3 sonuçtan 1 ile 3 arası

Bacısını öldürdü

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bacısını öldürdü

    15 yaşli bacisini görüşə çağirib öldürdü

    Qardaş Azərbaycana 4 yaşından üzünü görmədiyi bacısını qətlə yetirmək üçün qayıdıbmış

    Bu il noyabrın 27-də saat 10:30 radələrində Şəmkir rayonunun Dağ İrmaşlı kəndində İrmaşlı kənd sakini, 15 yaşlı Şəfəq Səfixanovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İki gün sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti qatilin müəyyənləşdiyi və saxlandığı barədə məlumat yayıb.
    Məlum olub ki, Şəfəqi qardaşı Daşqın öldürüb. Nazirliyin məlumatında bildirilirdi ki, Şəfəq qardaşı Daşqın tərəfindən noyabrın 25-də qısqanclıq zəminində boğulma yolu ilə qətlə yetirilib.
    Qardaşın bacıya qarşı qısqanclığının səbəbləri nə olub? Nə baş verib ki, qardaş amansızlıqla bacısına qıyıb?
    Xəbər agentliyi bu qətlin izinə düşüb və Şəmkir Rayon Polis Şöbəsi ilə də əlaqə saxlayaraq hadisənin detallarını öyrənib. Məlum olub ki, hadisə əslində göründüyündən daha dəhşətli imiş...
    Əbdürrəhman kişi vətəndə normal bir iş tapıb ailəsini dolandıra bilməyəcəyini görüb Moskvaya yollanır. Burada o, ticarətlə məşğul olur. Sonra isə daha sərfəli şəhərə - Odessaya köçür, orada da alver eləyərək ailəsinə çörəkpulu qazanır.
    Ata qərib şəhərdə təkbaşına ailəsini dolandırmağın çətin olduğunu görüb artıq 16 yaşı çatmış oğlunu da yanına - Odessaya aparmağı düşünür. Həm də axı oğlu Daşqın da gələcəkdə onun kimi işsiz-gücsüz olacaqdı. Beləliklə, 1998-ci ildə o, Daşqını Odessaya aparır. Daşqın da atasına kömək edir, onlar əvvəlkindən də çox pul qazanırlar.
    Əbdürrəhman kişi arabir Şəmkirə - ailəsinə dəyməyə gedirsə də Daşqın ötən 11 il ərzində rayonlarına bircə dəfə də gəlmir. 11 ildən sonra doğma el-obasına qayıdır, amma necə...
    ...Hər şey bacısı Şəfəq barədə eşitdiklərindən sonra olur: sən demə, qız pis yola düşübmüş. Əvvəlcə eşitdiklərinə inanmır. Axı Daşqın Şəmkirdən ayrılanda Şəfəqin cəmi 4 yaşı olub. Haradan biləydi ki, bacısı 13 yaşından tez-tez itkin düşür, onu ya bardan, ya da parkların birindən tapırlar. Qız kiminlə və necə gəldi birlikdə olmağa razılıq verirmiş, təki pul olsun. Bunun da bir adı var: fahişəlik.
    Daşqın qulağına çatan söhbətlərdən sonra bacısına zəng vurur. Şəfəq deyilənləri əvvəlcə inkar edir, ona şər atıldığını deyir. Qardaş yeni xəbərlər eşidir, yenə zəng vurur. Bacısı yenə də deyilənləri inkar edir. Artıq üçüncü zəngdə boynuna alır... Bu cür zənglər düz iki il davam edir. Sonda Daşqın hədəyə keçir, bacısına onu öldürəcəyini deyir. Artıq polis şöbəsində əxlaqsız, fahişə kimi qeydiyyata götürülmüş Şəfəq də bunu qulaqardına vurur.
    25 noyabr, 2009-cu il. Şəfəqin mobil telefonuna növbəti müştəri zəngi gəlir. Başqa müştərilərlə olduğu kimi bu zənglə də razılaşır. Yaşadığı kənddə görüşdüyü müştəri onu 3 kilometr uzağa “Qulu dərəsi”nə aparır. Maşın bu kimsəsiz məkanda dayanır. Müştəri ondan “məni tanımadınmı” soruşunca Şəfəq “yox” deyib başını bulayır. O, artıq soyunub “iş”ə başlamağa hazırlaşırdı. Ancaq bu an Şəfəq müştərisindən heç yuxusunda da görə bilməyəcəyi kəlmələri eşidir: “Mən Daşqınam... Sənin qardaşın...”
    Qız əvvəlcə maşından düşüb qaçmaq istəyir. Ancaq qara tikanlarla dolu olan yarğanlı dərədən qaça bilməyəcəyini düşünərək heç yerindən də tərpənmir.
    Daşqın əvvəlcə onu döyür. Şillə, təpik... İki ilin əsəbi bununla soyuya bilməzdi. Qardaş şalvarının kəmərini çıxararaq onu boğur, sonra da qurd-quşa yem olması, heç meyitinin də ələ gəlməməsi üçün yarğana atır.
    Kənd sakinləri Şəfəqin meyitini iki gündən sonra tapır, dərhal da polisə məlumat verirlər. Və polis Odessadan əxlaqsızlıqla məşğul olan bacısını öldürməkdən ötrü gəlmiş Daşqını tutur...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bacısını öldürdü

    ay da.allah beterinden saxlasin
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Bacısını öldürdü

    Halaldi o oglana !! basqa hec sozumde yoxdu dogurdan Halaldi. Baciya bax e!! o cur yaxsi oglani dord divar arasina saldi !
    Allah Komeyi olsun Dasqinin yeri iceridede yuxari basdi onsuzda..Basi yuxarida iceride gezecek .!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.