İnsan həqiqətən sevdiyi bir insanın axirətini düşünür

İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Bu dünya hər insan üçün keçici və yalnız sınanmaq üçün bir yerdir. Bu həqiqəti dərk edən möminlər bir-birlərinə olan sevgilərini əslində bir-birlərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın rizasına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Əks halda, insanın sonsuza qədər bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə əvəz görəcəyini bilmələri, iman gətirənlərin bu məsələdə böyük bir həvəslə və qərarlı hərəkət etməklərinə səbəb olar. Bir-birlərində gördükləri xətalı və ya qüsurlu cəhətləri vaxt keçirtmədən dərhal düzəltməyə və bir-birlərini Allahın ən çox razı olacağı əxlaqa çatdırmağa çalışırlar. Bir-birlərini daima yaxşı və gözəl olana dəvət edərək, pisliklərdən çəkindirməyə çalışarlar. Onların bu məsələdəki həvəs və səyləri bir-birlərinə olan həqiqi sevgilərinin də ən açıq-aşkar göstəricilərindən biridir. Allah Quranda iman gətirənlərin bir-birlərinin axirətlərinə yönələn bu güclü sevgi anlayışlarını belə xəbər verir:

«Mömin kişilərlə mömin qadınlar bir-birinə hayandırlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!» («Tövbə» surəsi, 71).
(harun yahya Allah ağılla bilinir)