Ümidsiz sabah
Gözlərimə kədər tək yazılmısan sevgilim
İllərim tənhadı sevincim baha
Ömrümü ağrılar sarıb bax yaman
Ümidsiz gedirəm üzü sabaha
Sabahlar hey sənsiz qüssəli keçər
Qəlbimi yandırıb ayrılıq biçər
Eşqim bal yerinə bil zəhər içər
Ümidsiz gedirəm üzü sabaha
Gözlərəm ömrümün son anınacan
Mənəm bu dünyada dalınca qaçan
Sən məni sevərsən de görüm haçan
Ümidsiz gedirəm üzü sabaha
Sənli həyat arzusu
Fərhadı bezdirən dağlara sordum
Mənidə bezdirə bilərsənmi sən
Ağlasam ey gözəl mən həsrətinlə
Gözümün yaşını silərsənmi sən
Sən mənə get dedin ölümə bərabər
Mənimlə bir yerdə ölərsənmi sən
Sən ölmə, sən yaşa, can verirəm mən
Mən ölsəm qəbrimə gələrsənmi sən
Həmişə mənimlə acı danışdın
Bir dəfə üzümə gülərsənmi sən
Danışıb bir azda üz-üzə baxıb
Dərdini mənimlə bölərsənmi sən
12 sonuçtan 11 ile 12 arası
-
02-13-2010, 02:56 AM #11Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Yer
- Baki
- Mesajlar
- 188
Re: Həsrət
SƏN MƏNƏ LAZIMSAN
Sən mənə lazımsan sutək, havatək.
Sən mənə lazımsan öz canım qədər.
Səni arzulayır sinəmdə ürək,
Bu böyük həsrəti duymursan məgər?
Qəmli günlərimdə lazımsan mənə
Qovasan qəlbimin kədərini sən.
Xoşbəxt günlərimdə lazımsan yenə
Böyük sevincimi yarı böləsən.
Kef üçün, zövq üçün, nəşəçün deyil,
Xəstəyə dərmantək mənə gərəksən.
Həyatın yolları tufanlıdır bil,
Ona gərmək üçün sinə gərəksən.
Sən ümid, təsəlli, sən şirin arzu,
Sən ömür yelkəni dumanda, çəndə!
Bir az yaxşı düşün, gülüm doğrusu,
Sənə bunlar üçün lazımam mən də!
sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.
-
02-13-2010, 09:41 AM #12Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Həsrət
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri