5 sonuçtan 1 ile 5 arası

ALLAH BİLƏN MƏSLƏHƏTDİR

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    ALLAH BİLƏN MƏSLƏHƏTDİR


    ALLAH BILEN MESLEHETDIR.
    Bir nurani qocanın yolu dənizin kənarından düşür bir gün. Görür ki,sahil uşaqlarla doludur. Kimisi topla oynayır,kimisi bir-birini qovur, kimisi dənizdə çimir, bir sözlə əylənirdilər. Amma bir uşaq lap uzaqda təkcə oturub. Uşağın tək oturması qocaya maraqlı gəlir. Ona tərəf getməyə başlayır. Qoca nəfəsi təngiyə-təngiyə addımlayır,oğlana çatmağa 5-6 addım qalmış bir qədər uca səslə deyir:”Oğlum,niyə bu uşaqlara qaynayıb qarışmırsan? Niyə bir kənara çəkilib oturmusan? Ətrafına bax,gör necə də gözəldir. Tanrının yer üzünə bəxş etdiyi bu gözəlliyə baxıb zövq almaq,şükür etmək lazımdır,oğlum.”
    Oğlan başını qaldırmadan cavab verdi:”Allah məni məhrum edib bu gözəlliklərdən,baba. Yalnız eşidə bilirəm dənizin səsini, yaşıdlarımın gülüşlərini. Görəsən nə etmişəm,hansı səhvim olub ki, Allah belə cəzalandırıb məni? Neyləmişəm ki,həsrət qoyub məni gün işığına?”
    Oğlanın bu sözləri qocaya çox pis təsir etdi. Diz çökdü qoca. Əllərini açdı göylərə:”Ya Rəbbim! Ey yeri-göyü yaradan! Ey alilərin alisi! Rəhm et bu aciz quluna. Nur ver onun gözlərinə. Izn ver, görsün yer üzünə vurduğun naxışları...”deyə yalvardı.
    Tanrı qocanın dualarını eşitdi. Işıq verdi oğlanın gözlərinə...
    Bir müddət keçdi aradan. Yenə həmin yerdən düşdü qocanın yolu. Gördüklərinə inana bilmədi qoca. Həmin oğlan şüşələri sındırıb,çilik-çilik əzib üstündən qum səpirdi. Uşaqlar qaçanda,oynayanda şüşə qırıqları ayaqlarına batırdı. Oğlan isə kənardan baxır,onların acılarına gülür və demək olar ki, zövq alırdı. Bu səhnə çox pis təsir etdi qocaya.
    “Ey qadir Allah bağışla məni.Keç günahımdan. Səndən nə qədər əfv diləsəm yenə də azdır...”qoca dərin peşmançılıq hissi ilə uzaqlaşdı oradan...


    Çox vaxt işlərimiz düz getməyən zaman”Niyə belə oldu? Niyə elə mənim başıma gəlir belə işlər? Kimə neyləmişəm mən?”deyə gileylənirik,şikayətlənirik heyatımızdan. Amma unutmayaq ki,həyatda nə baş verirsə,ürəyimizcə olub olmamasından asılı olmayaraq,hər şey yaxşılığa doğrudur. Nə olursa olsun Allah bilən məsləhətdir.
    ..

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: ALLAH BİLƏN MƏSLƏHƏTDİR

    Hər şeyin ən gözəlii bilən Allahdır. Gözel yazi idi, ama Yazilarda Tanri əvəzinə Allah sözünü işlətməliyik. Çünki Tanrı Allahın adlarından biri deyidir. Mövzu üçün tesekkur!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: ALLAH BİLƏN MƏSLƏHƏTDİR

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Hər şeyin ən gözəlii bilən Allahdır. Gözel yazi idi, ama Yazilarda Tanri əvəzinə Allah sözünü işlətməliyik. Çünki Tanrı Allahın adlarından biri deyidir. Mövzu üçün tesekkur!
    cox sagol sende bunuda bilmirdim ( Tanrı Allahın adlarından biri deyidir.)

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: ALLAH BİLƏN MƏSLƏHƏTDİR

    tesekkur canim cox gozel idi..Her zaman ne olursa yaxsiliga dogru olur..
    Seni burda gormek coox xosdu
    ...

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: ALLAH BİLƏN MƏSLƏHƏTDİR

    Alıntı je_demeure Nickli Üyeden Alıntı
    tesekkur canim cox gozel idi..Her zaman ne olursa yaxsiliga dogru olur..
    Seni burda gormek coox xosdu
    sende sagol canim xos gunun olsun hemmese

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.