cox gozel ,maraqli geldi![]()
14 sonuçtan 1 ile 10 arası
-
10-17-2009, 10:56 AM #1Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Necə qaytarım?!....
Məktubunu aldım dünən. Yer fırlandı başıma, göy uçdu üstümə elə bil. Ildırım çaxdı gözümdə, ocaq qaladılar üzümdə elə bil. Məktubunu aldım dünən. Buz kimi soyuq məktubunu. Küləklər əsdi canımda, damlalar dondu qanımda elə bil. Məktubunu aldım dünən. Yazırsan ki, qaytar məktublarımı, qaytar məhəbbətimi, görüşməmişik, sevişməmişik, yazışmamışıq elə bil
Yazırsan ki, təzə sevdaya düşübsən, yeni xülyaya düşübsən.Gəlinlik paltarın, mübarək! Daralı tellərin mübarək! Telində güllərin mübarək!
Qaytarıram məktublarını, əzizim. Yaşanmamış günlərin, açılmamış güllərin həsrətinə büküb qaytarıram. Ürəyimin sızlayan yaralarına, qəlbimin uğursuz arzularına büküb qaytarıram. Aramızdakı gözəgörünməz körpü uçdu, deyirəm, bizi bir-birimizə bağlayan tellər qırıldı. Nə kövrək imiş bu körpü, nə nazik imiş bu tellər.
Məktublarını zərfə qoyub fikirləşirəm. Üstü uğursuz məhəbbət ünvanlı zərfə. Fikirləşirəm ki, bizi bir-birimizə bağlayan məktublarmı görəsən, məktubları sənə yollamaqla hər şey bitirmi görəsən? Yaxşı, bəs gül ətirli barmaqlarının saçımda açdığı izləri necə qaytarım sənə? Saatlarla sənə zillənən, mənə zillənən min bir nağıllı gözləri necə qaytarım sənə?
Öpüşən təmiz nəfəslərimizi, söylə, bəs onları necə qaytarım sənə? Şehli çəmənlərdə yatıb qalan qoşa ayaq izlərimiz, ətirli güllərin ləçəklərində gizlənən məhəbbət dolu, sədaqət dolu sözlərimizi necə qaytarım sənə?
Dodaqlarından uçub sahildəki məcnun söyüdün salxımlarında ilişib qalan “sevirəm”, “unutmaram” pıçıltılarını necə qaytarım sənə? Onlar ki, məndə deyil əzizim, söyüdün salxımlarına, yarpaqlarına sığınıb qalıb. Dağ çayının köpüklü ləpələrinə qarışıb gedən “gözləyəcəm”, “məktub yaz”, “beş il olmasın, lap on il beş il olsun” sədalarını necə qaytarım sənə?
Onlar ki, məndə deyil, əzizim, tarlalara, zəmilərə, axıb gedib; bağçalara, bağlara axıb gedib; dağların ətklərinə, dərələrin qucaqlarına, düzlərin sinələrinə gül-şişək taxıb gedib
Yazırsan ki, sevgimizə şahid özümüzük: bir sən, bir mən də mən. Bəs gül ətirli bahar axşamlarında üstümüzə nur çiləyən, bizə gülümsəyə-gülümsəyəbaxan ayı niyə demirsən, əzizim? Qoşa şəklimiz düşən çayı niyə demirsən, əzizim? Göyün sinəsinə çiçək-çiçək çitənən, bizə baxıb sayrışan, bizə baxıb uçuşan ulduzları niyə, demirsən, əzizim?
Təmiz məhəbbətimizə bəziləri qibtə ilə, bəziləri heyran-heyran, bəziləri məhəbbətlə baxan oğlanları, qızları niyə demirsən, əzizim?!
Məktubunu aldım dünən. Məktublarını qaytardım bu gün. Ancaq məktublarını...
-
10-17-2009, 03:19 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Necə qaytarım?!....
-
10-17-2009, 03:21 PM #3Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Re: Necə qaytarım?!....
çox sağolun , sizin üçün gözəl oldusa çox sevindim
Xeyallarim Nickli Üyeden Alıntı
-
10-17-2009, 03:24 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Necə qaytarım?!....
siz ozunuz nece ?siz de qaytatatdinizmi ?
pitbull Nickli Üyeden Alıntı
-
10-17-2009, 03:26 PM #5Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Re: Necə qaytarım?!....
yalnız məktublarını qaytarardım.
-
10-17-2009, 03:28 PM #6Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Re: Necə qaytarım?!....
soruşmaq eyib olmasın siz necə qaytarardınız?
-
10-17-2009, 03:32 PM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Necə qaytarım?!....
men mene deyer vermeyen insani bir defelik silib atardim ,hec vaxt onun qarsisinda ozumu sindirmazdim ,neyinki mektublarini her seyi ,onunla baqli her seyi silib atardim
pitbull Nickli Üyeden Alıntı
-
10-17-2009, 03:40 PM #8Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Re: Necə qaytarım?!....
əgər sevirsənsə ürəkdən ona nifrətdəeləsən onu hər zaman xatıtlayacaqsan , unutmaq istəsəndə unuda bilməyəcəksən bir kölgə kimi həmişə yanında olacaq, nifrətın böyük olsa belə o həmişə ürəyində qayacaq.
-
10-17-2009, 03:47 PM #9Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Necə qaytarım?!....
hec vaxt ,
pitbull Nickli Üyeden Alıntı
dedim axi meni unudani men bir defelik silib ataram , dediyin sevgi ve ya nifret bunlar sozdu ,olmayan 1 seydi,indi hansi sevgiden hansi nifretden soz gede biler axi ?yene de deyirem meni unudani men bir defelik silib atiram
-
10-17-2009, 03:52 PM #10Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Re: Necə qaytarım?!....
başsa düşə bilmirəm , buda ondan irəli gəlirki yəqin insanlar tam fərqli olduqları üçün, yəni sizin fikirinizə normal yanaşmaq olar amma mən bunu özümdə qəbul etmirəm, mənim başıma gəlib bilirəm, amma sizdə hər halda bu foruma söz kimi yazırsınız neceki mənim yazdıqlarım sevmək , nifrət , cavabınız sözdü də dediyiniz halda məndə sizin bu dediyinizə bir söz kimi baxıiram cünki bu sözlə ürəyinizdən heçən eyni deyil yəni üst-üstə düşmür.
Xeyallarim Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri