Allah kainatı yoxdan var edib

Beləliklə, elm inkişaf etdikcə ortaya çıxardığı dəlillər "sabit kainat" nəzəriyyəsini tarixin arxivinə göndərdi. Bunun ardınca isə daha önəmli suallar meydana çıxmağa başladı ki, onların da ən başda gələni "Böyük partlamadan öncə nə var idi" sorusudur.

"Böyük partlamadan öncə nə var idi" sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük bir düzən içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamasından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək zorundadırlar. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, ünlü ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək, bunları bildirir:

- Mən də bir etiraf edəcəyəm - ateizm baxımından Big Bang modeli olduqca xoşagəlməzdir. Çünki elm faktik olaraq dinin iddiasını sübuta yetirib ki, kainatın bir başlanğıcı var. Mən hələ də ateizmə inanıram, amma etiraf edim ki, Big Bang-ın qarşısında ateizmi müdafiə etmək olduqca çətindir.3

İngilis materialist fiziki H.P.Lipson kimi bəzi elm adamları isə Big Bang nəzəriyyəsini istər-istəməz qəbul etmək zorunda olduqlarını etiraf edirlər:

- Məncə, bu nöqtədən daha da irəliyə getmək və yeganə izahın yaradılış olmasıyla razılaşmaq zorundayıq. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunun fərqindəyəm, amma əgər təcrübəylə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, xoşumuza gəldi-gəlmədi, onunla razılaşmalıyıq.4

Sonucda istəsələr də, istəməsələr də, elm materialist alimlərin qarşısına tək bir gerçəyi qoyur: maddə və zaman sonsuz güc sahibi olan, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz yaradan bir Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılıb.
"Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, hər şeyi öz elmilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar" ("Talaq" surəsi, 12).
(harun yahya Atom möcüzƏsi)

3. Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241
4. H. P. Lipson, "A Physicist Looks at Evolution", Physics Bulletin, vol. 138, 1980, s. 138