2 sonuçtan 1 ile 2 arası

Satanistlər haqqında

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Satanistlər haqqında

    Satanizm - şeytana ibadət Avropa ölkələrində geniş yayılmış inanclardan biridir. Doğrudur, Avropada satanizmlə məşğul olanların əməlində cinayət tərkibi yoxdursa cinayət məsuliyyəti də daşımırlar. Hər hansı qara libaslı varlığa, bəlkə də Şeytana xidmət edirlər. Pişiyə nifrət edir, insanlarla az əlaqə qurur vaxtının çox hissəsini qaranlıqda keçirdirlər. Əslində pisliyin və ya yaxşılığın tərəfdarı deyillər. Eqoist olur həyatdan hər şey almağa cəhd edir özlərini hər şeyin yaradıcısı hesab edirlər. İnam onlar üçün ikinci plandadır. Satanistlər yalnız bir şey haqda fikirləşirlər-ölümdən sonra həyat var və bu həyat yalnız onlara mənsubdur.Bu inancı qəbul edənlərin arasında yeniyetmə qızlar üstünlük təşkil edir.
    Qloballaşma dövründə artıq qonşu ölkələrdə və Azərbaycanda da satanistlərin təbliğatına qoşulanların sayı artır.

    1.AXMAQLIQ (Stupitiy)
    Satanist günahların ilki axmaqlıqdır. Axmaqlar acını-ağrını duymazlar. Satanistlər həyatın tələlərlə dolu olduğunu söyləyərək tələlərə düşməmək və axmaq olmamaq üçün səy göstərilməsi lazım olduğunu müdafiə edər.

    2.OLMADIĞIN KİMİ GÖRÜNMƏK (Preteniousness)
    Boş böbürlenmelerin narahat edici bir şey olduğunu söyləyərlər və Lesser Magic 'en kardinal qaydalarına xitab etmədiyini bildirilər

    3.SOLİPSİZM
    Satanizm 'e görə başqalarına qarşı davranışlarını dəngələmək lazımdır. Çünki qarşıdakı adam sənin istədiyin kimi olmaz yəni sənə ayaq uyduramayabilir. Bu səbəbdən ötəri Satanizm, adam sənə necə davranırsa adamın da ona elə davranmasını nəsihət edər və asanlıqla yanılmaya düşülə biləcəyini bu səbəblə hər an diqqətli olmaq lazım olduğunu bildirər.

    4.ÖZÜNÜ ALDATMAQ (Self - Decient)
    Satanistlər üçün ən böyük Kardinal günahlardan biridə özünü aldatmasıdır. Qarşındakı kəslərə hər hansı bir səbəbdən ötəri (tabu, ön mühakimə, xarici təzyiq v.s) olmamasına baxmayaraq böyüklük yaraşdırıb hörmət göstərməyi istəməzlər. Satanizm üçün əsl olan fərdi çıxardır və müqəddəs olan fərdin yalnız özüdür.

    5.SÜRÜYƏ UYMAQ (Herd Conformity)
    Bir adamın digər bir adamın istəklərini yerinə gətirə bilməsi ona bir çıxar təmin etməsi ön şərtinə bağlıdır. Əks halda bir çox adamın istəklərinə uymaq onu kölələşdirər. Bu səbəblə kölə olmaqdansa ağıllı bir başçı seçməlidir.

    Satanizmin 9 böyük məlumatı isə bunlardır:
    Satanizmə görə insan özünü çəkinməməli istədiyini etməlidir
    Satanizm ruhi ümidlər yerinə var olması müdafiə edər
    Satanizm nankor insanlar üçün vaxt xərcləməkdənsə haqq edənlərə incəlik göstərməyi önər
    Satanistlər özlərinə vuranlara digər yanaqlarını uzatmaqdansa intiqam almağı önər
    Satanizm vampir olmaq üçün vaxt xərcləməkdənsə daha həqiqi məsuliyyətlərini yerinə yetirmək lazım olduğunu müdafiə edər
    Satanizm bütün dinlərdə günah deyə söykədilən şeylərin romantik və zekasal zövqdən ibarət olduğunu müdafiə edər
    Şeytan kilsənin ən sadiq dostudur.
    Satanizmə görə insanlar heyvanlardan bəzən yaxşı amma əksəriyyətlə pislik edən canlılardır. Satanizm 'e görə insan özünü aldatmamalı ağılıyla olduğu kimi görünməlidir.
    SATANİSTLƏR NƏ ÜÇÜN PİŞİK QURBAN EDİRLƏR?
    Satanizmin gündəmə gəldiyi günlərdə bəzi TV kanallarında bir qisim Satanist ayinlər də göstərilmişdi. Bu vaxt bəzi Satanistlərin ayinlərində pişik qurban etdikləri və ətini qovurub yedikləri və qanını içdikləri ortaya çıxmışdı.
    Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Satanistlər yalnız pişik deyil, xoruz, dovşan kimi heyvanları da qurban edirlər. Çünki Satanist ayinində əsas olan hər hansı bir heyvanın qurban edilməsidir. Lakin ölkəmizdəki Satanistlər ümumiyyətlə pişiyi seçməkdədirlər. Bunun da fərqli səbəbləri vardır:
    Bəzilərinə görə pişik nankor bir heyvan olduğu üçün onu seçməkdədirlər.
    Səbəblərdən biri də asan ələ keçirilə bilməsidir.
    İnsanlar pişiyi sevər və dəyər verərlər. Buna reaksiya vermək məqsədiylə də edilə biləcəyi düşünülməkdədir.
    Necə ki Müsəlmanlar qoyun, keçi, mal kimi heyvanları qurban edirlərsə, Satanistlər də qurban vermə ehtiyacı duymuşlar və digər insanların seçmədiyi bir heyvan olaraq pişiyi seçmişlər. Çünki Satanizmin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də daim müxalifəti təmsil etmək, qarşı tərəfdə iştirak etmək və dinin qadağan saydığı bir şeyi xüsusilə etməkdir.
    Pişiyin qanını da, içənə ölümsüzlük duyğusu verəcəyi düşüncəsiylə içməkdədirlər. Bunun arxasındakı gerçək səbəb isə, Şeytanın eyni zamanda "qan içiçi" olaraq xarakterizə edilmiş olmasıdır. Başqa sözlə adam pişiyin qanını içdiyində, Şeytanın etdiyini etmiş və ya Şeytanla qaynaşmış olmaqdadır.

    Həyatda olmuş hadisələrdən biri
    Üçü qız, biri oğlan olan qurbanlarına zorla araq içirdəndən sonra satanistlər onların hər birini "Uca İblis"ə(LƏNƏTULLAH) sitayiş ayinlərinə müvaviq olaraq 666 dəfə bıçaqlayıblar. Daha sonra isə evin yanındakı ağacın altında tonqal qalanıb, qətlə yetirilmiş gənclərin cəsədləri şaqqalanaraq tikələrə bölünüb və tonqalda bişirilərək yeyilib.
    Yaroslavl şəhər milisinin verdiyi məlumata görə, tonqalın külləri arasında öldürülmüş gənclərin saçları tapılıb


    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Satanizm Haqqinda..


    Satanizm “Satanizm” - geniş yayılmış anlayışdır ve mahiyyetce, “ezoterika” (“ezoterika” - “gizli”, “qapalı”, “yalnız sirrden hali olanlar üçün” demekdir) ile eyni anlama gelir - amma o, sol ezoterikadır (yeni ki, enenevi ezoterikaya - Allahın iradesini qebul eden sağ ezoterikaya müxalif ezoterika).Satanizmin kökleri tarixin lap qedim qatlarına - göylerde baş vermiş fikir ayrılığı neticesinde Şeytanın Allahdan üz dönderib Ona qulluqdan imtina etdiyi dövre gedib çıxır. Felsefesi İblise (Şeytana) sitayişden ibaret olan Satanizm cereyanı bir sıra kriteriyalarına göre, F.Nitşe telimine uyğun gelir. Satanizmin bütün fealiyyeti Allahın qoyduğu qanunların pozulmasına ve Yer üzerinde hakimiyyetin ele keçirilmesine yönelib.

    “Satanizm”in kökleri Qedim dövrlerde satanizm daha çox gizli seciyye daşıyıb. XX esrde nehayet ki, bu cereyan bürünmüş olduğu sirr perdesinden çıxaraq aşkar fealiyyete keçib. Qedim zamanlarda satanizm teliminde antidinçilik ve Allahsızlıq aspektleri üstünlük teşkil edib. Bu aspektleri özünde qoruyub saxlasa da, çağdaş satanizm daha çox qara magiya ve merasimçiliye meyl edir. Enenevi olaraq satanizm dünyadakı resmi dinlerin (xristianlıq, islam, buddizm ve s.) eksine yönelmiş prinsiplere esaslanan bir telim olmaqla, şer qüvvelere sitayişi özünde ehtiva edir. Enenevi satanizmin özeyini şeytana itaet teşkil edir. Satanizmde sanki her şey baş-ayaqdır - islamda, xristianlıqda Şeytan (şer qüvvelerin hamisi) adlandırılıb lenetlenen ünvan satanistlerin tanrısı sayılır, bu dinlerde müqeddes sayılan ünvanlar satanizmde istehza ve lenet obyektine çevrilir. Bu telime göre, heyat nur ve zülmet qüvveleri arasında geden fasilesiz mübarizeden ibaretdir. Maraqlıdır ki, ateşperestlikde de beledir, amma ateşperestlerden ferqli olaraq, satanistler her zaman zülmet (şer) qüvvelerin terefinde dayanırlar. Hem de bu zaman onlar mehz şer qüvvelerin qelebe çalacağına inanırlar. Avropada satanizmin “pik dövrü” XVII esrin ortaları hesab olunur. Hemin dövrde satanizm daha çox Avropanın yüksek kübar dairelerinde geniş yayılıb. Müasir satanizmin ideya ilhamvericisi meşhur Kembric Universitetinin mezunu - okkultist ve “magiya”ya hesr olunmuş bir sıra kitabların müellifi Ao’lister Krouli (1875-1947) sayılır. A.Kroulinin fikrince, İblis - heç de insanın düşmeni yox, heyat, xoşbextlik ve mehebbet demekdir. Qeyd edek ki, A.Kroulinin A.Hitlere sonsuz reğbeti olub. Bu ingilis mistikin fikirleri sonralar bir çox satanist telimlerin, o cümleden en böyük satanist teşkilatı olan “Şeytan kilsesi”nin ideya esasına çevrilib. Amerika ve Qerbi Avropada bir çox satanist teşkilatları fealiyyet gösterir. Onlardan “Trapezondun min birinci kilsesi”ni (San-Fransisko), “Son mehkeme kilsesi”ni (Los-Anceles), “Asmodeus Cemiyyeti”ni (Vaşinqton), “Caduger ve Ovsunçuların Beynelxalq Assosiasiyası”nı (Nyu-York), “Beynelxalq magiya merkezi”ni (Blua şeheri, Fransa) ve s. öne çekmek olar. En meşhurları ise bunlardır: “Şeytan kilsesi”, “Lütseferçilerin Beynelxalq Assosiasiyası”, “Yaşıl orden”, “Qara melek”, “Cenub xaçı” ve s.
    “Şeytan kilsesi”nin (San-Fransisko) esası 1964-cü ilde Entoni Şandor La Vey terefinden qoyulub. Buna qeder E.La Vey gece klubunda orqan çalıb, San-Fransisko polisinde fotoqraf işleyib, sirkde çalışıb. Bu teşkilat hazırda en tanınmış satanist merkezi sayılır. E.La Vey özünü “Şeytan kilsesi”nin başçısı elan edib ve sonradan “Şeytan İncili” (ona “Qara İncil” de deyirler) kitabını yazıb. “Şeytan kilsesi” öz fealiyyetinde iki dünyagörüşü - materializmi ve “gedonizm”i (“gedonizm” - etikada bir istiqametdir ve heyatdan hezz almağı insan davranışının esas motivi ve meqsedi elan edir) esas götürür. “Şeytan kilsesi”nin ardıcılları ve terefdarları üçün İblis reallıqdan daha çox, remzi mena kesb edir. Mehz bu meqamda onların baxışları diger satanistlerin baxışları ile haçalanır. Cismani eylence ve dünyevi nemetler hemişe onların diqqet merkezindedir. Öz çıxışlarında La Vey deyib: “Mütleq qadağasızlığın ezemetli mebedi insanlığın sevinc menbeyine çevrile bilerdi... Amma bizim meqsedimiz bütün hemfikirlerimizi bir yere yığıb onların enerjisini cemlemek ve bunun kömeyi ile İblis adlandırılan qüvveni - tebietin qara qüvvelerini çağırmaqdan ibaretdir”. “. Bu satanist merkezi ardıcıl materialist ve antidinçi seciyye daşıyır. Onun heyat felsefesi Şeytanın vasitesile düyadakı her nesneden fayda götürmek ve her yerde rahatlıq, hezz axtarmaqdan ibaretdir. “Şeytan kilsesi”nin terefdarları (“adept”leri) aşağıdakı anlayışları bölüşmelidirler:

    - mütleq qadağasızlıq (heç neye qadağa qoymamaq);
    - heyvani yaşam;
    - heç ne ile korlanmamış müdriklik;
    - yalnız layiq olanlara qarşı xeyirxahlıq;
    - qisasçılıq;
    - günah işletmek.
    Satanizmin esasını teşkil eden ideyalar (tezisler) çox primitivdir:
    - İblis hamıdan güclüdür;
    - her kes özü üçün bir Allahdır;
    - vacibdir ki, her kes özünün deyişmez instinkt ve isteklerinin dalınca getsin;
    - vacibdir ki, her kes ictimai qanunların teleblerine qarşı çıxsın ve heç olmasa, onlara qarşı bigane olsun;
    - cemiyyetlerin sosial strukturlarını daxilden dağıtmaq lazımdır;
    - gerçek sevinc - öz düşmeninden qisas almaqdadır;
    - resmi dinlerle bağlı olan her şey mümkün olan hedde qeder lekelenmeli ve gözden salınmalıdır;
    - başlıca düşmen - resmi dinlerdir ve s.

    Satanistler iddia edirler ki, bütün dinler yalançıdır - bele ki, dinler çoxdur, amma onların hamısı mazoxizme meylli olan insanlar terefinden uydurulub. Guya ki, satanizm psixiatriya ile din arasındakı boşluğu doldurur. Şeytan mebedleri insanlar üçün insanın azad heyvani tebietinin (heyvani hisslerinin) sonsuz tüğyan etdiyi mekan olmalıdır. Onlar hissleri cilovlamaq evezine onları temin etmeyi - üstün tuturlar.
    Satanist exlaqı yalnız inkara esaslanmır, hem de bütün dini - heyati deyerlerin kökünden tehqir edilmesini nezerde tutur.
    ...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.