Aşiqsinizmi, yoxsa onu yalnız sevirsinizmi.. Ya da sizdə ikisidə eyni şey deyənlərdənsinizmi. Sizə görə eşq nədir, eşq dəyincə ağılınıza gələn ilk şey nə məsələn. Adamından adamına görə dəyişər bu anlayış amma əslində eşq tək bir şeydir. Və əllə tutulub gözlə görülən bir varlıq olmamasına baxmayaraq niyə hər kəs fərqli tərifləyir eşqi.? Hər ürəkdə niyə fərqli sevinclərə, fərqli xoşbəxtliklərə və nəticəsində fərqli təxriblərə gətirib çıxarar bu eşq. Bir çiçəyi sevə bilərik bir böcəyi bir quşu sevə bilərik, yaxşı ya bir böcəyə aşiq ola bilərikmiƏgər ola bilirsək "Eşq və Sevgi" eyni şeydir. Xeyr ola bilmirsək bir-birindən ayrı şeylərdir sevgi və eşq. İnsan yalnız cansız varlıqları deyil, bütün canlı cansız hər şeyi sevə bilər lakin hər şeyə hər kəsə aşiq ola bilməz, aşiq olmaq bir istək deyil. Heç gözləmədiyiniz bir anda gəlir, dəvətsiz bir qonaq kimi. Kimində uzun müddət qalar kimində bu müddət daha qısadır.

Biriylə birlikdəsiniz və özünüzdən şübhələriniz var; Görəsən onu sevirəmmi, yoxsa ona aşiqəmmi. Tez-tez rast gəlinən bir hadisədir bu. İnsanlar tez-tez sevgiylə eşqi qarışdırarlar. Gecə başınızı yastığa qoyduğunuzda ilk ağılınıza gələn, telefonunuz çaldığında görəsən odurmu deyə düşündüyünüz ilk adam, yanındaykən ayaqlarınızı yerdən kəsən və tərifi mümkün olmayan bir xoşbəxtlik hissi oyandıran adam və özünüzü hər tək hiss etdiyiniz zaman ağılınıza gələn ilk adam… Əgər bunları yaşayırsınızsa ona qarşı, siz ona aşiqsiniz.

Və boş yerə özünüzü mən onu yalnız sevirəm deyə aldatmayın, bəli sevirsiniz amma eyni zamanda siz ona aşiqsiniz. Və artıq onsuz edə bilməz vəziyyətə gəlmisiniz.Əgər onu yalnız sevsəydiniz o getdiyində hər zamanki həyatınıza qaldığınız yerdən davam edə bilərdiniz. Amma bunları yaşayırkən o gedərsə nələr yaşayacağınızı yekunlaşdıraq. Özünüzü bənzərsiz tərifsiz bir boşluğun içində tapacaqsınız. Gecə olsun heç istəməyəcəksiniz, çünki başınızı yastığa qoyduğunuz an yenə o gələcək ağılınıza və yuxunuz qaçacaq və uzun müddət yata bilməyəcəksiniz bəlkə,həmişə onu düşünüb onu xəyal edəcəksiniz. Əliniz telefona heç getsin istəməyəcək. Həftə sonlarından nifrət edəcəksiniz. Hər qızda və ya oğlanda onu görəcəksiniz. Harada əl-ələ,öpüşən bir cütlük görsəniz başınızı çevirəcəksiniz. Və o mühitdən uzaqlaşmaq istəyəcəksiniz. Belə bir şeydir Eşq… Hər şeyə baxmayaraq sonu ayrılıq olsa da yaşamağa dəyər bir şeydir Eşq. Yaşamaq kimi, nəfəs alıb vermək kimi, həyat kimidir eşq. Nə qədər bir gün öləcəyimizi bilsəkdə yaşayırıq. Eşqdə belədir. Bəzən insanlar sonunda ayrılacağını bilsə belə yaşayarlar eşqi. Və Gerçək Eşqlər Ölümsüzdür…