18 il öncə Obamanın hakimiyyətə gələcəyini söyləyən bolqar görücü qadın Amerikanın çökəcəyini də söyləmişdir







Hələ 18 il bundan öncə Amerikanın prezidentinin qaradərili birisi olacağını söyləmiş bolqar görücü qarı məhz o qaradərilinin Amerikanın son prezidenti olacağını da söyləmişdir.



Amerikada 4 Noyabr prezident seçkilərində qələbə qazanmış namizəd, qaradərili Barak Obamanı, Amerika tarixinin ilk qaradərili prezidenti kimi bütün dünya böyük coşqunluqla qarşıladı. İqtisadi böhranı ilə mücadilə edən dünya ölkələrinin liderləri demokrat Barak Obamaya bir ümid yeri kimi baxdılar. Dünya mətbuatı, 50 milyon ağdərili seçicinin də səs verdiyi Barak Obamanın, nəhayət Amerikanın qan tökən Buş siyasətini dəyişdirəcəyi, dünyaya sülh gətirəcəyi və vergi endirimləri hesabına Amerikanı böhrandan çıxaracağı haqqında yazdı. Lakin Obamanın prezident seçiləcəyini 18 il bundan öncə bilən bolqar görücü qadın Vanqa qarının (Baba Vanqa) dediklərinə görə, əksinə, Obamanın etdiyi dəyişikliklər dünyaya sülh deyil, fəlakət gətirəcəkdir.

İkinci dünya müharibəsi illərində, hətta Adolf Hitlerin də ziyarət etdiyi və SSRİ təhlükəsizlik orqanı KQB-nin belə mütəmadi olaraq məsləhətlər aldığı Vanqa qarı 1996-cı ildə 84 yaşında vəfat etmişdir.



11 sentyabr terror aktı, Kursk faciəsi, və Rusiyanın Gürcüstanı işgal edəcəyini daha illər öncə xəbər vermiş Vanga qarı Amerikaya dair isə bu öngörmələrini söləmişdir:

“Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti (Corc Buşdan sonra gələcək prezident) qaradərili olacaqdır. Bu Amerikanın görəcəyi son lider olacaq. Çünki onun gəlişindən qisa bir zaman keçdikdən sonra Amerika böyük bir iqtisadi böhrana yuvarlanacaq. Şimal və Cənub ştatları arasında böyük fikir ayrılıqları və anlaşmazlıq meydana gələcək. İndoneziya qarışacaq. Bütün bunlar üçüncü Dünya Müharibəsinin başlanğıcı olacaq. Üçüncü Dünya Müharibəsində ilk dəfə atom bombası istifadə ediləcək.



Öngörmələrinin 80%-i doğru çıxdı...



Hələ sağ ikən dedikləri Bolqarıstan hökuməti tərəfindən qeydə alınan Vanqa qarının söylədiyi öngörmələrin 80%-i doğru çıxdı.

1989-cu ildə Rusiya telekanalına müsahibəsində o, “İki dəmir quş qüllələrə çırpılacaq, göyün üzü işıqlanacaq (11 Sentyabr terror aktı), Kursk (2000-ci ildə 118 Rus əsgərinin məzarına çevrilmış Kursk sualtı atom gəmisi) su altında qalacaq, bütün dünya onu ağlayacaq\\" demişdir. Görücü 1994-cü ildə isə \\"Vladimirin qələbəsi dünyada hər şeyi əridəcək (Gürcüstan müharibəsi),iqlim dəyişəcək (qlobal iqlim dəyişikliyi), Rusiya dağılmayacaq və sünyaya hökmran olacaq\\" deyə söyləmişdir.



Vanqa qarı kimdir?



Əsl adı Vangelina Pandeva olan Vanqa qarı (Baba Vanga), 1911-ci ildə, o zamanlar Osmanlı dövlətinin tərkibində olan Bolqarıstanda (İndiki Makedoniya ərazisində) anadan olmuşdur. 13 yaşında selə düşərək torpaq altında qalmış, bundan sonra onun hər iki gözü iltihablanaraq kor olmuşdur. Məhz keçirdiyi bu qəzadan sonra o gələcək haqqında fikirlər söyləməyə başlamışdır. Vanqa qarı ayaq basdığı torpaqda illər öncə hansı hadisələrin yaşandığını və yaşanacağını söyləyir, toxunduğu əşyaların rənginə qədər bütün əlamətlərini dəqiqliklə deyirdi. Görücü qarı məşhurlaşdıqca artıq Bolqarıstan hökuməti üçün işləməyə başladı. Onun üçün aylıq maaş ayrıldı. Artıq elm adamları onunla görüşmək üçün növbə gözləməli olurdular. Onun söylədiklərini isə Bolqarıstan hökuməti qələmə alaraq arxivləşdirdi. Həmin arxivdə Adolf Hitlerin Vanqa qarını ziyarət etdiyi və onun evindən çıxarkən çox əsəbi olduğu haqda da qeydlər vardır. Vanqa qarı 1996-cı ildə 84 yaşında vəfat etmişdir


Bu kimi hadisələrə inanırsınız?