Göz yaşını axıtmağa dəyərmi,
Sonunda bir güləcəyi yoxdursa.
Hər görüşə sevgi demə əzizim,
Əgər onun gələcəyi yoxdursa.
Sevgi yoxsa ürək quru qəfəsdir,
Kor ümidə nə qərəzi,nə qəsdi?
Min yol geri çağırmağın əbəsdir,
Əgər geri dönəcəyi yoxdursa.
Hər kül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdursa.
Oda salsan,buz bağlayıb donacaq,
Əldən uçdu yad budağa qonacaq.
Könül versən nə qiymətə qalacaq?
Könül qədri biləcəyi yoxdursa.
Ucaltdiğin kiçiləndə görəsən,
Əriyərsən gözün görə-görə sən.
Süfrəsinə nə qoyacaq görəsən,
Sənlə tikə böləcəyi yoxdursa...
Demə mənə nələr gəlir ağlıma,
Vay onda ki,qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdursa.
Könül qədri biləcəyi yoxdursa
Printable View
-
08-26-2010, 05:56 PMzeynalov_Könül qədri biləcəyi yoxdursa
-
08-26-2010, 07:30 PMTutu20Re: Könül qədri biləcəyi yoxdursa
:meyus: sen bu qemli sheyirleri hardan tamirasan axi oldukki aglamagdan :meyus: :meyus: :meyus:
-
09-06-2010, 10:29 AMXeyallarimRe: Könül qədri biləcəyi yoxdursa
Demə mənə nələr gəlir ağlıma,
Vay onda ki,qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdursa.
tesekkurler ::yerivar::
