4 sonuçtan 1 ile 4 arası

Ceki Çan 55 yaşında

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Ceki Çan 55 yaşında





    Bu gün məşhur aktyor və kaskadyor Ceki Çanın 55 yaşı tamam olur.

    kunq-fu döyüş filmlərinin ən məşhur qəhrəmanlarından sayılan Ceki Çan 1954-cü ildə Honqkonqda kasıb ailədə anadan olub.

    Cekinin uşaqlığı Avstraliyada keçib. Onun valideynləri “yaşıl qitə”də ABŞ səfirliyində işləyirdilər. Lakin 6 yaşında ikən Çanı Honqkonqa geri qaytarırlar. Onu məşhur Pekin opera məhkəməsinə uzun müddətə oxumağa göndərirlər. Ceki məktəbdə döyüş sənətləri, aktyor ustalığı, rəqslər, musiqi və akrobatika öyrənir. Təhsil müddətində Çan “7 bəxti gətirən” adlı qrupda sonradan məşhurluq qazanan asiyalı aktyorlarla birgə çalışır. O, kaskadyorlar qrupunda asanlıqla özünə iş tapır və kiçik kinolentlərdə çəkilməyə başlayır. Tezliklə Ceki kaskadyorlar aləmində məşhurluq qazanır, Asiya kinematoqrafı tarixində ən hündürdən tullanır. Bundan sonra o, təkcə əvəzedici kimi yox, ikinci dərəcəli rolların ifaçısı qismində də dəvət alır.

    Aktyor özünün ilk ciddi rolunu 1975-ci ildə “Quanqdonqun kiçik pələngi” (“The Little Tiger of Guangdong”), eləcə də əfsanəvi Con Vunun “Ölümün əli” (“Hand of Death”) filmlərində alır. Brüs Linin gözlənilməz ölümündən sonra çoxları Ceki Çanı onun davamçısı adlandırmağa başlayırlar. Rejissor Lo Vey isə hətta Cekiyə tərcüməsi “Əjdaha” olan “Sing Lung” adı verir. Məlum olduğu kimi, bu ləqəbi Brüs Li daşıyıb.

    Ceki Lo Veyin 6 filmində çəkilir. Lakin onlardan heç biri uğur qazanmır. Bu isə Cekinin Brüs Liyə çevrilmə ideyasının əsassız olduğunu sübuta yetirir. Nəticədə Çan belə imicdən əl çəkməyi qərara alır və özünü başqa qəhrəman rolunda təsəvvür edir. Bu, hadisələrin mərkəzinə təsadüfən düşən və pis oğlanlarla bir qədər fərqli, daimi zarafatları və məzəli tryukları ilə mübarizə aparan sadə oğlan olur. Həmin rolu Cekinin özü yerinə yetirir.

    1978-ci ildə “Sərxoş usta” filmində Çan özünü adət etmədiyi səliqəsiz və tənbəl Von Fey Hun rolunda sınayır. Bu səhnən bir qədər transformasiya olunmuş obrazını aktyor demək olar ki, sonrakı işlərində də canlandırır. Çanın ahıl və daha təcrübəli aktyor Yuen Syu Tyenlə yaratdığı duet kifayət qədər uğurlu alınır. Ona dünya şou-biznesinin ən üzdə olan simaları böyük diqqət yetirməyə başlayırlar.

    Kino karyerası ərzində Ceki Çan yüzlərlə filmdə çəkilib. Onun iştirakı ilə daha çox uğur qazanan filmlər “Gənc usta” (1980), “Təkərlər üstündə qəlyanaltı” (1984), “Əjdaha ürəyi” (1985), “Allahın yaraq-yasaqı” (1987), “Allahın yaraq-yasaqı-2: Kondor əməliyyatı” (1991), “Bronksda haqq-hesab” (1995), “Mister Sərt” (1997), “Mən kiməm?” (1998), “Pik saatı” (1998), “Şanxayın günortası” (2000), “Pik saatı-2” (2001), “80 gün dünya ətrafında” (2004), “Qadağan olunmuş çarlıq” (2008) olub. Filmlərdə ən sadəsindən tutmuş ən mürəkkəbinədək bütün tryukları aktyorun özü müstəqil şəkildə ifa edib. Buna görə də o, kino xadimləri və tamaşaçılar arasında böyük nüfuz qazanıb.

    Ceki Çanın 20-dən çox Honqkonq və əcnəbi kinematoqrafiya mükafatı var. Onun “ulduz”unu Honqkonqda və Hollivudda “Ulduzlar xiyabanı”nda və Moskvadakı Köhnə Arbat məhəlləsində görmək olar.

    “Əjdaha Çan” təkcə dünya kinosunda pərəstiş fiquru deyil, həm də bütün qitələrdə xeyriyyəçilik sferasında xadimdir. O, 2006-cı ildə bütün vəsaitinin yarısını xeyriyyə məqsədlərinə sərf edəcəyini açıqlayıb. Çan təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım aksiyalarında “xoşməramlı səfir” kimi müntəzəm çıxış edir, UNİCEF və digər uşaq təşkilatlarının tədbirlərini maliyyələşdirir.

    Ceki Çan 2008-ci ildə tam təmənnasız olaraq, Pekin Yay Olimpiya Oyunları haqda xəbəri bütün dünyaya çatdırıb. Hazırda isə Çan bu il Şanxayda keçirilən böyük beynəlxalq “EKSPO 2010” sərgisinin simasıdır. O, televiziya ekranlarından honqkonqluları yeri zibilləməməyə və pirat filmlərini almamağa çağırır. Çan Honqkonqda “Jackie Chan Sport” sağlamlıq klubu açıb və xüsusi məşq proqramı icad edib. “Jackie Chan” ticarət markası altında alıcılar üçün müxtəlif qiymətə müxtəlif görkəmli və populyar paltarlar – cins, şlyapa, panamalar buraxılır. O, dəriyə qulluq üçün təbii vasitələrdən ibarət xüsusi “The Jackie Chan Skin Care Line” seriyasının istehsalı ilə də məşğuldur.

    Ceki Çan 1983-cü ildə ilk dəfə ailə qurub. Onun həyat yoldaşı, tayvanlı aktrisa Lin Fen Tszyao 1982-ci il dekabrın 3-də Çan Ço-Min (Ceysi Çan) adlı oğul dünyaya gətirib. Aktyorun digər aktrisa Eleyn Ou İ-Leylə nikahdankənar əlaqələrindən Etta Ou Çok Lam (19 noyabr 1999-cu ildə anadan olub) adlı qızı da var.







    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Ceki Çan 55 yaşında

    oo tebrikler tebrikler bagislada gele bilmedim

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ceki Çan 55 yaşında

    dayi Bayramin mubus boyuk kisi olasan.
    [

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ceki Çan 55 yaşında

    kung-fu cekkkki tebrikler,o gun olsun 100 yasha

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.