sen bu qemli sheyirleri hardan tamirasan axi oldukki aglamagdan
![]()
![]()
![]()
3 sonuçtan 1 ile 3 arası
-
08-26-2010, 05:56 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Könül qədri biləcəyi yoxdursa
Göz yaşını axıtmağa dəyərmi,
Sonunda bir güləcəyi yoxdursa.
Hər görüşə sevgi demə əzizim,
Əgər onun gələcəyi yoxdursa.
Sevgi yoxsa ürək quru qəfəsdir,
Kor ümidə nə qərəzi,nə qəsdi?
Min yol geri çağırmağın əbəsdir,
Əgər geri dönəcəyi yoxdursa.
Hər kül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdursa.
Oda salsan,buz bağlayıb donacaq,
Əldən uçdu yad budağa qonacaq.
Könül versən nə qiymətə qalacaq?
Könül qədri biləcəyi yoxdursa.
Ucaltdiğin kiçiləndə görəsən,
Əriyərsən gözün görə-görə sən.
Süfrəsinə nə qoyacaq görəsən,
Sənlə tikə böləcəyi yoxdursa...
Demə mənə nələr gəlir ağlıma,
Vay onda ki,qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdursa.
-
08-26-2010, 07:30 PM #2
Re: Könül qədri biləcəyi yoxdursa

-
09-06-2010, 10:29 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Könül qədri biləcəyi yoxdursa
Demə mənə nələr gəlir ağlıma,
Vay onda ki,qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdursa.
tesekkurler


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
sen bu qemli sheyirleri hardan tamirasan axi oldukki aglamagdan 
Yer imleri