bu anlar,
Mənimçün işgəncə, qaranlıq zindan.
Hardan biləsən ki, eşqdən solanlar,
Gecəni yatmayıb gözləyirlər dan.
Əlvida deyirəm nə deyim sənə ?
Yalan məhəbbətlə yoxdur heç aram.
Sevgi yollarında büdrədim yenə,
Qoy gəlsin səhərim tənha açaram...Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-20-2009, 03:24 PM #36Junior Member
- Üyelik tarihi
- Nov 2009
- Mesajlar
- 2
Re: sevgi dolu seirlerim
Merhaba
Ben Türk-azeri ortaklığı olan bir firmada calisiyorum ve çokca rusça-turkçe çeviriye ihtiyaç duyuyoruz. çevirilerin yapılması için türkiyede yaşayan azeri öğrenciler ile temasa geçmek istiyoruz. bu konuda yardımcı olabilir misiniz?
bana [email protected] adresinden ulasabilirsiniz
tesekkurler
isil
-
11-20-2009, 03:26 PM #37
Re: sevgi dolu seirlerim
Ağlayır...
Dayandıq ayrılıq astanasında,
Qəhərdən ürəklər, gözlər ağlayır.
Lal olmuş dodaqlar dil arasında,
Heç nə deyilməmiş sözlər ağlayır...
Bugün son günümüz, ayrılırıq biz,
Xatirəyə dönən gözlər ağlayır.
Bərabər vurarkən qoşa qəlbimiz,
Qəmə düçar olmuş hisslər ağlayır...
Bir daha görüşə bilmərik əlbət,
Kədərdən, həsrətdən gözlər ağlayır.
Esq söyləyərkən məhəbbət gərək,
Eşq üçün oğlanlar, qızlar ağlayırHer sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
11-20-2009, 07:41 PM #38Member
- Üyelik tarihi
- Nov 2009
- Yer
- Qelbimdeki Tenhaliq
- Mesajlar
- 99
Re: sevgi dolu seirlerim
Hafiften bir yagmur agliyor benimle...
Yalnizliktan ushuyorum...
Bulamayacagimi bile-bile..
Yine seni ariyorum....
-
11-21-2009, 11:15 AM #39Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: sevgi dolu seirlerim
SƏNİ UNUTMAQDAN ÖTRÜ...
Ən dözülməz ağrılara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al qanını döndərib kabab edirəm,
Başıma çəkib içirəm səni unutmaqdan ötrü,
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü...
Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,
Gözlərimi qırpan təki görürəm mənə baxırsan...
Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,
Öz-özümlə döyüşürəm səni unutmaqdanötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...
Köküsümü cırıb açıram ayrılığın küləyinə,
Bütün keçmiş-keçənləri xəlbirləyib ələyirəm,
Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,
Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,
Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü...
Ay ilə həmfikir oluram uzun-uzun gücələri,
Gündüzləri sağa-sola hey ölçürəm küçələri,
Otağımda gizlənirəm sındırırsan pencərəmi,
Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?..
Çözələnir xatirələr, könlüm, ruhum qübarlanır,
Tarım durur əsəblərim, enir, qalxır damarlarım,
Su verirəm meynələrə, mıx vururuam divarlara,
Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,
Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü...
İş olmayan yerdə belə özümə iş gördürürəm,
Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,
Bütün sək-rəqibləri öz üstümə güldürürəm,
Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,
Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü...
Səndən özgə nə vurğunam, nə möhtacam kimə isə,
Səndən qeyri olmasa da ehtiyacam kimə isə,
İstəyirəm ürəyimi qəsdən açım kimə isə,
Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,
Mələklərlə "görüşürəm" səni unutmaqdan ötrü...
Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,
Canımdan çətin çıxasan canım rahat olmayınca,
Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,
Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü,
Ölümə elçi düşürəm səni unutmaqdan ötrü...
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-21-2009, 12:09 PM #40
Re: sevgi dolu seirlerim
ÜZÜLMÜRƏM !!!
Səninlə keçirtdiyim günlərə üzülmürəm
Sənə sevirəm dediyim günlərə üzülmürəm
Sənə inanaraq xəyallar qurmağıma üzülmürəm
Həyatımın dəyərli illərini itirməyimə üzülmürəm
Xəyalımda təkcə sənin olmana üzülmürəm
Ürəyimin ancaq sənə görə döyünməsinə üzülmürəm
Sevginin mənim dünyamı qaraltmasına üzülmürəm
Xatirələrin mənə əzab verərək üzməsinə üzülmürəm
Artıq heç nəyə üzülmürəm !
Çünki ikimizin də yerinə sən üzüləcəksən !
Mənimlə keçirtdiyin günləri xatırlayıb qaytara bilməyəcəyinə üzüləcəksən
Yalandan olsa belə mənə "SEVİRƏM" deyə bilməyəcəyinə üzüləcəksən
Mənli illərinin öz həyatından da dəyərli olduğunu anlayıb üzüləcəksən
Arzularında, xəyallarında, röyalarında təkcə mən olacam
Buna da üzüləcəksən
Ürəyinin hər döyüntüsünün mənim üçün vurduğuna üzüləcəksən
Səni sevdim, sən kimi yaxud kimləri sevdin?
Mənim günahım təkcə səni saf sevgimlə sevməyim oldu...
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri