DİQQƏT!!!: Burada izah olunanlar fərqli yanaşma və ya hər hansı fəlsəfi düşüncə deyil; hər kəsin qəbul edəcəyi və müasir elmin isbatladığı həqiqətlərdir!

1-ci hissə



"Əsla düşünməyin, yoxsa inanarsınız!" (Leninin yoldaşlarına əmri)


"Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınsa, şübhəçiliyə (agnostisizm) və subjektivizme düşəcəyindən, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən. Bu da fideizmin istədiyi şeydir. Barmağını qapdırdınmı, əvvəl qolun sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın bir görüntüsü olaraq deyil, xüsusi bir element olaraq götürdüyündə, digər bir deyişlə materializmə güzəşt etdiyində, mənliyini fideizmə qapdırarsan. Sonra duyğuların heç kimin duyğuları olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, könül heç kimsənin könlü olar." (V. I. Lenin, Materialism and Empirio-criticism, Progress Publishers, Moskva 1970, s. 334-33)

"Maddənin gerçəyi" mövzusu tarix boyu düşünən insanlar arasında gərgin mübahisə, müzakirə mövzusu olub. İnsanlar ta başdan bu mövzuda 2 əsas qrupa ayrılmışlar. Materialist adlanan bir qrup insan maddənin mütləq varlıq olduğunu hesab edərək fəlsəfələrini, bütün həyatlarını bu fikir üzərində inşa etmişlər və özlərini aldadaraq yaşamışlar. Digər qrup insanlar isə səmimi davranmış və düşünməkdən qorxmayaraq daha da irəli getmiş və əlaqədar olduqları "ŞEY"lərin əslini və ardındakı dərin mənanı qavrayaraq həyatlarını yaşamışlar. İnkişaf edən elm və texnologiya bu məsələyə son nöqtəni qoymuş və onsuz da son dərəcə aydın olan bu həqiqəti- yəni, maddənin əsli ilə heç bir zaman əlaqədar olmadığımızı isbatlamışdır.



Əsrlərdir Cavab Axtarılan Sual: Maddənin Gerçək Mahiyyəti Nədir?

Ağıl və vicdan sahibi olan hər insan içində yaşadığı kainata, qalaktikalara, planetlərə, onların sahib olduğu nizama, atomun stukruturundakı dayanıqlığa, kainatın hər yerində mövcud olan nizama, ətraf aləmdə qarşısına çıxan saysız canlı növünə, onların yaşayışına, heyrətamiz qabiliyyətlərinə və ən sonunda öz bədəninə baxdığında bir möhtəşəmlik görər. Ətrafındakı bu qüsursuzluğun və incəliklərin öz-özünə yaranmadığını asanlıqla anlayar. Bir sözlə, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır. Ancaq, gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyildir. Deməli, Yaradıcımız gözümüzlə gördüyümüz hər şeydən fərqli və üstün varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını göstərdiyi üstün bir gücdür. Allahın varlığını tanımayanların çaşdıqları nöqtə də buradadır. Bu adamlar Allahı gözləriylə görmədikləri müddətcə Onun varlığına iman etməməyə özlərini şərtləndiriblər. Belə olduqda kainatın hər yerində mövcud olan "yaradılmışlıq" həqiqətini gizlətməyə, kainatın və canlıların yaradılmamış olduğunu "öz aləmlərində" isbat etməyə çalışırlar. Təkamül nəzəriyyəsi belə yalanların və nəticəsiz çapalamaların ən bariz nümünəsidir. Bu nəzəriyyə çox vaxt Allahı inkar etməyən, lakin cafəng bir Allah inancına sahib olan bir sıra insanlar tərəfindən qəbul olunur və onların Allahın "harada" olduğuna dair yalnış inancları var:

1. Çox adam Allahın "göydə" olduğunu zənn edir.

2. Şüuraltındakı yalnış düşüncəyə görə bəziləri Allahın çox uzaqlardakı bir planetin arxasında olduğunu və nadir hallarda "dünya işlərinə" müdaxilə etdiyini zənn edir.

3. Və yaxud heç müdaxilə də etmir, sadəcə kainatı bir dəfə yaratmış və buraxmışdır. İnsanlar özləri öz qədərlərəini yazırlar (Allahı tənzih edirik).

4. Bəzi insanlar da Quranda bildirilən Allahın hər yerdə olduğu gerçəyini eşidiblər, amma mahiyyətini bilmirlər.

Onların şüuraltındakı yalnış düşüncəsinə görə Allah radio dalğa və ya hissedilməz bir qaz kimi bütün əşyaları əhatə edir (Allahı tənzih edirik).

Allahın "harada" olduğunu heç cür qavraya bilməyənlərlər ortaq SƏHV fikirə əsaslanırlar. Heç bir əsası olmayan bu səhv fikirləri mənimsəyir və Allah ilə bağlı müxtəlif zənlərə qapılırlar. Nədir bu səhv düşüncə?

Bu yalnış düşüncə maddənin mahiyyəti ilə bağlıdır. İnsanların böyük bir qismi gördüyümüz maddi aləmin var olan gerçəkliyin elə ÖZÜ olduğuna şərtləniblər. Əslində isə elmin son nailiyyətləri bu yalnış əsasları sarsıdaraq çox vacib və təsirli həqiqəti ortaya qoyub.


Elektrik Siqnallarından İbarət Olan Kainat

Bütün imformasiyalar bizə 5 duyğu orqanımız vasitəsiylə gəlib çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulaqlarımızın eşitdiyi bir dünyanı tanıyırıq. Doğulduğumuzdan etibarən bu duyğu üzvlərinə bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik

Bizim "xarici dünya" olaraq qəbul etdiyimiz yalnız və yalnız duyğu orqanlarımızın göndərdiyi elektrik siqnallarının beynimizdə yaratdığı təsirlərdir. Gözünüzlə qəbul etdiyiniz müxtəlif rənglər, toxunma duyğusu ilə hiss etdiyiniz sərtlik və ya yumşaqlıq, dilinizlə aldığınız dadlar, qulağınızla eşitdiyiniz fərqli musiqilər, səslər, qoxuladığınız müxtəlif qoxular, işiniz, eviniz, sahib olduğunuz bütün mallar, bu kitabın özü, ananız, atanız, ailəniz və həyatınız boyu gördüyünüz, bildiyiniz, tanıdığız, alışdığınız bütün dünya yalnız və yalnız duyğu orqanlarınız tərəfindən göndərilən elektrik siqnallarından ibarətdir. Bəri başdan anlaşılması çətin olsa da bu, elmi həqiqətdir.

Frederick Vester elmin bu mövzuda nail olduğu son nəticəni belə ifadə edir: "Bəzi mütəfəkkirlərin "insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır, bu kainat bir kölgədir" kimi sözləri günümüzdə elmi cəhətdən sübut olunur." (Frederick Vester, "Düşünmek, Öğrenmek, Unutmak" İstanbul: Arıtan Yayınevi,1991, s.6)

Məsələni tam açıqlamaq üçün əvvəlcə xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan söz edək

2-ci hissə


Duyğu Orqanlarımız Necə İşləyir?

Görmə hissi: Kimdən soruşsaq ki, "necə görürük?" təbii ki, "gözümüzlə" cavabını verər. Amma görmə prosesinin texniki izahına baxdıqda bunun heç də elə olmadığı aydın olur. Bu mərhələli prosesdir. Əvvəlcə hər hansı cisimdən gələn işıq şüaları-fotonlar gözün önündəki linzanın içindən qırılaraq keçir və gözün arxasındakı retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək sinirlər vasitəsiylə betnin arxa tərəfindəki "görmə mərkəzi" adı verilmiş kiçik yerə çatır. Görmə hadisəsi həqiqətdə, beynin arxasındakı bu kiçik və işığın heç bir şəkildə girmədiyi zülmət qaranlıq nöqtədə baş verir.

Biz "görürəm" deyərkən əslində gözümüzə gələn işıq şüalarının elektrik siqnalına çevrilərək beyində yaratdığı "təsiri" görürük. Yəni "görürəm" deyərkən əslində beynimizdəki elektrik siqnallarını seyr edirik. Bir sözlə, görmə gözdə tamamlanan bir proses deyil, gözümüz sadəcə görmə prosesinə vasitəçilik edir. Ekranına baxdığınız kompyuteriniz də, üfüqə baxdığınızda gördüyünüz geniş mənzərə də, ucsuz bucaqsız dəniz də bu fındıq boyda bir neçə kub-santimetrlik yerə sığır. Burada ən əsas və ən heyrətamiz məsələ kəllə sümüyünün işığı içəri keçirməməsidir. Beynin içi zülmət qaranlıqdır. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, al-əlvan dünyanı, rəngarəng təbiəti, ticarət obyektindəki cürəbəcür geyimləri, avtomobilləri, insanları seyr edirsiniz. Bu qaranlıq yerdə rənglərin yaranmasını isə hələ də heç kim, heç bir rəng alimi izah edə bilməyib.

Məsələn, qarşınızda bir şamın yandığını və ona diqqətlə baxdığınızı düşünün. Bu müddətdə beynimiz şama aid işığın və istiliyin əsli ilə heç bir zaman əlaqədar ola bilməz. Bu işıq və istiliyi hiss etdiyimiz anda belə beynimiz qapqaranlıqdır və tempraturu heç zaman dəyişmir.

Bizim çox təbii qarşıladığımız bu möcüzəvi durumu R.L.Gregory belə izah edir: "Görmə hadisəsinə o qədər alışmışıq ki, həll olunması lazım olan məsələlər olduğunun fərqinə varmaq böyük bir xəyal gücü tələb edir. Amma siz bunu diqqətə alın. Gözlərimizə kiçik kəlləmayallaq görüntülər verilir və biz ətrafımızda bunları sağlam əşyalar olaraq görürük. Retinaların üzərindəki qıcıqlarının nəticəsində əşyalar dünyasını seyr edirik və bu əslində möcüzədir." (R.L.Gregory, "Eye and Brain: The Psychology of Seeing", Oxford University Press Inc, New York 1990, s.9)

EŞİTMƏ: Xarici qulaq ətrafdakı səs dalğalarını orta qulağa göndərir. Orta qulaq bu səs titrəşmələrini gücləndirərək daxili qulağa göndərir. Daxili qulaq isə bu titrəşmələri yenə də elektrik siqnallarına çevirərək beynə göndərir. Görmə hadisəsi kimi eşitmə də beyindəki müvafiq mərkəzdə yaranır. Gözdəki vəziyyət qulağa da aiddir. Yəni bayır nə qədər gurultulu olsa da beyinin içi tamamilə səssizdir. Səs keçirməyən, dərin səssizliyin hakim olduğu beyninizdə orkestrin çaldığı simfoniyanı dinləyir, yarpaqların xışıltısından tutmuş ildırım səsinə qədər geniş frekansdakı bütün səsləri alqılaya bilirsiniz. Amma, həssas cihazla ölçülərsə görülər ki, beynin içi tamamilə səssizdir!

QOXU BİLMƏ: Məsələn, gül qoxusunun uçucu molekulları burunun epitelium deyilən hissəsindəki titrək tüklərdə olan qəbuledicilərə gəlir. Buradakı təsirdən beynimizə elektrik siqnalları göndərilir və bunu beynimiz qoxu olaraq alqılayır (şərh edir). Bizim yaxşı və ya pis deyə qiymətləndirdiyimiz qoxuların hamısı uçucu molekulların burunda yaratdığı təsirin elektrik siqnallarına çevrilərək beyində yaratdığı alqıdan (beynin şərhi) başqa bir şey deyil. Lakin qoxu molekulları heç vaxt beynə daxil olmur. Səs və görüntüdə olduğu kimi qoxu prosesində də beyninizə çatan yalnız elektrik siqnallarıdır. Bir sözlə doğulduğunuz andan etibarən xaricdəki əşyalara aid olaraq bildiyiniz qoxular duyğu orqanları vasitəsiylə beyninizin alqıladığı (şərh etdiyi) elektrik siqnallarıdır.

DAD BİLMƏ: Dildə 4 fərqli qəbuledici var. Bunlar duzlu, şirin, turş və acı dadlarına uyğun gəlir. Dad alıcılarımız bir sıra mərhələlərdən sonra bu qıcıqları elektrik siqnallarına çevirir və beynə ötürür. Bu qıcıqlar da beyin tərəfindən dad olaraq şərh edillir. Şokoladı və ya sevdiyiniz meyvəni yediyinizdə aldığınız dad elektrik siqnallarının beyin tərəfindən şərhidir. Xaricdəki əşyaya isə əsla çata bilməzsiniz. Şokoladın əslini əsla görə bilməz, qoxlaya bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dad alma sinirləri kəsilsə o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz, dad hissinizi tamamilə itirərsiniz.

Burada qarşımıza daha bir həqiqət çıxır. Yeməyi daddığımızda başqa birinin o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyinizdə başqa bir insanın eşitdiyi səsin bizim alqıladıqlarımız (beynimizin şərh etdiyi) ilə eyni olduğundan əmin olmağınız mümkün deyil. Bununla əlaqədar olaraq Lincoln Barnett belə deyir: "Heç kəs onun qırmızını gördüyü və ya do notunu eşitdiyinin başqa bir insanınkı ilə eyni olub olmadığını bilə bilməz." (Lincoln Barnett, "Evren ve Einsteyn", Varlık Yayınları, Tərc.edən Nail Bezel, səh.20)

Bizlər yalnız duyğu orqanlarımızın bizə çatdırdığı qədərini bilirik. Çünki xaricimizdəki konkret gerçəkliyə çatmağımız mümkün deyil. Onu da şərh edən beyindir. Əslinə heç cür çata bilmərik.

TOXUNMA HİSSİ: Biz hər hansı cismə toxunduğumuzda toxunma alıcılarımız əşyaları tanımağımıza kömək edəcək informasiyanı dəridəki duyğu sinirləri ilə beyinə göndərir. Toxunma hissi beynimizdə yaranır. Zənn etdiyimiz kimi toxunma hissini aldığımız yer barmaq ucları, ya da dəri deyil, beynimizdəki toxunma mərkəzidir. Biz əşyalardan gələn elektrik qıcıqlarının beynimizdə şərh olunmasından sonra sərtlik, yumşaqlıq, isti, soyuq kimi əşyaları tərif edən fərqli-fərqli hislər duyuruq. Bertrand Russel bu mövzuda belə deyir: "...Barmaqlarımızla masaya basdığımız zaman aldığımız toxunma hissinə gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərində elektrik təsiridir. Müasir fizikaya görə bu hiss masadakı elektron və protonların yaxınlığından yaranır. Əgər barmaq uclarındakı eyni təsir başqa bir yol ilə meydana gətirilsə, heç masa olmasa da eyni şeyi hiss edəcəyik." (B.Russel, "Rölativitenin Alfabesi", Onur Yayınları,1974, səh.161-162)

George Berkeley isə bu haqda belə yazır: "...Görmə yolu ilə işıq və rəng, onların fərqli tonları düşüncəsinə sahib oluram; Toxunma ilə yumşağı və bərki, istini və soyuğu, hərəkət və müqaviməti alqılayıram... Qoxu alma mənə qoxuları, dad alma dadları, eşitmə isə səsləri öyrədir. Bu duyğulardan bəziləri bir yerdə müşahidə olunduğu üçün onlara ortaq bir ad verilir və onlar vahid bir şey sayılırlar. Beləliklə, məsələn müəyyən nizam içində bir rəng, bir dad, bir qoxu, bir forma və bir sərtlik birlikdə müşahidə olunduqda ALMA sözü ilə müəyyən olunan ayrı bir şey olaraq tanınır..." ("Treaties Concerning the Principle of Human Knowladge", 1710, Works of George Berkeley, vol.1, ed.A.Fraser, Oxford 1871. səh.35-36)

Yəni beynimizin xaricindəki maddi dünyaya çatmağımız mümkün deyil. Əlaqədar oluğumuz bütün əşyalar əslində görmə, eşitmə, toxunma kimi belə alqılqrın (beyin şərhlərinin) cəmindən ibarətdir. Müvafiq mərkəzlərindəki informasiyanı şərh edən beynimiz həyatımız boyu maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki kopiyaları ilə əlaqədar olur. Biz isə bu kopiyaları xaricimizdəki gerçək maddə zənn edərək ALDANIRIQ!