Hz.İbrahimin məfkurəvi mübarizəsi

Hz.İbrahimin qövmü inkarda israr edən ən kobud və davakar bir cəmiyyət idi və ayələrdə də bildirildiyi kimi, bu qiymətli insanla mübahisəyə girməyə çalışmışdı. Hz.İbrahim isə başına gələn hər hadisədə böyük bir səbr göstərmiş, Allahı vəkil tutub Ona həmd edərək üstün bir əxlaq göstərmişdir. Hz.İbrahim qövmünə təbliğ edərkən daima bütün təbii dəlilləri ortaya qoymuş, Allahın ona bəxş etdiyi üstün hikmət sayəsində ən təsirli nümunələri vermiş və son dərəcə qaneedici bir metoddan istifadə etmişdir. O, Allahın xoşuna gələcəyi kimi bir əxlaq göstərmiş, insanlara hər zaman şəfqətlə və mərhəmətlə yaxınlaşmışdı.

Hz.İbrahim tətbiq etdiyi planla qarşısındakı bütpərəst cəmiyyətin batil inancının bütün təməl qaynaqlarını ortadan qaldırmışdı. Bu azğın inancların ən kiçik bir əqli təməli olmayan, məntiqə zidd gələn, Allahın vəhyinə tərs bir inanc olduğunu əsaslandırmışdı.

Qövmü və xüsusilə də atası Azər isə Hz.İbrahimə qarşı güc tətbiq etmək istəmişdi. Halbuki Hz.İbrahim sadəcə məfkurəvi bir çalışma etmiş, inkarçılara qarşı fikri bir mübarizə aparmağın nə qədər vacib olduğunu ortaya qoymuşdu. Qarşısındakılar onu daş-qalaq etmək, evindən qovmaq və hətta öldürmək istəmiş, amma o, qövmünün zülmlərinə gözəlliklə reaksiya vermişdi. Bu, Allahın iman edənlərə Quranda da əmr etdiyi üstün bir əxlaq özəlliyidir:

"Jaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" ("Fussilət" srəsi, 34).

Hz.İbrahim təvəkkül etmiş, camaatının düşməncəsinə davranışı qarşısında hər zaman Allaha olan gücü, imanı, səmimiyyəti, təslimiyyəti, ixlası ona güc vermiş, Allahın varlığını anlatmaq üçün çox təsirli metodlar tətbiq etmişdi. Həyatı boyunca çox böyük bir qətiyyət və şövqlə inkarçılara qarşı fikri mübarizə aparmış və Allahın rizası, rəhməti, cənnətindən başqa heç bir əvəz gözləməmişdi.

Bunu əsla unutmaq olmaz ki, hər kəsin iman etdiyi və Allahın rizasına görə yaşadığı bir cəmiyyət içində iman gətirmək daha asandır. Bu cəmiyyətdə insan ətrafındakı adamların həyatlarını gözləməyərək doğru yolu asanlıqla tapa bilir. Ancaq imansızların, Allahı inkar edənlərin sayca çox olduğu bir şəraitdə iman gətirmək, Allhın razı olacağı kimi bir həyat sürmək üçün daha ciddi bir qətiyyət lazımdır və bu səbəblə daha məqbul ola bilir. (Doğrusunu Allah bilir). Hz.İbrahim də bu yönü ilə Allahın insanlardın üstün tutduğu xoşbəxt bir peyğəmbərdir.

Günümüzdə bəzi adamlar ətrafındakı insanların bir qismini Allahın varlığını inkar etməsi və Quran əxlaqının xaricindən həyat sürməsi səbəbi ilə ümidsizliyə düşməkdə, Allahın rizasını qazanmaq yönündəki istəklərini itirməkdədir. Halbuki müsəlman bütün dünya inkar etsə belə Allaha könüldən təslim olmaq, Onun xoşlanacağı kimi bir həyat sürmək mükəlləfiyyətini daşıyır. Allah "Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 120) ayəsi ilə Hz.İbrahimin gerçək imanı təkbaşına yaşaya bilən, sadəcə Allaha yönələn bir qul olduğunu bildirir. Bu səbəblə də bütün iman edənlərin eynilə Hz.İbrahim kimi dəqiq qərar verib şərait nə olursa olsun, inkarçıların yalanları və tələləri qarşısında zəifləməməsi lazımdır.
(harun yahya Hz.İbrahim və hz.lut)