Qısa müddətli, ötəri sevgilər

Quran əxlaqına əsaslanmayan sevgilər qısa müddət ərzində bitir. Sözgəlişi, tərəflərdən biri qarşısındakı adamdan umduğu mənfəəti əldə edə bilməyəcəyini görəndə, əvvəllər hiss etdiyi həyəcan dərhal bezikməyə çevrilir. Eynilə bir acizliyini görəndə və ya bir xəstəliyinə şahid olanda, o adam onun üçün artıq dözülməli olan bir insana çevrilir. Xüsusilə də bu adamın görünüşündə bir dəyişiklik olarsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalarsa və ya şikəstliyə səbəb olarsa, bu, o insan üçün sevginin sonu deməkdir. Çox adam ətrafındakı insanlardan eşidə və ya mətbuatda çıxan xəbərlərdə rast gələ bilər; çox yaxşı davam edən bir evlilik kimi göstərilən münasibətlərin sona çatma səbəbləri ümumiyyətlə, xəstəlik, acizlik və ya iflasdır. Həyat yoldaşı çox gözəl və ya zəngin belə olsa, onun xəstəlik müddətindəki acizliklərini gördüyü üçün aralarında olan sevginin bitdiyini söyləyən və bu səbəblə bir-birindən ayrılan bir çox ailə vardır. Eyni şəkildə, zəngin və varlı günlərində çox yaxşı anlaşdıqlarını düşünən bəzi insanlar mal-dövlətlərini itirmələri ilə birlikdə bir-birlərinə göstərdikləri sevgi və yaxınlığın da bir anda sona yetdiyini görürlər.

Halbuki həqiqi sevgi gün keçdikcə artar, əsla azalmaz. Qarşısındakı adamın əxlaqına görə dəyər verən bir insan, bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisi daha da artar. Bu insanın bir qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədənini yaraların örtməsi və ya buna bənzər bir çətinliyə düçar olması sevgiyə heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər qarşı tərəfin təvazökarlığını, kamilliyini artıra biləcəyi və o adamı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün sevgisi daha da güclənə bilər. Bu cür hadisələrin sevgiyə təsir göstərməməsinin səbəbi həqiqi sevginin insanın yaşadığı Quran əxlaqına əsaslanmasındadır. Bir insanın Allahdan qorxub çəkinməsi, hər an Onun rizasını axtarması və Quran əxlaqını ən gözəl şəkildə yaşaması, sevgini meydana gətirən əsl səbəblərdir. Bu səbəblə Quran əxlaqını yaşayan insanlar arasındakı sevgiyə bu cür hadisələr heç bir şəkildə mənfi təsir göstərməz, hətta daha da güclənərək artar.
(harun yahya Allah ağılla bilinir)