Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

SON MƏKTUB...

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    SON MƏKTUB...

    Nə qəribədi.Heç xəyalımdan belə keçməzdi senə bir gün son məktub yazacağım.Nə etməli dəmək qismət buraya qədər imiş və bir vaxt "TANIŞLIĞIMIZ ŞADAM" deyə qovuşan əllər və başlayan dostluqlar bir məktub vasitəsilə ayrılmalıymışlar.Bugün səninlə iki dost kimi danışdıq.Hər zaman olduğu kimi.Əslində bu məktubda yazdıqlarımı sənlə danisanda deməliydim ama deyə bilmədim.Dəstəyi yerə qoyacağindan məni heç dinləmək belə istəməyəcəyindən qorxdum.Bilirsənki səni çox sevirəm.İnan mən istəmədim səni sevməyi sənlə olan dostluğumuzu itirmək istəməzdim amma insan ürəyinə söz keçirə bilsəydi həyat daha sadə olardı.Bəzən duyğular məntiqimizin önünə keçir nə yazıq ki...Bilirəm bu sözlərimə hirslənəcəksən "AXI BIRDƏ BU SOZLƏRI DEMƏMƏLİYDİN" deyəcəksən amma bu bir həqiqətdir bundan qaçmaq olmaz.Inan sən mənə öl desəydin mən bu sevgi üçün ölərdim belə.Amma sən mənə yaşa dedin lakin sənsiz bir həyat yaşamağımı istədin inan bu mənə ölməkdən belə çətin idi.bugün məni neçə illərdir tanidığını çox yaxşı dost olduğumu dedin.Hə mən sənin üçün adi bir dost imişəm elə o na görədə bu neçə illərdir hər gün sənə olan sevgimi duyğularımı anlatmağa çalışıram sən isə heç vaxt anlamırsan.Bir şeyi heç unutma sən məni sevməsən belə mən sənin sevginə xəyanət etmədim.Bu həyata bu şəhərə məni bağlayan sadəcə sənə olan sevgim və nə vaxtsa məni sevəcəyini düşündüyüm ümüdlərim idi.Lakin artiq ümüdlərim oldu.Sən mənim ümid çıraqlarımı söndürməyi bacardın.Nə isə artıq gedirəm həmdə çox uzaqlara.Bağısla amma artıq dostun belə ola bilmərəm.Sənə yazdığım şeirləri, məktubları, sənlə keçirdiyim uşaqlığımı, gəncliyimi, sadəcə sənli günləri yazdığım günlüyümü bir sandiğa yığıb bu soyuq artıq kimsəsiz otağımda qoyub gedirəm.Bəlkə bir gün otağıma girəcək biri . . . . . deyə birinin səni necə sevdiyini anlayar.Sən anlamayanda.Bunu bil və unutma bir gün əslində məni sevdiyini anlarsan və peşman olubda bunu çox gec bir zamanda deyərsənsə səni heç vaxt bağışlamaram.çünki o zaman sən məni sevərək öldürəcəksən,oysaki mən səni sevərək yaşatmışdım.indiysə gedirəm tam bir saat sonra uşaqlığımdan sənli xatirələrimdən çox uzaqlara gedəcəm.Sənə son sevgim demirəm sən usaqlığımın son sevgisisən.Çünki həyata olan ümidlərim daha ölməyib.Həyat sürprizlərlə doludu içində kədərliləri bizi üzənləri olsa belə.Amma biz insanlar üzüntü göz yaşı görməsək xoşbəxtliyimiz dəyərini bilmərik CANIM.və heç vaxt demə mən heç vaxt sevməyəcəm çünki inan ən sevgisiz insanın içində belə nə vaxtsa yenədə sevgi toxumu cucərə bilir.özünə yaxşı bax. Hələlik.niyə hələlik cünki dünya kiçikdi ölüm olmayınca nə vaxtsa qarşılaşa bilərik......

    Səndən bir nəvaziş görəcək kimi,
    Düşmüşdüm əlinə tər çiçək kimi.
    İsti nəfəsinlə ətrilənərdim,
    Açıb qönçə qönçə çətirlənərdim.
    Verərdim özümü ixtiyarına
    Həmdəm kəsilərdim arzularına.
    Arzudan,istəkdən qaçırdın məni
    Özün öz əlinlə uçurdun məni.
    Səndən bir məhəbbət görəcək kimi,
    qonmuşdum sinənə kəpənək kimi.
    Bütün fəsillərdə burda qalardim
    Burdan pərvazlanıb qanad çalardım
    sevdiyim ürəkdən qaçırdın məni.
    Özün öz əlinlə uçurdun məni
    Nə idi o sevda??Hələ bilmirəm
    INDI CAĞIRIRSAN GELƏ BILMIRƏM
    Good Bye My Lover Good Bye My Friend

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: SON MƏKTUB...


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: SON MƏKTUB...

    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.