Hz.İbrahimin qövmünə etdiyi təbliğ



"Allaha və Peyğəmbərə itaət edin. Əgər boyun
qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq
bir təbliğdir" ("Maidə" surəsi, 92).

Bir müsəlman inkar ya da qəflət içində olan bir insana necə təbliğat aparmalıdır? Onu dinə necə dəvət etməlidir? Allah Quranda təbliğ ibadətinin yaxşı düşünülmüş metodlar və üslublarla aparılmasının vacibliyini bildirir. Təbliğin yeganə bir üslubu yoxdur. Bu üslub qarşıdakı adamın vəziyyətinə, içində olduğu şərtlərə, düşüncələrinə və inanclarına görə dəyişir. Məsələn, Allah ayələrdə Hz.Nuhun insanlara Öz varlığını həm "açıqca elan" etməsindən, həm də "gizli-gizli yollarla" anlatmasından, onları dinə yönləndirəcək dolayı metodlardan istifadə etməsindən bəhs edir ("Nuh" surəsi, 9).

Hz.İbrahimin öz qövmünə etdiyi təbliğdə də çox önəmli nümunələr var. Onun ən diqqətçəkici üslublarından biri qövmünə Allahı anladarkən onların vicdanlarını hərəkətə gətirəcək, onları düşündürəcək metodlardan yararlanmasıdır. Onlara suallar verərək düşünmələrini istəmiş və beləcə içində olduqları azğınlğı isbat etmişdir. Sitayiş etdikləri saxta tanrıların şüursuz bir taxta və daş parçasından ibarət oluğunu onlara göstərmiş, incə bir planla onların ağılla və qəlblə bundan kifayətlənməsini təmin etmişdir. Qövmünün əsrlərdən bəri içində yaşadığı şirk sistemini bu təbliğ üslubu ilə darmadığın edərkən onlara Allahın varlığını və birliyini də açıqlamışdır. Allah Quranda Hz.İbrahimin təbliğini belə bildirir:

"Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" -dedi. Ulduz batdıqda isə: "Mən batanları sevmirəm" - söylədi. Sonra doğan ayı görüb: "Bu mənim Rəbbimdir! - dedi. Ay batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım" - söylədi. Daha sonra doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" - dedi. Günəş batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!"" ("Ənam" surəsi, 76-79).



Hz.İbrahimin bu ayələrdə bildirilən Ay, Günəş və ulduzlar haqqındakı açıqlamaları özünün gerçək düşüncələri deyil, qövmünə yönəlik bir təbliğat üslubu kimi görünür (Doğrusunu Allah bilir.) Çünki gecə vaxtı gördüyü ulduzların və Ayın qısa bir zaman sonra (Günəşin doğması ilə) yox olacağını, Günəşin isə doğduqdan sonra təkrar batacağını əlbəttə Hz.İbrahim də bilir. Ancaq müşrik olan qövmü ağıl və məntiqdən yoxsul olduğu üçün Hz.İbrahim belə mərhələli bir izahat metoduna əl atmış olabilir.

Kitabın ilk bölümündə də üzərində durduğumuz kimi, o dönəmin bütpərəst cəmiyyətləri öz düzəltdikləri heykəllərlə bərabər Günəş, Ay kimi göy cisimlərinə də sitayiş edirdilər. Bu səbəblə Hz.İbrahim onların tanrılıq verdikləri bu cisimlərin nə üçün tanrı ola bilməyəcəklərini onlara sual-cavab yolu ilə açıqlamaq istəmiş ola bilir. Bunun üçün öncə ulduzların bir tanrı olmayacağını Allahın ona ilham etdiyi şəkildə isbat etmişdir. Hz.İbrahimin söylədiyi "Mən itib gedənləri sevmirəm" ifadəsi də yenə qövmünə yönəlik vacib bir məsajdır: bu şəkildə "tanrı" vəsfinə sahib olan varlığın əsla ölməyən və yox olmayan bir varlıq olduğunu dolayı olaraq anlatmışdır (Doğrusunu Allah bilir.) Belə ki, bunlar Rəbbimizin "Baqi" (davam edən, fani olmayan) və "Qaim" (idarə edib ayaqda tutan) sifətləridir.

Hz.İbrahim bunun ardından eyni üslubdan qövmünün sözdə tanrılarından biri olan Ay üçün istifadə etmiş və Ayın bir tanrı olmayacağını onlara yenə ağıllı bir yolla göstərmişdi. Daha sonra eyni məntiqi Günəş üçün də tətbiq etmiş və bu vaxt xüsusilə Günəşin "ən böyük" olduğuna diqqət çəkmiş ola bilər. Beləcə, qövmünün tanrı kimi qəbul etməsi ehtimal olunan ən böyük maddi varlığı da aradan qaldırmışdır. Günəşdən o yana qövmünün görə biləcəyi daha böyük bir maddi varlıq yoxdur və bu səbəblə bunun bir tanrı olmadığının anladılması şirk sisteminə önəmli bir zərbədir.

Hz.İbrahim ən sonunda da "Mən müşriklərdən deyiləm" sözləri ilə bütün bunları Allahın yaratdığını, Onun tək gerçək Tanrı olduğunu və özü də Allaha şirk qoşmadan iman etdiyini açıqlamışdır. Hz.İbrahimin bu sözərindən onun şirk sistemini çox yaxından bildiyi anlaşılır. O, bütün bu nümunələri bu təbliğ üslubu kimi vermiş və bu şəkildə onların səhv məntiqlərini, azğınlıqlarını ortaya çıxarmaq istəmişdir. Belə ki, ayələrdən də böyük bir azğınlq içindəki qövmünün onunla çəkişməyə çalışdığı anlaşılır:

"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?" ("Ənam" surəsi, 80).

Hz.İbrahim qövmünə təbliğ edərkən Allahın ilhamı ilə hərəkət etmişdir. İstifadə etdiyi metodlardan, verdiyi nümunələrdən Hz.İbrahimin Allahın vəhyi ilə hərəkət etdiyi anlaşılır. Allah "Bu, İbrahimə qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimizi dərəcələrlə yüksəldirik. Şübhəsiz, sənin Rəbbin hökm və hikmət sahibidir, biləndir" ("Ənam" surəsi, 83) ayəsi ilə Hz.İbrahimə qövmünə qarşı dəlillər verdiyini xəbər verir.


"Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər" ("Nəml" surəsi, 24).

Hz.İbrahimin istifadə etdiyi bu təbliğ metodu bütün müsəlmanlar üçün nümunədir. Bir mömin də təbliğ edərkən qarşı tərəfin çürük və əsası olmayan fikirlərini bir-bir darmadağın etməli və bunun qəti dəlillərini ortaya qoymalıdır. Bunun ardınca da təbliğ etdiyi adamları Allaha iman gətirməyə və yalnızca Ona qulluq etməyə dəvət etməlidir. Əgər bir insanın özünə büt etdiyi anlayış yıxılmazsa və bu qavramları şirk qoşmasına səbəb olan məntiqlər ortadan qaldırılmazsa, o adamın Allaha gerçək mənada iman etməsi və gerçək mənada müsəlman olması çətinləşir. Bütlərin yıxılması məsələn, insanların uyduğu batil ideologiyaların, fəlsəfələrin və ya bir neçə maddi varlıqların tərk edilməsi, gerçək imanın şərtidir.

Hz.İbrahimin təbliğindən onun Allaha olan sevgisi, coşğulu imanı və Allahın əmrlərini həyata keçirdiyi zaman göstərdiyi dəqiqlik açıq bir şəkildə anlaşılır. Qövmünə və atasına yönəlik etdiyi bir digər təbliğ yolu da onun Allahın seçib bəyəndiyi və insanlara üstün qıldığı gözəl bir insan olduğunu bizlərə ən gözəl şəkildə göstərir. Allah ayələrdə bu şəkildə bildirir:

"Onlara İbrahimin hekayətini söylə! O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" -deyə cavab vermişdilər. İbrahim demişdi: "Onları çağırdınız zaman sizi eşidirlərmi? Jaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?. Sizin və ulu babalarınızın?" ("Şuəra" surəsi, 69-76).

Juxarıdakı ayələrdən də göründüyü kimi, Hz.İbrahim qövmünə bütlərə sitayiş etməyin nə qədər böyük bir azğınlıq və ağılsızlıq olduğunu müxtəlif yollar və nümunələrlə anlatmışdır. Ancaq qövmünün bu xatırlatmalarına verdiyi tək cavab "biz bunu atalarımızdan gördük" olmuşdur. Öncəki bölümdə də üzərində durduğumuz kimi, bu cavab cahiliyyə cəmiyyətində çox tez-tez rastlanan, batil inancları məşrulaşdırmaq üçün istifadə olunan, vərdiş etdiyimiz bir cavabdır. Və haqq dinin qarşısında heç bir istinad nöqtəsi və arqumenti yoxdur. Bu ayələrin davamında Hz.İbrahim qövmünü Allaha iman gətirməyə dəvət etməkdə və onlara Rəbbimizi tanıtmaqdadır:

"Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 77-82).


Bu heykəldə Hammurapi azğın inanclarına uyğun olaraq Şumərin Günəş tanrısı olaraq qəbul edilən Şamaşı təmsil edən bir büt qarşısında hörmət göstərişində görünür.

Ayələrdən də göründüyü kimi, Hz.İbrahimin qövmü şirk qoşduğu bütlərinə sitayiş etməkdə qərarlı olduğunu davamlı olaraq təkrarlamaqdadır. Hz.İbrahim isə onlara Rəbbimizi ən gözəl sifətləri ilə tərifləyərək bunun cavabını verməkdədir. Allah kainatda olan canlı-cansız bütün varlıqları yoxdan var edəndir. Dünya üzərindəki bütün nemətləri insanların xidmətinə verən, onlara saymaqla bitirməyəcəkləri qədər tayı-bərabəri olmayan gözəllikləri bəxş edəndir. İnsanın dünyaya gəlişi, böyüməsi, yeməsi, içməsi, hərəkət etməsi, danışması, gülməsi, qısası, bütün həyatı Allahın istəməsi ilə gerçəkləşir. Hz.İbrahimin də ayələrdə bildirdiyi kimi, insan xəstələndiyi zaman ona şəfanı verən, yaxşılaşdırıb keçmiş sağlam halına qovuşduran aləmlərin Rəbbi olan Allahdır. Allah icazə vermədikcə nə dərmanların, nə də həkimlərin insanlara şəfa verməsi mümkün deyil.

İnsanı var etdiyi kimi əcəl gəldiyi zaman canını alacaq olan da Allahdır. İnsan hələ dünyaya gəlməzdən öncə neçə il, neçə saat, hətta neçə saniyə həyatda qalacağı Allah dərgahında bəlli olmuşdur. İnsanın həyatı boyunca başına gələcək hər hadisə, söyləyəcəyi hər söz, edəcəyi hər hərəkət onun qədərində yazılmışdır. İnsan Allahın təqdir etdiyi qədərinin xaricində hər hansı bir hərəkəti etməyə də, hansısa bir sözü söyləməyə də güc yetirə bilməz.

Allah dünya həyatını insanlara bir imtahan olaraq yaratmışdır. İnsanlara bir hidayət öndəri olaraq elçilərini göndərmiş, hidayət rəhbəri olaraq da ayələrini vəhy etmişdir. Hər insan axirət günündə həyatı boyunca elədikləri ilə hesaba çəkiləcək. Rəbbimizə iman edən, Ondan qorxub çəkinən, Allahın əmr və yasaqlarına dəqiqliklə əməl edən, bütün həyatını Onun razılığını, rəhmətini umaraq saleh əməllə keçirən iman sahibləri tayı-bərabəri olmayan nemətlərlə qarşılaşacaqlar. Allah qullarına qarşı çox mərhəmətli, çox bağışlayan və çox şəfqətli olandır. Allah hesab günündə iman edən qullarının pisliklərini örtəcəyini, onların səhvlərini bağışlayacağını və onlara sonsuz cənnət nemətləri ilə qarşılıq verəcəyini vəd etmişdir.

Burada çox önəmli bir mövzunu da xatırlatmaq faydalı olardı. İnsanın təbliğ edərək digər insanları hidayətə çatdırmaq gücü yoxdur. Təbliğ mömin üçün bir ibadətdir. Bu ibadətin müqabilində təbliğ edilən adamın iman gətirib-gətirməməsi tamamilə Allahın hidayət verməsinə bağlıdır. Allah qismət etməzsə, heç kimsə iman gətirə bilməz. Belə ki, Hz.İbrahimin Allaha olan imanından aldığı güclə apardığı bu təbliğatın müqabilində Allahdan qorxmayan, vicdanlarının səsini dinləməyən və düşüncə qabiliyyətindən məhrum olan qövmü inkarına davam etmişdi. Bundan başqa, iman gətirməyi qəbul etməməklə kifayətlənməyib eyni zamanda daha da azğınlaşaraq Hz.İbrahimi ölümlə təhdid etmişdilər. Hətta bir az sonra incələyəcəyimiz kimi, Hz.İbrahimi atəşə atmağa çalışmışlar. Bu səbəblə bu həqiqətlər unudulmamaldır: iman gətirən bir adam ətrafındakı insanları Allaha ixlasla və qətiyyətlə iman gətirməyə dəvət etməli, ancaq onların iman gətirməməsinə görə üzülüb kədərlənməməlidir.

Rəbbimiz bir ayədə "...Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) şəklində buyurmaqda və Peyğəmbərimizə (s.ə.v.) "İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?!" ("Şuəra" surəsi, 3) şəklində bildirməkdədir. Allah "Jusif" surəsində bu şəkildə buyurur:


"Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda Ona qayıdacaqdır. Jalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə..." ("Hud" surəsi, 123).

"Sən çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir! Halbuki sən bundan ötrü onlardan heç bir mükafat istəmirsən. Bu isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!" ("Jusif" surəsi, 103-104).

Hz.İbrahimin qövmünün içində olduqları sistemin mənasız olduğunu vicdanlı şəkildə görsə də inkarda təkidlə israr etməsinin səbəblərindən biri öz mənfəətinə qarşı olan düşkünlüyüdür. Jaşamaqda olduqları şirk sistemi onlara müxtəlif dünyəvi mənfəətlər qazandırır və qurulmuş bu sistemin dəyişməsi onların mənafeyi ilə üst-üstə düşmür (Eynilə Məkkədəki bütlər sayəsində böyük ticari qazanc əldə edən Məkkə liderlərinin Peyğəmbər əfəndimizin (s.ə.v.) apardığı təbliğata qarşı çıxması kimi). Bu, həqiqətdə Allahın peyğəmbərləri üçün uyğun gördüyü bir qanundur. Quranda bildirildiyi kimi, hər dönəmdə göndərilən elçilərə qarşı çıxılmış, peyğəmbərlər ölümlə hədələnmiş və heç bir əsli olmayan iftiralara məruz qalmışlar. Bu mübarək, qiymətli insanlar bəzən sehrbazlıq, bəzən dəlilik, bəzən də "şairlik", yəni Allah adına sözlər uydurmaq şəklində çirkin və əsilsiz iftiralara məruz qalmışdılar. Başqa sözlə, peyğəmbərləri günahlandıranlar onları azğın, özlərini isə haqq yolda elan etmək kimi bir saxtakarlığa əl atmaqdan çəkinməmişdilər.

Ancaq unudulmamalıdır ki, bu insanlar böyük bir ağılsızığın təzyiqi altındadır. Mənfəətlərini qorumağa çalışarkən əslində özlərini öz əlləri ilə əbədi davam edəcək bir əzaba sürükləyirlər. Allah gözəl əxlaqları, təqvaları, dərin imanları ilə üstün insanlara nümunə göstərdiyi peyğəmbərlərinə üsyan edən insanların uğrayacağı aqibət barədə xəbər verir:

"...Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar" ("Ali-İmran" surəsi, 112).
(harun yahya Hz.İbrahim və hz.lut)