Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
![]()
![]()
3 sonuçtan 1 ile 3 arası
-
04-08-2011, 01:41 AM #1
Dənizin nəgməsi

Bəli, dəniz həmişə hərəkətdədir, o da yaşayır, nəfəs alır, danışır, hətta oxuyur da.
Siz dənizin nəğmasini yaxından, lap yaxından dinləmisinizmi?
Vaxt tapan kimi sahilə gedin, lap səhər tezdən, ya da axşam çağı. Elə bir gün seçinki ağacların yarpaqları belə tərpənməsin, dənizin ənginliyi üzərində xoş bir sükut hökm sürsün. Narahat olmayın, elə düşünməyin ki, belə sakit gündə dənizin nəğməsini eşitmək olmasın. Ən dərin sükut belə suların səsini susdura bilməsin.
Ləpədöyəndəki xırda qayaların üsdündə kiçik bir meydança tapıb əyləşin. Gözləriniz qarşısında fikrinizə, xəyallarınıza, ruhunuza zərif bir dinclik, xoş bir istirahət gətirən bir lövhə açılacaq. Sakitlikdir…
Dəniz o qədər sakitdir ki, elə bir yaranmışdan belədir, heç vaxt dalğalanmayıb. Yalnız ayaqlarınızın az qala suya toxunduğu yerdə, daşların arasında incə ləpələr səslənir.
Nə qədər yorğun, nə qədər əsəbi olsanız belə hətta canınızda xəstəlik əlaməti duysanız belə bu səslərdən şəfa tapacaqsınız. Dəqiqələr, saatlar ötdükcə düşünəcəksiniz ki, bu ləpələrin şırıltısı deyil, göz işlədikcə ətrafa sərilən ucu-bucağı görünməyən dənizin nəğməsidir. Onun təranəsi şirin, şirin olduğu qədər də dərindir. Ona görə ki, bu nəğmə dənizin dərinliklərindən gəlir...
Bu dənizin nəğməsidir….[
-
04-08-2011, 04:03 PM #2Senior Member
- Üyelik tarihi
- Aug 2010
- Mesajlar
- 386
Re: Dənizin nəgməsi
-
02-13-2012, 10:57 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Dənizin nəgməsi
Bu dənizin nəğməsidir….
o qeder ehtiyacim var bu neqmeye
ama ki deniz de donub bu gun insanlar donduqu kimi . bu gun o da susur


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri