2 sonuçtan 1 ile 2 arası

Zəmzəm suyu haqqında bilmədiklərimiz

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Zəmzəm suyu haqqında bilmədiklərimiz


    Keçən əsrin 70 – ci illərində bir sıra alimlər Zəmzəm suyu haqqında müxtəlif fikirlər söyləyirdi. Onların qənaətinə görə, Zəmzəm quyusu dəniz səviyyəsindən aşağı olduğundan, qrunt suları ilə qarışma ehtimalı çoxdur. Onun mənbəyini tapmaq üçün quyunun suyunu nasosla çıxarmaq qərarına gəliblər. Nasosların failəsiz işləməsinə baxmayaraq, quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Belə olan halda suyun mənbəyini tapmaq üçün quyunun dibinə enməyə cəhd edilib. Bu zaman da qəribəliklər baş verib. Belə ki, quynun dibində, mütəxəssislərin ayağı altında qumun tərpəndiyi hiss olunub. Bu, onların addım atdığı hər yerdə hiss olunurdu. Tədqiqatçılara yalnız bu zaman aydın olub ki, quyunun dibində güclü təzyiqə malik , böyük su mənbəyi vardır. Araşdırmalar onu da sübut etdi ki, quyunun divarlarında heç bir sızıntı yoxdur. O ancaq yerin təkindən çıxan suyun hesabına dolur. Daha sonra usə analiz məqsədiylə quyudan gğtürülən nümunələr Avropa laboratoriyalarına göndərildi. Çox keçmədi, analizin nəticələri açıqlandı. Zəmzəm suyunun tərkibində Məkkənin digər sularından fərqli olaraq, kalsium və maqneziumun daha çox olması təsdiqləndi. Bu isə susuzluq və yorğunluqun aradan qaldırılmasında insnalara müsbət təsir göstərir. Zəmzəm suyu həm də mikrobları məhv edən florla zəngindir.
    Zəm zəm suyunun özəllikləri..
    1. zəmzəm tərkibində ən az kükürd olan sudur.
    2. başqa sulardan fərqli olaarq minerallarla zəngindir.
    3. zəmzəm suyunun mənbəyi hələ də tapılmayıb.
    4. yaxınlıqda heç bir quyu yoxdur və dənizdən 80km uzaqdadır. Belə ki, suyun dənizdən, yaxud başqa bir quyudan gəlmə ehtimalı yoxdur
    5. aclıq üçün içən insanın aclığını, susuzluq üçün içən insanın susuzluğunu aradan qaldırır.
    6. 1,5 metr dərinliyində olan kiçik bir quyudan çıxan su, Həcc mövsümü boyunca bütün ziyarətçilərin su ehtiyacını təmin edir.
    7. suyu heç vaxt bitmir, tükənmir, azalmır
    8. zəmzəm, tərkibində mikro-orqanizm və bakteriya olmayan yeganə sudur
    9. zəmzəm suyu heç vaxt beldən aşağı enmir və bədəndən yalnız tər vasitəsilə


    Rəvayət olunur ki, Həzrət İbrahimin uzun müddət övladı olmadığına görə, həyat yoldaşı Sara onu öz cariyəsi Həcərlə evləndirir. Bu evlilikdən İsmayıl dünyaya gəlir. İbrahim Peyğəmbər İsmayılı çox sevirdi. İbrahim Peyğəmbərin İsmayıla olan məhəbbəti Saranı narahat etməyə başlayır. Ailədə narazılıq yaranmasın deyə, Peyğəmbər İsmayılla anasını Bəkkə səhralığına gətirir. Çox keçmir ki, ana ilə uşağın suyu tükənir. Ismayıl ağlamağa, su istəməyə başlayır. Həcər bütün təpələrə çıxaraq onlara su verəcək kimisə görməyi ümid edirdi. Ana, yeddinci dəfə Mərvə təpəsinə çıxarkən gözü Həzrət Cəbrailə sataşır. Həzrət Cəbrail bu zaman ayağı ilə yeri qazırdı. Qəflətən o yerdən su çıxmağa başlayır. Suyun axdığını görəndə isə “dayan, dayan” mənasında “zəm, zəm” deyir. Beləliklə, “Zəm-zəm” ifadəsi burdan qalmadır.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Zəmzəm suyu haqqında bilmədiklərimiz

    Allah Razi olsun Gozel melumat idi !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.