Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Fləş-yaddaşın əvəzedicisi yaradılıb

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Fləş-yaddaşın əvəzedicisi yaradılıb

    Memristor enerjidən asılı deyil, kompüterin məhsuldarlığını artırır
    “Hewlett-Packard” şirkətinin tədqiqat laboratoriyalarında memristor (ing. Memory – yaddaş, resistor – rezistor) adlı yeni enerjidən asılı olmayan yaddaş tipi hazırlanıb.
    Memristorlar nəzəriyyəsini hələ 1971-ci ildə Kaliforniya Universitetindən Leon Çua irəli sürüb, lakin laborator nümunələr “Hewlett-Packard” tərəfindən yalnız 2008-ci ildə təqdim olunub.
    Bu gün geniş yayılmış yarımkeçirici tranzistorlardan olduqca daha asan olan memristorlar hətta elektrik cərəyanın olmadığı halda informasiya saxlamaq, eləcə də həm məlumatların emalı, həm də saxlanılması üçün istifadə olunmaq imkanına malikdir. Bunun sayəsində kompüterlərin uzunsürən yüklənilmə prosesini aradan qaldırmaq, onların məhsuldarlığını artırmaq, eləcə də elektron texnikanın enerji sərfiyyatını xeyli azaltmaq mümkün olacaq.
    Tədqiqatçılar yaxın gələcəkdə memristorların tranzistorları əvəz edəcəyini düşünür. Xüsusən də, onların müasir fləş-yaddaş və əməliyyat yaddaşının əvəzedicisi qismində tətbiq edilməsi planlaşdırılır. Bu gün, bir çox hallarda rəqəmli sistemlərdə müxtəlif fləş-yaddaş növləri istifadə olunur, lakin mütəxəssis proqnozlarına görə, 2016-2017-ci illərdən sonra bu istiqamət iri həcm və məhsuldarlıq ehtiyatı olmadığından tədricən keçmişdə qalmalı olacaq.
    İlk memristor nümunələrinin yaradılmasından sonrakı iki il ərzində alimlər bu elementlərin istifadə spektri sahəsində xeyli irəliləyiblər və onların iş sürətinin artmasına nail ola biliblər. İndi bu sürət göstəricisi silisium tranzistorlarda müşahidə olunan göstərici ilə müqayisə oluna bilər. “Hewlett-Packard” şirkətində hesab edirlər ki, artıq üç ildən sonra şirkət memristorlar texnologiyası əsasında fləş-yaddaşın real rəqibini təqdim edə biləcək.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.