Haqqinda
Yaponiya (Yaponca: 日本, Nippon və ya Nihon, rəsmi adı: 日本国, Nippon-koku və ya Nihon-koku) Şərqi Asiyada yerləşən arxipelaq-dövlət. Dörd böyük (Hokkaydo, Hönsü, shikoku və Küsü), eləcə də minlərlə kiçik adalardan ibarətdir. Paytaxtı 1868-ci ildən Tokio şəhəridir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ölkə konstitusiyası 1947-ci ildə qəbul olunmuşdur. Pulu vahidi Yen-dir. Daimi hərbi qüvvəsi yoxdur.




İnzibati bölgü

Yaponiyanın ərazisi 47 prefekturaya bölünüb(Xokkaydo, Aomori, İvate, Miyaqi, Akita, Yamaqata, Fukusima, İbaraki, Totiqi, Qumma, Saytama, Tiba, Tokio, Kanaqava, Niiqata, Toyama, İshikava, Fukui, Yamanasi, Naqano, Qifu, Sidzuoka, Ayti, Mie, Siqa, Kioto, Osaka, Xyeqo, Nara, Vakayama, Tottori, Simane, Okayama, Xirosima, Yamaquti, Tokusima, Kaqava, Exime, Koti, Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki, Kaqosima, Okinava).

Böyük Şəhərləri

Tokio:12,300,000 (5,541 nəfər hər/km²) Osaka:8,800,000 (4,652 nəfər hər/km²) Kanaqava:8,600,000(3,515 nəfər hər/km²) Ayçi:7,100,000(1,367 nəfər hər/km²) Saytama:7000,000(1,827 nəfər hər/km²)

Tarixi

Yaponiyanin adı ilk dəfə bizim eranın 701-ci ilinə aid mənbələrdə çəkilir. "日" Kancidə gün mənasını, "本" isə yurd mənasını verir.

Ən qədim Tarixi dövrləri
Daş dövrü (insan Tarixi başlanandan 130min il bundan öncə)
Comon dövrü, (130min-10min il bundan əvvəl)
Yayoyi dövrü (10min bundan əvvəl - eramızın III əsrinə kimi)
Kofun dövrü (Eramızın III - VI əsrləri)
Nara dövrü (710-794)
Heyan dövrü (794-1185)
Kamakura dövrü (1185-1333)
Muromaçi dövrü (1338-1573)
Edo dövrü (1603-1867)
Meyci dövrü (1968-1912)
Tayşo dövrü (1912-1926)
Syova dövrü (1926-1989)
Heysey dövrü (1989-)dir.sag ol

İqtisadiyyat

Ümummilli məhsulun həcminə görə dünyada 3-cü sıradadır.

Demoqrafiya

Əhalisi 1 oktyabr 2005 - ci il siyahıya alması zamanı 127.767.994 nəfər olmuş , 1 aprel 2009 - cu il rəsmi təxmininə əsasən isə 127,6 milyon nəfərdir . 2005 - ci ildə aparılmış siyahıya almanın rəsmən açıqlanmış yekunlarına əsasən Yaponiyada 1,555,505 nəfər (466,637 nəfəri Koreyalı , 346,877 nəfəri Çinli , 214,049 nəfəri Brazilyalı , 123,747 nəfəri Filippinli , 40,091 nəfəri Perulu , 37,417 nəfəri ABŞ-lı , 26,429 nəfəri Taylandlı , 20,630 nəfəri Vyetnamlı , 18,041 nəfəri İndoneziyalı , 9,605 nəfəri Böyük Britaniyalı , 251,982 nəfəri isə digər ölkələrdən olmaqla) xarici yaşayır .

Din

Yaponiyada iki əsas din mövcuddur: sintoizm və buddizm (maxayana). Çində olduğu kimi Yaponiyada da əsas dinlər bir-biri ilə sıx bağlıdırlar. Buna görə də burda hər bir dinin ardıcıllarının sayını müəyyənləşdirmək mümkün deyil. Rəsmi məlumatlara görə sintoizm tətərfdarları 104, 6 milyon nəfər, buddistlər isə 87, 1 milyon nəfərdirlər. Beləiklə, hər iki dinin ardıcıllarının ümumi sayı Yaponiya əhalisinin sayından çoxdur. Burda təəccüblənmək lazım deyil. Çünki bir çox yaponlar eyni zamanda həm buddist, həm də sintoist məbədlərini ziyarət edirlər. Sintoizmin ən böyük təriqəti tenridir (2,6 mln.nəfər ). Yapon buddizmi də təriqətlərə(sayı 200-dən çoxdu) bölünüb. Ən nüfuzlu buddist sektası dzedo sinin 15 milyon nəfər ardıcılı vardır. Son on illərdə Yaponiyada çoxlu yeni dini cərəyanlar yaranıb. Bunlardan neobuddist sektası olan nitiren sesyunu (16 milyon tərəfdarı var) qeyd etmək olar. Xristianlıq Yaponiyaya hələ XVI əsrin sonlarından gəlməyə başlayıb. Lakin sonralar dövlətin ciddi təzyiqlərindən sonra xristianlığın yayılması dayandırılıb. Xristianlıq yenidən bu ölkəyə XIX əsrin ikinci yarısından daxil olub. Yaponiyada 1434 min nəfər xristian olduğu haqda məlumat var. Onlardan 3/5 protestantlar, 2/5 katoliklərdir. Protestantlar çoxsaylı kilsələrə və təriqətlərə parçalanıblar. Bundan başqa, Yaponiyada müqəddəs katolik kilsəsi də fəaliyyət göstərir. Digər xristian sektralarından baptistləri, metodistləri, yeddinci günün adventistlərini, presviterianları, lüteranları nümunə göstərmək olar. Ölkədə pravoslavların kiçik qrupu yaşayır. Yaponiyada sayına görə azlıq təşkil edən aynların ibtidai dini təsəvvürləri vardır, hansı ki, bunlar da buddistlər və xristianlar tərəfindən sıxışdırılırlar.

Dil

Yapon dili aqlyutinativ dildir. Yazı sistemində ərəb rəqəmləri və latın əlifbası (romadzi) ilə yanaşı 3 ayrı işarə tiplərindən də istifadə olunur Xiraqana - ieroqliflərdən və köməkçi sözlər olan "kana"dan istifadə etməklə yazılan hecai əlifbadır. Kataqana - bu əlifbadan daha çox qeyri-yapon sözlərinin işlədilməsində istifadə olunur. Heyvan və bitki adlarının çoxu da katakana əlifbasında yazılır.

Siyasət

25 sentyabr 2007-ci ildə Sindzo Abenin istefası təsdiqləndikdən sonra yeni Baş Nazir Yasuo Fukuda təyin olunmuşdur.
Mədəniyyət

Yaponiyada I minilliyin sonlarından başlayaraq ədəbiyyat sahəsi inkişaf etməyə başlamışdır. Məsələn, Yaponiyanın indiki yapon himni IX-X əsrlərə aid edilir. Yapon mədəniyyətinə ən əvvəl Çinin, Meydzi yenidənqurmasından sonra isə Qərbi Avropa mədəiyyətinin təsiri böyük olmuşdur. XX əsrdə yapon cizgi filmləri və komiksləri dünya miqyasında geniş yayılmışdır.

Elm

Nobel laureatları Fizika: Xideki Yukava (1949), Sinitiro Tomonaqa (1965), Esaki Reona (1973), Masatosi Kosiba (2002), Yeitiru Nambu, Makoto Kobayasi, Tosixide Maskava (hər üçü 2008-ci il) Kimya: Keniti Fukui (1981), Xideki Sirakava (2000), Ryodzi Noyori (2001), Koiti Tanaka (2002). Tibb: Susumi Toneqava (1987), Osamu Simomura (2008) Ədəbiyyat: Yasunari Kavabata (1968), Kendzaburo Oe (1994). Sülh: Eysaku Sato (1974).

Nəqliyyat

Yapon avtomobil sənayesinin əsas istehsalçı firmaları:

Acura
Daihatsu
Honda
Infiniti
Isuzu
Lexus
Mazda
Mitsubişi
Nissan
Scion
Subaru
Suzuki
Toyota

Yeməkləri

Suşi
Saşimi
Tempura
Ramen
Takoyaki
Sake

Yapon təqvimi

Bayramlar:

1 yanvar - Yeni il Yanvarın ikinci bazar ertəsi - Həddi-buluğa çatanların günü

11 fevral- Dövlətin yaranması günü

21 mart - Yaz gecə-gündüzün bərabərliyi günü

29 aprel - Syova (1926-1989-cu illərdə imperator olmuş Xiroxitonun padşahlıq dövründəki adı) günü

3 may - Konstitusiya günü

4 may - Yaşıllıq günü

5 may - Uşaqlar günü

İyulun üçüncü bazar ertəsi - Dəniz günü

Sentyabrın üçüncü bazar ertəsi - Qocalara hörmət günü

3 noyabr - Mədəniyyət günü

23 noyabr - Əməyə minnatdarlıq günü

23 dekabr- İmperatorun (Akixito 1989-cu ildən indiyə kimi hakimiyyətdədir) doğum günü.

Qəzetləri

«Asahi», «Yomiuri», «Mayniti», «Nikkey