Nemət
Nemətə şükür etmək nemətdən daha yaxşıdır.
Şükür sevən şəxs şükürü tərk edib nemət tərəfinə gedərmi?
Şükür etmək nemətin canıdır. Nemət isə dəri kimidir, qabıq kimidir. Çünki səni dostun qapısına ancaq şükür aparır.
Nemət insana qəflət verir. Şükür etmək isə oyaqlıq gətirir. Sən ağlını başına topla və şükür tələsi ilə neməti ovla!
Sən Allahın nemətindən doyuncaya qədər ye, qarnın doysun, acgözlüyün də keçsin. Onun bunun qapısını döyüb artıq bir şey istəmə!

Qorxu
Madam ki, Allah sənə bir qorxu vermişdir, o qorxunu sən “Qorxma!” əmri bil, qorxma! Madam ki sənə boşqab göndərdi, çörək də göndərər.
Qorxu qorxmayan kişinindir. Yəni “Hikmətin başı Allah qorxusudur” kəlməsini bilməyən kişi üçündür.
Qəm, qüssə, kədər Haqq qapısında gəzib-dolanmayan və oraya sığınmayan bəxtsizlərin nəsibidir.



Atəş yandırmadı.
Bir gün zalım bir hökmdar Allaha inananları atəşə atdırır. Lakin atəş onları yandırmır. Bundan sonra hökmdar qəzəblənir və “Ey atəş! Bunları nə üçün yandırmırsan?” deyir. Atəş cavab verir:
- Mən bir it qədər də olmayım? İt öz sahibləri gələndə onlara quyruq bulayar, dişlərini qıcayar. Sən mənim yanıma gəl və gör səni necə yandıracağam!

Allah dostlarının hüzurunda olmaq.
Allah ilə oturub-durmaq istəyən Allah dostlarının hüzurunda otursun.
Allah dostlarının hüzurundan uzaq olsan, həlak olarsan.
Çünki sən küll olmayan cüzsən.
Şeytan bir şəxsi kərəm sahiblərindən ayırarsa, onu kimsəsiz bir hala qoyar. Belə olduqda başını yeyib onu məhv edər.
Mən əhli ilə oturub qalx ki, həm ehsan (yaxşılıq) əldə edəsən, həm də igid, comərd olasan.



Dil.
İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir.
Dil qazanın qapağına bənzər. Elə ki tərpənib açıldı, içində nə yemək varsa götürərsən.
“İnsan dilinin altında gizlənmişdir. Bu dil ruh qapısının pərdəsidir. Külək pərdəni qaldıranda evin içərisi bizə görünər.
Dil adlanan ət parçasından çaylar kimi hikmətl selləri axar.
Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə, o, yenə dilsiz sayılır.

Gecə.
Gecə qeybin dilidir.
Gecə gözümüzü başqa bir dünyaya açmaq üçün dünyamızın və maddənin örtüldüyü andır.
Gecə qorxularımızdan sığınacağımız və könlümüzü Uca Yaradana açacağımız dincəlmə zamanıdır.
Biz gecəni zənci kimi gördük. Halbuki o, huridir.

İman.
Ey sözdən ibarət bir imanla kifayətlənən! Bil ki, iman möhtəşəm bir nemət və böyük bir qidadır.
Ölünün belə yeyib dirildiyi o qidadan nəfs şeytanı dadmadan necə müsəlman olar?
Qurtuluş ümidi imandan gəlir. İman zəifliyindən də ümidsizliyə, iç sıxıntısına düşərsən.
Halbuki nə gözəldir inanılan müsəlman, iman sahibi və ibadət edən qardaşların ruhları.
İmanı özünə yoldaş etdinsə, dirisən, imanla getdinsə əbədisən...