3 sonuçtan 1 ile 3 arası

Hər eşq fərqli…Hər ayrılıq eyni...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Hər eşq fərqli…Hər ayrılıq eyni...

    Hər eşq fərqli…Hər ayrılıq eyni....

    Həmişə eyni ayrılıqlar..Hər eşq özünə görə eşq, amma hər ayrılıq eyni..Hər ayrılıq gözyaşı , hər ayrılıq peşmanlıq dolu..Bu da keçər deyə deyə ağlaya ağlaya yatdığın gecələri, Paylaşdığın hər anının otağının divarlarını yalayıb keçdiyini,Hər küçə lampası altında, titrək yağış damlalarını saydığını,Hər telefon çalındığında, ürəyinin dəli kimi çarpdığını,Hər gecənin səhəri olmayacaq kimi gəldiyi anları düşün. Ürəyindəki daşı…Nəfəs ala bilmədiyini...Niyə deyə deyə, yumruqlarını sıxa sıxa ağladığını Xatırla..
    Ona görə hər ayrılıq eyni, Hər eşq fərqli..

    Bəzən “gözlə məni” deyərlər və qalanlar bəzən gözləyəcəyinə and içərlər.
    Hər gedən ardında bir gözləyən buraxar. Bəzən istər gözlə məni deyər, bəzən də gözləmə həyatına davam et deyər. Bu “gözləmə” demənin ardında bir gözlənilmə istəyi
    vardır həmişə...Və hər qalan ürəyindəki ağrısıyla “gözləyəcəyəm” deyər. Dönməyəcəyini bilə-bilə, gəlməyəcəyini bilə-bilə, sevməyəcəyini bilə-bilə. Və gözləyər...Yəni yanımızdaykən fərq etmədiyimiz bir çox detal ilişər yaddaşlara. “Halbuki nə gözəlmiş yaşanılanlar” deyərsiniz. “Nə çox sevmişəm” deyərsiniz. Və bəlkə də heçsevilmədiyinizi fərq edərsiniz. Ən ağrılısı da budur onsuz da. Sevilmədən sevdiyinizi fərq etdiyinizdə beyninizi minlərlə sual yeyər. Başlarsınız cavabıaydın olan suallara özünüz tərəfindən cavab axtarışına.Və sorğulama zamanı gəlir özünüz tərəfindən.. Halbuki unudarsınız bir şeyi. "Eşq Sorğulanmadan Yaşanmalıdır." Baxdığınız hər yerdə onu görərsiniz. Gördüyünüz hər şey də onu axtararsınız. Aynadakıgörünüşünüzdə bir əks olunmadır "o". Yağan yağışdır, dənizdəki dalğadır "o", gecələrin ayı, gündüzlərin günəşidir "o"...Və son cümlələr tökülər artıq dilinizdən. "O" Xoşbəxt Olsun Yetər. Deyə biləcəyiniz bir şey qalmamışdır çünki. Eynilə ürəyinizi sizdən aldığı kimi gedərkən cümlələrinizi də aparmışdır yanında.Səssizlik qalar geriyə bitən bir sevgidən. Və Ayrılıq Kəndiri qalar boyunuzda
    "yağlı bir ilmək kimi". Sanki biri ha çəkdi ha çəkəcək. Dayandı sanarsınız dünyanı.Amma nə dünya durar, nədə o ilmek çəkilər. Həyat davam edir və bu çarxın içində sizi də bilmədiyiniz başqa diyarlara sürüyür.Bitəcək sanarsınız ağrınızı, bitməz… Yalnız ürəyinizin hansısa küncündə gizlənər. Bir mahnıda, bir şeirin qəmli misralarında və bəlkə də bir sözdə qanamağa hazır bir yaradar o artıq.

    "Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Bağlanmaz Bir
    Yaradar Artıq O"
    SəNi ÇooooXxX SeviRəM !!! Nə Olursa Olsun Yenə Də Səni Sevəcəyəm Bunu Bil Bu Sözü Əgər Sənə Bu Gün Dedimsə Başqa Heç Kimə Demiyəcəm !!! Bunu 2 Adam Bilir Özləri Də Yaxşı bilir Kimdi !!! Amma Yenə Deyirəm Nə Olursa Olsun Səni Sevirəm !!! Bu Mənim Üçün Belədi !!! Və Bu Gün Burda Axırıncı Günümdür.
    Artıq Səhər Gedəcəyəm !!! Hamınızı Da Çoxx İstəyirəm !! Sağ Olun !!!


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Hər eşq fərqli…Hər ayrılıq eyni...

    axrıncı abzasda yazılan mene aid deyildi heç axrın oxumadan mövzunu atdım bura neyse cavanlıq sehvi kimi qeleme verek ama kimdise vallah Allah xoşbext elein gör nece sevgisin etiraf edib

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Hər eşq fərqli…Hər ayrılıq eyni...

    her sevgi muxtelif ola biler amma her ayriliq eyni ola bilmez.Elbetde bunu yashayanlar biler........
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.