Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Dünyanın əcəl saatı işə düşdü!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Dünyanın əcəl saatı işə düşdü!

    Şimal Buzlu okeanın buzlaşmış tavanı deşilib
    Şimal Buzlu okeanın buzlaşmış tavanında dəliklər yaranıb və dənizin buzlaşmış tavanında sıxılmış vəziyyətdə olan təhlükəli miqdarda metan qazı atmosferə sızmağa başlayıb.
    dəliklər okean tavanının Şərqi Sibir Arktik şelfi adlanan bölgəsindədir.İqlimşünaslar və geoloqlar bildirirlər ki, metan ehtiyatlarının çox cüzi qismi belə atmosferə daxil olması ani və kəskin qlobal iqlim dəyişikliyinə yol açacaq. Qorxunun iki səbəbi var. Birincisi, bölgədə donmuş okean tavasında sıxılmış vəziyyətdə olan metan ehtiyatlarının həcmi çox böyükdür. İkincisi, metan bu gün qlobal iqlim dəyişikliyinin əsas səbəbi sırasında göstərilən karbondioksitdən 30 qat daha təsirlidir. Hazırda bu dəliklərdən sızan metan qazı dünyanın bütün okeanlarının tavalarından sızan metan qazına bərabərdir. Ancaq sızma artarsa, bu həcm dəfələrlə artacaq.Dünyanın geoloji tarixində soyuq dönəmlərdə atmosferdə metan qazının həcmi 3/10 000 000, 4/ 10 000 000 nisbətində, isti dövrlərdə 6/10 000 000, 7/10 000 000 nisbətində olub. Ancaq Şimal Buzlu okeanın tavanında olan metan ehtiyatları atmosferə sızarsa, atmosferdə 18/ 10 000 000 nisbətindən də çox metan qazı olacaq.
    Bölgədəki metan ehtiyatlarının hətta 1 faizi belə atmosferə daxil olarsa, atmosferdə metanın miqdarı 3-4 faiz artacaq. Bu da zəif baş verən qlobal istiləşmənin sürətlənərək bəşəriyyət üçün faciəvi iqlim dəyişikliyə yol açmasını şərtləndirəcək. Rus alimlərinin apardıqları araşdırma zamanı Şimal Buzlu okeanın tavanında 100-dən çox dəlik aşkarlanıb. Donmuş tavan əriyir ki, bu da dəliklərin sürətlə artmasına və genişlənməsinə zəmin yaradır. Okean dərinliklərindəki metan qazı üzə çıxana qədər suda oksidləşərək, karbon oksidə çevrilir. Ancaq dəliklərin əksəriyyəti materikə yaxın yerlərdə olduğu üçün okeanda tam oksidləşmir və atmosferə daxil olur.
    [

  2. #2
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Dünyanın əcəl saatı işə düşdü!

    SALAM CANIM DOSTUM YAXSI YAZIDIR, BIR SEY DE VARKI TARIX NADIRI YARIYA GEDER OXUMUSAM AMMA SEN YAZANDAN HECNE ANLAMADIM

  3. #3
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Dünyanın əcəl saatı işə düşdü!

    Alıntı _SHEMS_ Nickli Üyeden Alıntı
    SALAM CANIM DOSTUM YAXSI YAZIDIR, BIR SEY DE VARKI TARIX NADIRI YARIYA GEDER OXUMUSAM AMMA SEN YAZANDAN HECNE ANLAMADIM
    salam sen yarsin oxudun mende ardinn mende basa dusmedim

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.