Kolumbiyanın Bayoca bölgəsində yerləşən Case Terrocata tamamilə gildən tikilmiş ikimərtəbəli ev memarlıq və sənət baxımından diqqət çəkir.
Dünyanın ən böyük dulusçuluq nümunəsi olan Casa Terracota nadir sənət əsəridir. Sadəcə memarlıq və dizayn baxımdan deyil, bu bütün sənət və əl sənətlərini birləşdirir.
Eyni zamanda bu ev Mendoza fəlsəfəsinə əsaslanaraq hazırlanıb. Fəlsəfəyə görə, bir yerdə yaşamaq sadəcə daxili məkanları işğal etmək mənasına gəlməməlidir, insanlar və yaşadıqları yer arasında bir uyum olmalıdır.
Kolumbiyalı memar Oktavio Mendoza bu evi gil kimi bəsit bir maddənin neçə bir əsər halına gələ biləcəyini göstərmək üçün hazırlayıb. Torpaqdan istifadə etmək ideyası yeni olmaya bilər, ancaq onun yanaşması yenilik hesab edilir.
Mendoza ikimərtəbəli bu evi hazırlayarkən gildən başqa heç nədən istifadə etməyib. Günəş şüaları altında bişib sərtləşəndən sonra o, keramika halına keçib.
Mendoza bu evi "dünyanın ən böyük palçıq parçası” adlandırır.
Yer imleri