4 sonuçtan 1 ile 4 arası

Dönmədin....

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Dönmədin....


    Soyuq bir payız axşamı idi gedişin.
    Hava qaralmış, yağış yağmağa başlamışdı.
    Xülyalarımıza yağış yağırdı, külək üşüdürdü əllərimizi.
    Gözlərin donuq, bədənin halsız idi. Gizli bir əl,
    getməyə hazırlaşan avtobusa minməyin üçün səni sürüyər kimi idi.
    Sanki, qalmaq istəyirdin
    "Baharda dönərəm." demişdin...Xatırlayırsanmı?
    "Heç vaxt unutma məni, gözlə."
    Mən səni unutmadım sevgilim...
    Mən səni unutmadım...
    Bütün qış, baharda dönəcəyin günün xəyalı ilə istiləndim.
    Kiçik öpüşlərlə oyandırıb,günəşin doğuşunu göstərəcəkdim sənə.
    Çiçəklərin, dənizin, qumsalın,günəşin dadına birlikdə çatacaq,
    Gün batımlarında dənizlə birləşən üfüq xəttini birlikdə seyr edəcək,
    Ay işığında xoşbəxtlik mahnımızı söyləyəcəkdik...

    Yalan deyil...Ötəri sevdalara ilişdim yoxluğunda bir müddət.
    Sənə bənzəyən hər şeyi sevdim mən...
    Sevdiyim hər şeydə səndən izlər vardı...
    Axtardığımı tapdım sandım amma yanıldım, tapdığım sən deyildin...
    Olmadıq zamanlarda ağlıma düşdün, vaxtsız yaralandım...
    Hər səhər, səni tapmaq üçün yollara düşmək gəldi içimdən...amma gedə bilmədim.
    Təkliyin ağrısıyla qürur satın alar oldum hər gecə.

    "Gəlir" dedim öz özümə...
    Söz verdi, gəlməsi gərək... Gözlədim.
    Özümü param-parça hiss etdim,amma yenə də sənə əsəbləşə bilmədim.
    Unutdum pis sözlərini... Unutdum qapında gözlədildiyimi...
    Unutdum telefonlarıma cavab vermədiyini...
    Unutdum zəhərdən acı,məni gecələrcə ağlamağa məcbur edən sözlərini...
    Döyüşlərimizi unutdum...
    Bir tək səni unutmadım sevimli...
    Bir tək səni unuda bilmədim...
    Həmişə dönməyini gözlədim...

    Zamanla alışdım ağrılara,
    Ölüm elanlarında özbaşına silinən ünvanlara...
    Alışdım sevdiklərimin yoxluğuna...
    Amma təkliyə alışa bilmədim...
    Həsrətə alışa bilmədim...
    Sənsizliyə alışa bilmədim...
    Həmişə dönməyini gözlədim...

    Olmadı,sevdam...
    Bir araya gələ bilmədik...
    Halbuki daha yolun başındaydıq,
    Tumurcuqduq daha çatlamağa hazır,bahar gəlmədən ayrıldıq.
    İndi artan təkliyim, sənin böyüyən yoxluğun var.
    Divarlarda gözlərinin izi, qapı qollarında barmaq izlərin gizli...
    Sən haradasan sevdiyim? Varlığın harada?
    Bir mövsüm döndü..Sən dönmədin...

    Xəyallarım belə dağınıq deyildi köhnədən...
    Quru buludlar kimi toplanıb bir yerə...
    Ağrılarım ürəyimdə bürmələnməzdi gecə yarılarında...
    Həsrətlərim heç bu qədər uzaq olmamışdı gün işığına...
    Həsrət bu qədər böyüməmişdi...
    İndi köçəri olmuş ürəyimlə hər səhər yeni səfərlərə çıxıram...
    Gün işığına çoxalmış həsrətimlə sürətlə qaçıram dar ağızlı tunellərin içindən.
    Ümidin nəğmasini söyləyirəm yetim baxışlarımla...
    ...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Dönmədin....

    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Dönmədin....

    "Gelir" dedim oz ozume
    Soz verdi gelmesi gerek...Gozledim
    Ozumu param-parca hiss etdim,amma yene de sene eseblese bilmedim.
    Unutdum pis sozlerini....Unutdum qapinda gozledildiyimi...
    Unutdum telefonlarima cavab vermediyini....
    Unutdum zeherden aci,meni gecelerce aglamaga mecbur eden sozlerini........
    Doyuslerimizi unutdum....
    Bir tek seni unutmadim sevimli.......
    Bir tek seni unuda bilmedim...
    Hemise donmeyini gozledim.....

    Gedenler geri donmek ucun deyil, ardinda buraxdiqlarini silmek ve unutmaq ucun gedirler,gedeni saxlamaq olmaz

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dönmədin....

    eger o 1 defe gedibse ,onun qayidisini gozleme ,cunki o yene de gedecek .her seyin deyerini vaxtinda bilmek lazimdi ,neyise itirdikden sonra onu yeniden qazanmaqi hec bele dusunme

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.