10-cu yer: “Guiness Recordlar kitabı”-na əsasən dünyanın ən uzun serialı Böyük Britaniya televiziyasında 1960-cı il 9 dekabr tarixindən etibarən nümayiş olunan “Coronatio Street”-serialı seçildi. Bu kinonun aktyoru olan William Roch bütün kino boyu rolu dəyişmədən yalnız 1 rolu oynadığı üçün rekorda imza atdi. İlk epizoddan o Kena Borlou rolunda idi. 44 il nümayiş ərzində o, 3 dəfə evlənib, özünə qəsdetmə kimi hallar yaşayıb və ümumi olaraq 23 qızla birlikdə olmuşdur.



9-cu yer: “Scooby-doo” cizgi filmi ən uzun cizgi film kimi “Guiness Recordlar kitabı”-na düşmüşdür (350 seriya). Bu cizgi filminin ilk seriyası 1969-cu il ABŞ-da çıxmışdır.



8-ci yer: Britan televiziyasında ən uzun reklam roliki isə univermaq reklam roliki olan” Qreyt Universal Stors”-adlı rolikdir: 7 dəq, 10 saniyə davam etmişdir. İlk dəfə olaraq bu reklam 1985-ci il 20 yanvar tarixində- “Sabahınız Xeyir Britaniya” adlı verlişində göstərilmişdir.



7-ci yer: Dünyanın ən qısa telereklaması-3 saniya davam etmişdir-hansı ki , 1993-cü ildə “Guiness Recordlar kitabı”-nı reklam etmişdir. İlk dəfə olaraq Britan televiziyasında 1992-ci ildə göstərilmişdir,.



6-cı yer: Ən bahalı telequrma-bu mini serial: “ Müharibə və yaddaş” serialıdır ki, ABC kanalında yayımlanmışdır. Serial 110 milyon dollar dəyərində idi və bunun çəkilişlərinə 3 il sərf olunmuşdur. Buna baxmayaraq serial cəmi 14 seriyadan ibarət idi.



5-ci yer: Dünyanın ən böyük televiziya müqaviləsi (kontraktı) hələ də Oproy Uinfri ilə olan müqavilə hesab olunur. 1994-cü ildə o müqaviləni imzaladı ki, hansı ki, 2000-ci il, 31 dekabr tarixinəcən onun kompaniyası olan “ Harpo”-kompaniyasına 300 milyon dollar qazandırdı.



4-cü yer: Ən uzun fasiləsiz davam edən televerliş. İsveçrə Dövlət Frankmilli telestansiyası: “Suiss- 4” . Bu kanal bütün gün boyu Atlantadan 1996-cı il Olimpiya oyunları yayımlayırdı: 16 sutka, 22 saat, 45 dəq davam etməklə. Yayım 19 iyul tarixində başlandı və 5 avqust 1996-cı ildə sona yetdi.



3-cü yer: Dünyanın ən çox yarışma izləyicisini “Nippon television” yığmışdır. Yaponiyada keçirilən teleyarışmanın 5000 iştirakçısı olmuşdur.



2-ci yer: Britan aktyoru Kristofer Li: 225 filmdə çəkilərək “Ən çox titrlarda rast gəlinən beynəlxalq ulduz” kateqoriyası üzrə ,“Guiness Recordlar kitabı”-na düşmüşdür.



1-ci yer: “Səyahətçilər klubu”-ən uzun davam edən telelayihə və onun aparıcısı Yuriy Senkeviç en uzun aparıcı karyerasına sahib kimi ,“Guiness Recordlar kitabı”-na daxil edilmişdir.