2 sonuçtan 1 ile 2 arası

Sevgililər günü 30 iyun yoxsa 14 fevral?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Sevgililər günü 30 iyun yoxsa 14 fevral?

    Dünyanın hər tərəfində qeyd edilnən sevgililər günü özünü sevgi yolunda fəda edən St. Valentineni xətrinə keçrilir. Uzun əsrlər bundan əvvəl sevgililər bu günü qeyd edərkən adlarını yumurtalara yazıb suya atır, sevgiləri naminə əllərində xüsusi kartlar düzəldirdilər.

    Muasir dünyada dəyişən hər şeylə bərabər isə sevgililərin bir-birlərinə sevgi sübut etmə tərzləri də dəyişdi. Artıq sevgililər bir-birlərini düşündüklərini, diqqətlərini aldıqları çiçək və hədiyyələrlə göstərməyə çalışırlar. Sevgini ifadə üsulları dəyişsə dəyişməyən yeganə sevgi qaldı. Sevgililər günündə gözlənilməyən hədiyyələrlə sevgilini sevindirmək artıq bir adət halını alıb. Bu günün sevinci və həyəcanı günlər əvvəl sevgililəri bürüyür. Nə alınacaq, həmin günə necə plan qurulacaq kimi suallara cavab tapmaq marağı hər şeydən üstün gəlir.

    Hamı fərqli olmaq, fərqli bir tərzdə yadda qalacaq qeyd etmə üçün çırpınır. Bu ki ildə bir dəfə olan gündür.. Ona məxsusi bir hədiyyə çox sevdiyi bir gül, ya da sizin yanınızda bəyəndiyi bir aksesuar, çoxdan bəri axtardığı bir şey ola bilər. Məhz bu hədiyyəni gözəl bir axşam yeməyindən və ya romantik bir gəzintidən sonra təqdim etmək onun çox ürəyincə olacaq.

    İndi də keçək milli sevgililər günümüzə...?

    Iyunun 30-u Azərbaycanda Sevgililər günüdür. Artıq bir neçə ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.

    Amma məntiqə baxsaq bütün dünya 14ü qeyd edir.Yəni Azərbaycanda 14 fevral unudula biləcəkmi? Yoxsa, hər iki tarix, həm 14 fevral, həm də 30 iyun sevgililər arasında qeyd olunmağa davam edəcək? Sizcə bu gün ə vaxt qeyd olunmalıdır? Siz özünüz nə vaxt qeyd edirsiz 30 iyun yoxsa 14 fevral?

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sevgililər günü 30 iyun yoxsa 14 fevral?

    tebii ki 30 iyun olmalidir,Azerbaycanda ama ki 14 fevral ise butun dunyada qeyd olunur sevgililer gunu kimi,pullu olan ikisinide qeyd edir,kasib olan iyunun 28 i birde fevralin 13 sevgilisiynen dalasir
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.