1 sonuçtan 1 ile 1 arası
-
02-12-2013, 06:19 PM #1
75 dollarlıq kompüter
75 dollarlıq kompüter
"Android 4.1.2 Jelly Bean" əməliyyat sistemi ilə işləyən "MK812" mikrokompüteri satışa çıxarılıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, fləş-kart ölçüsündə olan qurğu "Cortex A9" arxitekturası və 1,6 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz olunub.
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 8 QB təşkil edir; çıxarıla bilən "MicroSD" kartları üçün slot mövcuddur. Mikrokompüter "Bluetooth 2.3" və "Wi-Fi" (802.11b/g/n) simsiz rabitə adapterləri ilə təchiz edilib, tədarük dəstinə xarici antena da daxildir. Həmçinin 2 meqapiksel təsvir ölçülü veb-kamera və mikrofon da var. Kompüteri monitor və ya televizora qoşmaq üçün "HDMI" rəqəmli interfeysi nəzərdə tutulub.
"MicroUSB" və "USB" portları mövcuddur. Ölçüsü 88×31,5×15,8 millimetr, çəkisi isə təxminən 50 qram təşkil edir. Qiyməti 75 dollardır.
Benzer Konular
-
“1 şagird: 1 kompüter” müsabiqəsi başladı
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 01-10-2013, 01:31 PM -
“1 şagird - 1 kompüter” müsabiqəsi keçiriləcək
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 01-07-2013, 01:40 PM -
Gözüstü kompüter!
By POWER_RANGERS in forum Maraqlı XəbərlərCevaplar: 3Son Mesaj: 03-26-2010, 12:27 PM -
Üç ekranlı kompüter!
By POWER_RANGERS in forum Maraqlı XəbərlərCevaplar: 1Son Mesaj: 03-16-2010, 11:17 AM -
sen danış , kompüter yazsın
By grafikci in forum İnternetCevaplar: 0Son Mesaj: 02-19-2007, 11:49 PM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri