7 sonuçtan 1 ile 7 arası

Ruh...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ruh...


    Ruh - dilimizdə vətəndaşlıq haqqı qazanmış «ruh» anlamının fərqli mənasları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- «ruh». Məsələn, rus dilində «dux», «duşa» sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə «ruh» deyirik.
    Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə).
    ------------------------------------

    Digər açıqlamalar

    İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir. Yəni Rəbbimizin işindən olduğuna görə bu barədə düşünməyə də bilərsiz. Bu ayədən çıxış edən ilahiyatçıların böyük əksəriyyətinin dediyinə görə, ruh barədə müəyyən qənaətlər əldə etməkdən ötrü düşünməyə belə dəyməz. Göstərilən ayədə ruhun nə oduğunu anlatmaqdan ötrü insanın dünyagörüşü və dünyaduyumu artırmaq istiqamətində bir təşviq var. Quranda buyrulur ki, tək bir candan yaranır və İlahidən ona görkəm verilir. Sonra İlahi öz ruhundan ona üfürür. Yəni insanın mahiyyətinin özündəhəm can, həm də ruh var. Can yalnız insana aid olan məfhumdur, ruh isə İlahi materialdır.

    Ruh haqqında ən geniş biliklər Arilərə (türklərə) məxsus dini-fəlsəfi mənbələrdə, müqəddəs kitablarda- qədim Vedalarda (Baqavad-Qita, Şrimad Baqavatam və s., həmçinin Avesta da var.

    Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerci olan İlahi varlığın özüdür. Tanrını dərk məsələsində olduğu kimi, ruhun da tam anlamda dərki müşküldür, insan təfəkkürünə sığmazdır. Və elə ruhun mahiyyəti barədə iinsan təfəkkürünün acizliyi də, elə bilirəm, bundan doğur.

    Bəs insan dünyasını dəyişəndən sonra canın və ruhun aqibəti necə olacaq? Ruh birbaşa Tanrının özünə qayıdır, hər can ona qayıda bilməz. Quranda «can» sözü ərəbcə «nəfs» sözü ilə ifadə olunur. Bu, bizim çox zaman mənfi mənada «nəfs», «tamah» mənasını vermir. Tanrı lütfünün mütləq mənada hakim kəsildiyi bi fəza sistemi var ki, adına «cənnət» deyilir. Yalnız paklanmış canların, arınmış ruhların həmin məkana daxil olma məsələsi var. Amma Tanrının insanı yaratdığı zaman canına üfürdüyü o ruh isə birbaşa Tanrının özünə qayıdır. O çirkab götürmür, İlahi materialdır və hər bir insanda var. Təfəkkürümüzə təkan verən, bizi hərəkətə gətirən daimi bir enerjidir. İnsan dünyasını dəyişən zaman həmin o enerji bir başa Tanrıya qayıdır. Amma canda da enerji var. Yalnız paklanmış canlar bir başa cənnətə gedir, təmizlənməmiş canların isə din anlamında aqibəti cəhənnəmlikdir. Bəzi dinlərdə bu son məqsəd sayılsa da, yaranışın mənası və məqsədi cənnətə düşmək deyil. Mənəvi paklanmadan və tam ruhi təmizlənmədən sonra Tanrı dərgahına düşmək olar ki, ora da cənnətdən milyon dəfə üstündür.[1]

    Xristianlıqda Müqəddəs Ruh anlamı vardır ki, insan Ruhunu onunla qarışdırmaq olmaz.
    ------------------------------------

    Reinkarnasiya

    Reinkarnasiya - ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinə keçməsi.

    Ənənəvi İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir
    --------------------------------
    Cənnət

    Cənnət - əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. İslam dininə görə çeşmələr və çaylar, nar və xurma ağacları ilə zəngin olan cənnət 8 təbəqədən ibarətdir. Cənnətin üzərində allahın taxtı qurulmuşdur.
    ---------------------------
    Cəhənnəm

    Cəhənnəm (yəhudicə gehinnom - "Hinnom vadisi") - əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskəni. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar.

    OXUYUN, OXUYUN KI BILESIZ !!!
    [

  2. #2
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    Re: Ruh...

    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

  3. #3
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Re: Ruh...

    qorxuram ruhlardan
    Good Bye My Lover Good Bye My Friend

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    5

    Re: Ruh...

    men ruhlardan yox insanlardan qorxuram

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ruh...

    gece yadima dushecek ruhlar qorxacam.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Junior Member
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2

    Re: Ruh...

    RUH: Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə, xarici dünya haqqında bizə məlumat verən hisslərimizdən danışaq.

    Necə Görürük? Görmə prosesi olduqca mərhələli bir şəkildə reallaşır. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq fotonları gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir yolları vasitəsilə, beynin arxa hissəsindəki görmə mərkəzinə çatırlar. Bu elektrik siqnalı bir sira ardıcıl prosesdən sonra beyindəki bu mərkəzdə görüntü olaraq qavranılır. Yəni görüntü, əslində beynin arxasındakı kiçik və işığ şüalarının heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq bir nöqtədə yaşanır.

    Biz, "görürəm" deyərkən, əslində gözümüzə gələn işıq fotonlarının elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsiri" görürük. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

    Necə Eşidirik? Eşitmə hadisəsi də belədir: Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırır; orta qulaq bu səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərər. Eşitmə hadisəsi beyindəki eşitmə mərkəzində reallaşır. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirmir. Bu səbəbdən "çöl" nə qədər səs-küylü olsa da beynin içi tamamilə səssizdir.

    Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir: Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelindəki titrək tüklərdə olan qəbuledicilərə gəlir və burada qarşılıqlı təsir yaradarlar. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq çatdırılır və qoxu hiss edilir. Lakin qoxu molekulları beynə heç bir zaman çata bilməzlər. Səs və görüntüdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən beyninizdən xaicdəki obyektlərə aid bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik qıcıqlarıdır.

    Toxunma hissimizə gəlincə də, fərqli bir şeyin olmadığını görürük.. Bir cisimə toxunduğumuzda xarici dünyanı və əşyaları tanımağımıza səbəb olacaq məlumatlar, dəridəki sinirlər vasitəsilə beynə çatdırılırlar. Toxunma hissi beynimizdə meydana gəlir. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə də beynimizdəki toxunma mərkəzidir. Bizlər əşyalardan gələn elektrik qıcıqlarının beynimizdə şərh olunması nəticəsdə sərtlik, ya da yumşaqlıq, isti, ya da soyuq kimi maddələri bizimlə tanış edən fərqli-fərqli hisslər qəbul edirik.

    İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, bir sözlə, önünüzdə aid bütün görüntülər beyninizin içində görülməkdədir. Yaxşı bu görünütüləri atomlar görə bilərmi? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bir qisimi bu xüsusiyyətləri qazanmış, digərləri qazana bilməmişdir?... Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarət ola bilərmi? Bu sualları diqqətlə düşündüyümüzdə, atomlarda iradə, şüur axtarmağın bir mənası olmadığını görərik. Aydındır ki, görən, eşidən və hiss edən varlıq, maddədən daha dərin bir varlıqdır. Bu varlıq "canlı"dır və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə əlaqəyə keçir.

    Məhz bu varlıq "ruh"dur.

    "Maddi dünya" dediyimiz qavrayışlar toplusu, məhz bu, ruh tərəfindən seyr edilən bir xəyaldır. Necə ki, yuxumuzda sahib olduğumuz bədənimizin və yuxumuzda gördüyümüz maddi dünyanın bir əsli yoxdursa, içində yaşadığımız kainatın və sahib olduğumuz bədənin də maddi bir əsli yoxdur.

    Gerçək olan varlıq, ruhdur. Maddə isə, yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, bir atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyalar- deyil, bir "ruh"dur.

    Aydın məsələdir ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hiss və qavrayışlar çoxluğunu yaradan və davamlı olaraq yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı, bu cür möhtəşəm bir yaradılış sərgilədiyinə görə, sonsuz bir güc və elm sahibi olan Allahdır.

    Şübhəsiz Allah, göyləri və yeri zaval taparlar deyə (hər an qüdrəti altında) tutur. And olsun, əgər zaval tapacaq olsalar, özündən sonra artıq kimsə onları tuta bilməz. Doğrusu O, Həlimdir, bağışlayandır. (Fətır Surəsi, 41)

  7. #7
    Junior Member
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2

    Re: Ruh...

    RUHDAN QORXANLARIN NEZƏRİNƏ!!!

    RUHDAN QORXMAQ LAZIM DEYİL.

    UNUTMAYIN Kİ SİZ ÖZUNÜZ DƏ ANCAQ RUHDAN İBARƏTSİNİZ.

    HƏR HALDA İNSANIN ÖZÜNDƏN QORXMAĞINA DƏYMƏZ.

    QORXMAĞA TƏK LAİQ OLAN VARLIQ İSƏ UCA ALLAHDIR.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.