Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Diqqət!!! İsbatlanan həqiqətlər 3cü-4cü hissələr

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    13

    Diqqət!!! İsbatlanan həqiqətlər 3cü-4cü hissələr

    DİQQƏT!!!: Burada izah olunanlar fərqli yanaşma və ya hər hansı fəlsəfi düşüncə deyil; hər kəsin qəbul edəcəyi və müasir elmin isbatladığı həqiqətlərdir!


    3-cü hissə



    Beynimizin İçində Yaranan "Xarici Dünya"

    Buraya qədər yazılan fiziki gerçəklər bizi mübahisə olunmaz nəticəyə gətirir: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya", "kainat" dediyimiz anlayışlar əslində beynimizdə şərh olunan elektrik siqnallarıdır. Məsələn, meyvə yeyən bir insan əslində meyvənin beynindəki alqısı ilə əlaqədardır, əsli ilə yox. İnsanın meyvə deyə adlandırdığı şey meyvənin forması, dadı, iyi və sərtliyinə aid olan elektrik siqnalının beyində şərh olunmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssək, meyvə görüntüsü o an yox olar. Və ya burundan beynə gedən sinir tellərində bir nasazlıq olarsa, qoxu hissiyyatımız tamamilə yox olar. Çünki meyvə bir sıra elektrik qıcıqlarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.



    Bu yerdə üzərində düşünülməsi lazım olan əsas məsələ uzaqlıq hissidir. Uzaqlıq- məsələn bu kitabla aranızda olan məsafə beyninizdə meydana gələn boşluq hissindən başqa bir şey deyil. Bir insanın özündən çox uzaqda zənn etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxaraq ulduzların ondan milonlarla işıq ili uzaqda olduğunu zənn edir. Əslində isə ulduzlar onun içində- beyninin görmə mərkəzindədir. Və ya təyyarədən aşağıdakı şəhərə baxıb onun kilometrlərlə uzaqda olduğunu düşünür. Halbuki o ucsuz-bucaqsız genişlik və o şəhər içindəki insanlarla birlikdə yenə də beynindədir. Bu yazını oxuyarkən içində olduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz. Əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizin otağın içində olmağınıza inandırır. Ancaq bunu unutmayın: bədəniniz də beyninizdə yaranan görüntüdür!

    Siz yan otaqdakı TV-nin səsini eşitdiyinizi sanarkən əslində, beyninizin içindəki səsi duyursunuz. Metrlərlə uzaqdan gəldiyini sandığınız səslər də lap yanınızdakı adamın danışması da əslində beyninizdəki fındıq ölşüsündəki eşitmə mərkəzində alqılanır. Bu eşitmə mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi anlayışlar yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz. Səsin gəldiyi bir istiqamət yoxdur!

    Aldığınız qoxular da belədir. Heç bir uzaq məsafədən sizə gəlmir. Qoxu mərkəzində yaranan təsirləri xaricdəki maddələrin iyi zənn edərsiniz. Əslində isə çiçəyin görüntüsü necə ki görmə mərkəzinin içindədirsə, o çiçəyin iyi də qoxu alma mərkəzindədir. "Xaricdə" nə çiçək var, nə də ona aid olan qoxu..



    Alqılarımızın bizə tanıtdığı "xarici dünya" eyni anda beynimizə çatan elektrik qıcıqlarının cəmindən başqa bir şey deyil. Beynimiz həyatımız boyu bu qıcıqları şərh edir. Biz də bunları maddənin "xaricdəki" əsli hesab edərək aldandığımızdan xəbərdar olmadan ömür sürürük. Aldanırıq çünki, alqılarımızla maddənin əslinə əsla çata bilmərik. Bu, son dərəcə önəmli həqiqətdir.

    Çünki, "xarici dünya" sandığımız siqnalları şərh edib mənalı hala gətirən də yenə bizim beynimizdir. Məsələn, eşitmə hissi. "Xarici dünya"dakı səs dalğalarını ritmə çevirən əslində beynimizdir. Yəni musiqi beynmizin yaratdığı duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan sadəcə olaraq işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını işığa çevirən yenə də beynimizdir. "Xarici dünya"da rəng yoxdur. Nə limon sarı, nə göy üzü mavi, nə də ağaclar yaşıldır. Onlar sadəcə olaraq biz elə hiss etdiyimiz üçün elədirlər. "Xarici dünya" tamamilə hiss edənə bağlıdır. Məsələn, rəng korluğu bunun isbatıdır. Gözdəki retinada yaranan kiçik bir nasazlıq rəng korluğuna səbəb olur. Belə vəziyyətdə kimisi mavini yaşıl, kimisi də rəngləri bozun fərqli tonları kimi görür. Artıq xaricdəki əşyanın rəngli olub olmaması önəmli deyil.

    George Berkeley də bu həqiqətə belə münasibət bildirir: "Əvvəl rənglərin, qoxuların və s. "həqiqətən var olduğu" hesab edilirdi. Amma daha sonra bu kimi baxışlar rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır." ("Treaties Concerning the Principle of Human-KnowlEdge", 1710, Works of George Berkeley, vol.1, ed. A.Fraser, Oxford 1871)

    Nəticə: Biz əşyaları onlar rəngli olduqlarına görə rəngli görmürük. Çünki varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər "xarici dünyada" deyil, içimizdədir. Bəs yaxşı, "xarici dünyanı" tam olaraq bildiyimizi necə iddia edə bilərik?

    İnsanın Məhdud Bilgisi

    Buraya qədər anlatdığımız gerçəyin ortaya çıxardığı ən önəmli nəticələrdən biri insanın "xarici dünya" haqqında məlumatının son dərəcə məhdud olmasıdır. Xarici dünya haqqında məlumatımız həm 5 duyğumuz ilə məhduddur, həm də bu duyğuların bizə hiss etdirdiyi dünyanın "əsl dünya" ilə birə-bir eyni olduğunu göstərəcək heç bir dəlil yoxdur.

    Dolayısı ilə əsl dünya bizim hiss etdiyimizdən çox fərqli ola bilər. Orada bizim hiss etmədiyimiz və ya beynimizin şərh edə bilmədiyi varlıqlar ola bilər. Biz insanların informasiyası kainatın ən uzaq nöqtələrinə varsaq belə əksik olaraq qalmağa davam edəcəkdir.

    Bütün varlıqları və qüsursuz bilən isə onları yaratmış olan Uca Allahdır. Allahın yaratdığı varlıqlar ancaq Onun izin verdiyi qədər informasiyaya sahibi ola bilərlər. Bu gerçək Quranda belə xəbər verilir: "Allah...Ondan başqa ilah yoxdur. Diridir, qaimdir. Onu yuxulama və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun qatında şəfaət tapacaq kimdir? O, önlərindəkini və arxalarındakını bilir. (Onlar isə) dilədiyi qədərinin xaricində Onun elmindən heç bir şeyi qavrayıb əhatə edə bilməzlər. Onun kürsüsü bütün göyləri və yeri örtüb əhatə etmişdir. Onların qorunması Ona çətin gəlməz. O, çox ucadır, çox böyükdür." (Bəqərə Surəsi, 255)

    Süni Olaraq Meydana Gətirilən "Xarici Dünya"



    Tanıdığımız yeganə dünya zehnimizin içində olan, orada şəkilləndirilən, orada səsləndirilən və rəngləndirilən - bir sözlə zehnimizdə meydana gələn dünyadır. Beynimizdə seyr etdiyimiz bu alqılar "süni" mənbədən də gələ bilər. Bunu belə bir misalla zehnimizdə canlandıra bilərik:Beynimizi vücudumuzun xaricinə çıxarıb şüşə qabın içində süni olaraq yaşatdığımızı düşünək. Yanına isə hər cür elektrik siqnalını istehsal edə bilən kompyuter yerləşdirək. Sonra hər hansı bir mühitə aid görüntü, səs, qoxu, sərtlik , dad və vücud görüntüsü kimi verilən elektrik siqnallarını süni olaraq bu kompyuterdə yaradaq və qeyd edək. Bu kompyuteri sinir vəzifəsi həyata keçirəcək elektrik kabelləri ilə beynimizin müvafiq mərkəzlərinə bağlayaq. Kompyuterdə qeyd olunmuş siqnalları kənardakı beynimizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (yəni SİZ) bunların qarşılığı olan həmin mühiti görəcək və yaşayacaqsınız. Bu komputerdən beyninizə öz görüntünüzə aid olan informasiya da göndərə bilərsiniz. Müvafiq görmə, eşitmə, toxunma kimi hisslərin elektrik qarşılığını beyninizə göndərdiyimizdə beyniniz özünü məsələn, ofisində oturmuş iş adamı hesab edəcək. Kompyuterdən gələn təsirlər davam etdiyi müddətdə bu xəyali dünya davam edəcək. Sadəcə beyindən ibarət olduğunuzu anlamağınız isə heç zaman mümkün olmaz. Çünki beynin içində bir dünyanın yaranması üçün həqiqi bir dünyanın var olması lazım deyil, sadəcə bir sıra qıcıqların olaması kifayətdir. Bu qıcıqların süni mənbədən gəlməsi isə elmi cəhətdən mümkündür.

    Maddi qarşılığı olmayan müəyyən qıcıqları gerçək sanaraq aldanmağımız çox asandır. Bu həqiqəti yuxularımızda tez-tez yaşayırıq.Yuxuda gördüklərimiz alqıdan başqa bir şey deyil. Yuxu ilə "gerçək dünya" arasında isə təməl fərq yoxdur. Çünki hər ikisi zehində yaşanır.


    ALQILAYAN KİMDİR?

    Qeyd: Alqı - qəbul olunan elektrik qıcıqların beyin tərəfindən şərh olunmasıdır.

    "Xarici dünya" olaraq bildiyimiz maddi dünyanın əslində beynimizdə yarandığına şübhə yoxdur. Əsl sual da elə burada meydana çıxır. Bildiyimiz bütün maddi varlıqlar əslində bir alqıdırsa, o zaman beynimiz nədir? Beynimiz də qolumuz kimi, ayağımız və digər maddələr bir alqıdır. Yuxu ilə bağlı bir misal məsələni daha yaxşı izah edəcək: Beynimizin içində yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali qolumuz, xəyali gözümüz və xəyali beynimiz olacaq. Yuxuda bizə "harada görürsən?" deyə bir sual gəlsə, "beynimdə görürəm" deyəcəyik. Amma ortada həqiqi beyin yoxdur. Yuxudakı görüntünü görən iradədirsə, yuxudakı xəyali beyin deyil, ondan daha "kənarda" olan varlıqdır. Yuxudaki mühitlə həqiqi həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda bizə həqiqi həyat dediyimiz mühitdə "harada görürsən?" sualı veriləndə də yuxarıdakı misalda olduğu kimi "beynimdə" cavabını verməyin mənası yoxdur. Hər 2 vəziyyətdə də görən və alqılayan iradə ət parçası olan beyin deyil. Buraya qədər ancaq xarici dünyanın kopiyasını beynimizdə izlədiyimizdən danışdıq. Bunun önəmli bir nəticəsi xarici dünyanın əslini heç zaman tam olaraq bilməyəcəyimizdir.

    Ən az bu qədər vacib olan ikinci bir məsələ isə beynimizdə izlədiyimiz bu dünyanı izləyən "iradənin" beynin özü olmadığıdır. Beyin ona gələnləri görüntüyə çevirən kompyuter-monitor sistemi kimidir. Amma bilindiyi kimi kompyuterlər özləri özlərini seyr etmirlər. Var olduqlarından xəbərləri də yoxdur.

    Bu şüuru axtarmaq üçün beyni analiz etdiyimizdə qarşımıza yağ və proteyn molekullarından başqa bir şey çıxmır. Yəni beyin dediyimiz ət parçasında "MƏN" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur. R.L.Gregory beynin içində görüntünün yaranması ilə bağlı insanların düşdüyü bu yanılqını belə ifadə edir: "İnsanlarda gözlərin beyində görüntü yaratdığına aid səhf fikirləri var. Bundan qaçmaq lazımdır. Beyində görüntünün yarandığı deyilirsə, bunun da görünməsi üçün beyində daha bir göz lazımdır. Bu gözün rəsmini görmək üçün daha bir gözə ehtiyac var.... və bu da sonsuz göz görüntü olmasını vacib edir. Bu mümkün ola bilməz."


    Maddədə nə başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri məsələ elə budur: Görən, gördüyünü alqılayan və reaksiya verən "daxildəki göz" kimə aiddir? İndi belə düşünək: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısası qarşınızdaki bütün görüntülər beyninizin içində görünür. Yoxsa bu görüntüləri atomlarmı görür? Kor, şüursuz, cansız atomlar necə hiss edə bilər, necə görə bilər? Yaxşı, tutaq ki, atomların bir hissəsi bu "qabiliyyəti" qazanıb. Bəs digərləri niyə qazanmayıb? Düşünməyiniz, qavramağınız, sevinməyiniz, kədərlənməyiniz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir? Xeyir, bütün bunları edən iradə beyin ola bilməz.

    Bütün buları düşündüyümüzdə atomlarda iradə axtarmağın mənasız olduğunu görürük. Aydındır ki, görən, eşidən, hiss edən varlıq maddədən kənar bir varlıqdır. Bu varlıq "canlı"dır və nə maddə, nə də görüntü deyil. Bu maddə vücud görüntüsündən istifadə edərək qarşısındaki alqılarla əlaqədar olur. Bu varlıq ruhur.

    Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar bir atom, molekul yığımı və bunların arasındaki kimyəvi reaksiyalar deyil, bir RUHDUR!

    4-cü hissə


    Həqiqi Mütləq Varlıq

    Bu həqiqətlər bizi çox vacib bir sualla qarşı-qarşıya qoyur. Madam ki, maddi dünya olaraq tanıdığımız şey gerçəkdə ruhumuzun gördüyü alqılardan ibarətdir, o halda alqıların qaynağı nədir?...Bu suala cavab verərkən diqqət edilməsi lazım olan gerçək budur: Biz maddəni sadəcə xəyalımızda görürük, xaricdəki əsli ilə heç bir zaman əlaqədar olmuruq. Maddə alqı (gələn qıcıqların beyin tərəfindən şərhi) olduğuna görə "süni" bir şeydir. Yəni bu alqının başqa bir güc tərəfindən yaradılması lazımdır. Həm də mütəmadi olaraq. Əgər mütəmadi yaratma olmasa maddə dediyimiz alqılar yox olar. Bu, TV ekranında görüntünün davam etməsi üçün verilişin daimi davam etməsi kimidir.

    Bəs kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz hər şeyi mütəmadi olaraq seyr etdirir? Çox aydındır ki, içində yaşadığımız maddi kainatı yaradan və mütəmadi yaratmağa davam edən üstün Yaradıcı vardır. Yaradıcımız sonsuz güc və bilik sahibidir. Bizə endirdiyi kitab yolu ilə Özünü, kainatı və bizim niyə var olduğumuzu bildirmişdir. Bu üstün güc və ağıl sahibi Yaradıcımız Uca Allah, endirdiyi kitab isə Qurani Kərimdir.Kainatın sabit və qərarlı olmadığı, sadəcə Allahı yaratması ilə var olduqları və Allah yaratmağı dayandırdığında yox olacağı bir ayətdə belə ifadə edilir: "Şübhəsiz Allah göyləri və yeri zaval taparlar deyə (hər an qüdrəti altında) tutur. And olsun, zaval taparlarsa, Allahdan başqa onları heç kim tuta bilməz. Doğrusu O, Həlimdir, bağışlayandır." (Fətir surəsi 41)

    Əlbəttə, bu ayətdə maddi kainatın Allahın qüdrəti altında tutulması anladılır. Allah kainatı, dünyanı, dağları, canlı-cansız bütün varlığı yaratmışdır və onları hər an qüdrəti altında tutur. Allahın Xaliq ismi bu maddi kainatda təcəlli edir. Allah Xaliqdir, yəni hər şeyi yaradan, yoxdan var edəndir. Bu da bizə göstərir ki, beynimizin xaricində Allahın yaratdığı varlıqlardan ibarət maddi kainat vardır. Ancaq, Allah bir möcüzə və yaratmağındakı üstün, sonsuz elminin bir təcəllisi olaraq bu maddi kainatı bizə "xəyal", "kölgə" və "görüntü" kimi izlətdirir. Allahın yaradılışındakı mükəmməlliyin nəticəsi olaraq insan beyninin xaricindəki dünyaya əsla çata bilməz (əldə edə bilməz). Bu gerçək maddi həyatı bilən sadəcə Allahdır.Fətir surəsindədki ayətin bir başqa mənası da insanların gördükləri maddi kainat görüntülərini də Allahın hər an tutmasıdır. (Ən doğrusunu Allah bilir.) Allah zehnimizə dünya görüntüsünü göstərməməyi istəsə bütün kainat bizim üçün yox olar və bir daha əsla ona çata (əldə edə) bilmərik.

    Bizim maddi kainatın əslinə əsla çata bilməməyimiz həqiqəti insanların bir çoxunun beynini məşğul edən "Allah haradadır?" sualının cavabını ortaya çıxarır.Əvvəllərdə dediyimiz kimi insanların çoxu Allahın gücünü qavraya bilmədiklərindən Onu haradasa göylərdə bir yerdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olduğunu düşünürlər. Bu şikəst məntiqin təməlini "kainatın bir maddələr cəmindən ibarət olduğu və Allahın isə bu maddələrin xaricində bir yerdə olduğu" təşkil edir.Amma, indiyədək izah etdiyimiz kimi maddi kainata heç bir zaman çata bilmədiyimiz kimi onun mahiyyətini də tam olaraq bilə bilmərik. Bildiyimiz tək şey bütün bunları yaradan Yaradıcının, Allahın varlığıdır. İmam Rəbbani kimi böyük İslam alimləri bu həqiqəti ifadə etmək üçün "var olan tək mütləq varlıq sadəcə Allahdır, Ondan başqa hər şey kölgə varlıqlardır" demişdir.Çünki gördüyümüz dünya yalnız zehnimizdədir və bunun "xarici dünyadakı" qarşılığına çatmağımız əsla mümkün deyil. Belə olduqda isə Allahın heç bir zaman çata bilmədiyimiz maddi kainatın xaricində olduğunu düşünmək səhv olar. Allah əslində hər yerdədir və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə açıqlanlır: "...Onun kürsüsü bütün göyləri və yeri örtüb əhatə edib. Onların qorunması Ona çətin gəlməz. O, çox ucadır, çox böyükdür." (Bəqərə Surəsi, 255)"Diqqətli olun; həqiqətən onlar Rəblərinə qovuşmaqda dərin bir şübhə içindədirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi əhatə etmişdir." (Fussilət Surəsi, 54)"Şərq də Allahındır, qərb də. Hara dönürsünüz Allahın üzü (qibləsi) oradır. Şübhəsiz ki, Allah əhatə edəndir, biləndir." (Bəqərə Surəsi, 115)u həqiqət Quranda belə açıqlanlır: "...Onun kürsüsü bütün göyləri və yeri örtüb əhatə edib. Onların qorunması Ona çətin gəlməz. O, çox ucadır, çox böyükdür." (Bəqərə Surəsi, 255)"Diqqətli olun; həqiqətən onlar Rəblərinə qovuşmaqda dərin bir şübhə içindədirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi əhatə etmişdir." (Fussilət Surəsi, 54)"Şərq də Allahındır, qərb də. Hara dönürsünüz Allahın üzü (qibləsi) oradır. Şübhəsiz ki, Allah əhatə edəndir, biləndir." (Bəqərə Surəsi, 115)

    Maddi varlıqlar Allahı görə bilməzlər. Allah isə Özü yaratdığı maddəni hər şəkliylə görür. Quranda "Gözlər Onu idrak edə bilməz; O isə bütün gözləri idrak edər" (Ənam Surəsi, 103) deyə xəbər verilir.Yəni biz Allahın varlığını gözlərimizlə alqılaya bilmərik, Allah isə bizim içimizi, çölümüzü, düşüncələrimizi tam olaraq əhatə edib. Bu səbəbdən Allah Quranda Özünün "qulaqlara və gözlərə malik olan" (Yunus Surəsi, 31) olduğunu söyləyir. Onun bilgisi xaricində biz bir söz belə söyləyə bilmərik, hətta bircə nəfəs də ala bilmərik."Xarici dünya" sandığımız alqıları seyr edərkən, yəni həyatımızı sürdürərkən də bizə ən yaxın olan varlıq hər hansı bir alqı deyil, Allahın Özüdür. Quranda yer alan "And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr veridiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq." (Kaf Surəsi, 16) ayətinin sirri də bu həqiqətdə gizlənir. Bir insan öz bədəninin maddədən ibarət olduğunu zənn etdiyində bu həqiqəti qavraya bilməz. Çünki "özü" zənn etdiyi yer beynidirsə, xaric olaraq qəbul etdiyi yer ona 20-30 sm. kimi bir uzaqlıqda olar. Bu məntiqə görə heç bir şey o adama şahdamarından yaxın ola bilməz. Amma, maddə deyə bildiyi hər şeyin zehnindəki alqılar olduğunu qavradıqda artıq xarici, daxili, uzaq, yaxın kimi anlayışlar mənasızlaşır. Allah insanı tamamilə əhatə edib və ona "sonsuz yaxındır".Allah insanlara "sonsuz yaxın" olduğunu "qulların Məni səndən soruşsalar, şübhəsiz ki, Mən (onlara) çox yaxınam..." (Bəqərə Surəsi, 186) ayəti ilə bildirir.

    Başqa bir ayətdə xəbər verilən "Şübhəsiz Rəbbin insanları tamamilə əhatə edib" (İsra Surəsi, 60) ifadəsi də yenə eyni həqiqəti xəbər verir.İnsan ona ən yaxın olanın özü olduğunu düşünərək yenə aldanır. Əslində Allah bizə özümüzdən daha yaxındır. "Hələ can boğaza gəlib dayandığında ki, onda siz (sadəcə) baxıb qalırsınız, Biz ona sizdən daha yaxınıq; ancaq, görə bilməzsiniz." (Vaqiə Surəsi, 83-85) ayəti ilə də insana ən yaxın varlığın Allah olduğu həqiqətinə diqqət çəkilmişdir. Ayətdə də bildirildiyi kimi insanlar gözləriylə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayırlar.Digər tərəfdən İmam Rəbbaninin də bildirdiyi kimi kölgə varlıq olan insanın Allahdan müstəqil gücə sahib olması mümkün deyil. "Sizi də, etməkdə olduqlarınızı da Allah yaratmışdır" (Saffat Surəsi, 96) ayəti yaşadığımız bütün hadisələrin Allahın kontrolu altında gerçəkləşdiyini göstərir. Quranda da bu həqiqət göstərilir və "...atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal Surəsi, 17) ayəti ilə heç bir hərəkətin Allahdan müstəqil olmadığını vurğulanır. İnsan kölgə varlıq olduğu üçün atmaq hərəkətini edən özü ola bilməz. Ancaq, Allah bu kölgə varlığa onun etdiyi hissini verir. Həqiqətdə isə bütün felləri həyata keçirən Allahdır.Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər. Özünü Allahdan müstəqil varlıq sanmağa davam edə bilər. Amma bu heç nəyi dəyişdirməz. Quranda da bu həqiqətə belə işarə edilir:"Yaxşı, onlar Allahın dinindən başqa bir dinmi axtarırlar? Əslində isə göylərdə və yerdə nə varsa istəsə də, istəməsə də Ona təslim olmuşdur və Ona qayıdacaqlar." (Ali İmran Surəsi, 83)

    Sahib Olduğunuz Hər Şey Əslində Xəyaldır

    Açıq aydın görünür ki, bizim "xarici dünya" ilə həqiqətən təmasda olmadığımız - Allahın mütəmadi ruhumuza göstərdiyi bir kopiyası ilə təmasda olduğumuz elmi və məntiqi gerçəkdir. Lakin bəzi insanlar bu həqiqəti heç düşünmək belə istəmirlər.Bu barədə bir az səmimi və cəsur düşünsək eviniz, içindəki əşyalar, yeni aldığınız avtomobiliniz, ofisiniz, daş-qaşlarınız, bankdaki hesabınız, həyat yoldaşınız, uşaqlarınız, iş yoldaşlarınız, qısası sahib olduğunuz hər şey sizə göstərilən bu "kopiya dünya"ya aiddir; ən sevdiyiniz müğənninin səsi, oturduğunuz oturacağın yumşaqlığı, işlətdiyiniz parfumeriya, sizi isidən günəş, həyətdəki çiçəklər, pəncərənizdən görünən uçan quş, bol məhsul verən bağınız, kompyuteriniz...Gerçək budur. Çünki dünya insanı yoxlamaq üçün yaradılan aləmdir. İnsanlar qısa ömürləri boyu əslinə çata bilmədikləri hislərlə yoxlanırlar. Bu hisslər insana bəzəkli və cazibədar göstərilir:"Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır." (Al-i İmran Surəsi, 14)

    Çox insan sahib olduğu malların, pulların, qızılların, kredit kartlarının, paltarların, son model maşınların, bir sözlə hər cür zənginliyin sehri ilə dinlərini bir kənara tullayır, axirəti unudur və yalnız dünyaya yönəlir. "İşim var", "ideallarım var", "məsuliyyətlərim var", "vaxtım məhduddur", "görəcəyim işlər var", "yaxında edərəm" deyərək, dünyanın "bəzəkli və cazibədar" üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə imdadına çatacaq ibadətlərə yönəlməzlər: "Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər." (Rum Surəsi, 7)Məddənin gerçəyinin anlaşılması insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin kölgə varlıq olduğunu göstərir. O zaman bəzi insanlar sahib olduqları "holdinqləri, fabrikləri, yaxtaları, helikopterləri, torpaqları ilə" sanki bunların əsli ilə təmasda ola bilərmiş kimi öyündüklərində gülünc hala düşürlər. Var-dövlətlərini hər fürsətdə dilə gətirənlər, vəzifələrinin onları hər kəsdən üstün etdiyini düşünənlər, bütün həyatlarını bu cür həvəslər və nümayişlər üzərində quranlar əslində zehinlərindəki görüntülər ilə lovğalandıqlarını anladıqda nə vəziyyətə düşəcəklərini bilməlidirlər.Əslində bunların oxşarlarını yuxularında da görürlər. Yuxularda gördükləri də, bu dünyada əlaqədar olduqları da nəticədə beyinlərdəki görüntüdən ibarətdir. Ancaq əlbəttə ki, bu həqiqəti düşünmək lazımdır. Ayətdə də xəbər verildiyi kimi bu gerçəyin fərqinə varan gözəl qarşılıq alacaq: "Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir." (Ənam Surəsi, 104)Dünyada yaşadıqları hadisələrə göstərdikləri münasibətlər həqiqəti bildikləri zaman insanları utandıracaq.

    Özlərini itirmiş kimi mübahisə edənlər, bağırıb çığıranlar, rüşvət alanlar, saxtakarlıq edənlər, yalançılar, insanları incidənlər, vəzifə eşqi ilə yananlar, həsəd aparanlar, insanlara təcavüz edənlər və başqaları bunları xəyal dünyasında etdiklərini biləndə rəzil olacaqlar.Bir şey də bilinməlidir ki, bütün kainatı yaradan və hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə bu dünyadaki bütün malın həqiqi sahibi də Allahdır: "Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah hər şeyi əhatə edəndir." (Nisa Surəsi, 126)Bir məsələ də yaxşı başa düşülməlidir: "Bütün sahib olduqlarımız, var dövlət, uşaqlar, həyat yoldaşları, dostlar, vəzifə yaxında yox olacaq. Ona görə bir mənası yoxdur" kimi fikirlər məsələyə tamamilə səhv yanaşmadır. Düzgün və Ağıllı yanaşma belədir: "Bu sahib olduqlarımızın heç birinin əsli ilə bu an onsuz da təmasda deyilsiniz, hamısı yalnız beyninizdə izlədiyiniz bir alqıdan ibarətdir, Allahın sizi yoxlamaq üçün göstərdiyi bir görüntüdür." Bu ikisi arasında böyük fərq var!İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə də, nəticədə ölümdən sonra yenidən dirildiyində, axirətdə hər şey çox aydın ortaya çıxacaqdır. O gün insanın "görmə gücü kəskinləşəcək" (Qaf Surəsi, 22) və hər şeyi çox aydın biləcək. Əgər dünyadaki həyatını boş məqsədlər naminə xərcləyibsə "kaş ki, o (ölüm hər şeyi) kəsib bitirsəydi. Malımın mənə heç bir xeyri olmadı. Güc və qüdrətim yox olub getdi." (Hakka Surəsi, 27-29) deyərək məhv olacaq.Ağıllı bir insan isə kainatın bu ən böyük həqiqətini zaman var ikən burada qavrayıb anlamağa çalışacaq. Əks halda bütün ömrünü xəyallar, ilğımlar dalınca qaçıb böyük fəlakətə uğrayar. Allah dünyada ilğımlar dalınca qaçıb Yaradanını unudan bu insanların son vəziyyətlərini belə bildirir:

    "İnkar edənlər isə; onların əməlləri dümdüz bir ərazidəki ilğıma bənzəyir; susayan onu su sanır. Nəhayət ona çatdığında bir şey tapmaz və yanında Allahı tapır. (Allah da) Onun hesabını tam olaraq verir. Allah hesabı çox dəqiq görəndir." (Nur Surəsi, 39)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.