2 sonuçtan 1 ile 2 arası

Peyğəmbərimizin mübarək üzünü güldürən səbəblər.

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Peyğəmbərimizin mübarək üzünü güldürən səbəblər.


    Peyğəmbərimiz sevincli bir xəbər aldığı və ya xoşuna gələn bir şey gördüyü zaman mübarək üzü işıqlanar, sevimli bir hal alardı. Bəzən bu sevincini mübarək dişləri görünəcək qədər təbəssüm edərək müəyyən edər və o an, inci kimi parlayan dişləri ətrafı işıqlandırardı.

    Peyğəmbərimiz çox dəfə gülər üzlü görsənərdi. Bu xüsusiyyətindən ötəri onu görən heyran qalar, üzünə baxmağa doya bilməz və yanından heç ayrılmaq istəməzdi. Canlarını uğruna fəda etməkdən çəkinməyən Səhabələrindən birini gördüyü zaman təbəssüm edər, könüllərini alardı. Cərir min Abdullah , "Rəsulullah (s.ə.s) məni gördüyü zaman mütləq üzümə gülümsəyərdi" . "Qardaşına gülərüz göstərməyin sənin üçün bir sədəqədir" buyuran Peyğəmbərimiz , bu nümunə davranışı öz şəxsində tətbiq etdiyi kimi, ümmətinin eyni şəkildə hərəkət etməsini tövsiyə edirdi.

    Peyğəmbərimiz , evdə də həmişə gülər üzlü olardı. Peyğəmbərimizin evdəki halını soruşan səhabələrə, Hz . Aişənin cavabı belə idi: "O, insanların ən yumşaq ürəklisi və yaxşılıq etməyi çox sevən idi. Onun evdəki halı sizdən biriniz kimi idi, ancaq gülər üzlü və təbəssümlü idi." Hz . Ənas izah edir: "Bir gün Rəsulullah aramızda idi. Bir az yatdı, sonra gülümsəyərək başını qaldırdı. Biz 'Nə üçün güldünüz, ya Rəsulullah ?' deyə soruşduq. 'Az əvvəl mənə bir surə endirildi buyurdu, Kövsər Surəsinin endiyini xəbər verdi. "
    Bir cümə günü idi. Bir Səhabə Peyğəmbərimizə yaxınlaşdı, "Yağış kəsildi, ağaclar qıpqırmızı oldu, heyvanlar həlak oldu. Allaha dua edin də yağış yağsın" dedi. Peyğəmbərimiz dərhal əllərini qaldırdı, dua etdi. Heç bir yağış əlaməti olmadığı halda elə bir yağış yağdı ki, ətrafı selə verdi. Bu vəziyyət qarşısında narahatlığa qapılan səhabələr təkrar Rəsulullaha müraciət etdilər : "Ey Allahın Elçisi ! Mallar həlak oldu, evlər xarab oldu, yollar kəsildi. Allaha dua edin də yağış kəsilsin." Bunun üzərinə Peyğəmbərimiz , Allahın, rəhməti bol bol göndərməsi qarşısında, insanların bu acizliyi qarşısında təbəssüm etdi.

    Bir Ramazan günü idi. Səhabələrdən biri Rəsulullaha gəldi, orucu pozan bir iş etdiyini söylədi və nə etməsi lazım olduğunu soruşdu. Peyğəmbərimiz , "Bir kölə azat et" dedi. Səhabə "Köləm yoxdur" dəyincə, Peyğəmbərimiz , "Heç ara vermədən iki ay oruc tut " buyurdu. Səhabə , "Dözə bilmərəm" deyincə də, "Elə isə altmış kasıbın qarınını doyur" şəklində yol göstərdi. Səhabə təkrar "Buna da gücüm çatmaz" dedi.

    O sırada Peyğəmbərimizə bir səbət xurma gətirildi. Peyğəmbərimiz xurmanı o səhabəyə verdi, "Al götür bunları, kasıblara payla" dedi. Səhabə "Məndən daha kasıblaramı? Vallah, Mədinədə bizdən daha kasıb bir ailə yox" dəyincə, Peyğəmbərimiz mübarək dişləri görülənə qədər gülidi və "Elə isə apar, siz yeyin" buyurdu.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Peyğəmbərimizin mübarək üzünü güldürən səbəblər.

    .
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.