HZ.İBRAHİMİN TƏBLİĞATINDAKI HİKMƏTLƏR

Doğru olanları insanlara sorğu-sual yolu ilə göstərmək

Hz.İbrahim şirk qoşan qövmünə sitayiş etdikləri bütlərin heç bir şeyə gücünün çatmayacağını sual verməklə onları düşündürmüşdü:

"...Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?" ("Ənbiyə" surəsi, 66).

Sual vermək insanların öz məntiqlərindən istifadə edərək içinə düşdükləri vəziyyəti görməyinə şərait yaradır. Bu çox önəmli bir təbliğat metodudur. Allahı inkar edən insanlar səmimi və hikmətli suallar qarşısında çox böyük bir çətinliyə düşərlər. Çünki Allahın varlığı açıq dəlillərlə ortadadır. Allahın dinindən üz çevirərək və Allahı unudaraq bir həyat qurmağın böyük bir aldanış olacağı aydındır. Ağıl və vicdan sahibi olan insanlar Allahın sonsuz güc və qüdrətini anlayar, Onun hər şeyə gücünün çatdığını, sonsuz elm və hikmət sahibi olduğunu bilir və bütün həyatlarını Allahın rizası üzərində qururlar. Şeytanın təsiri ilə bu gerçəklikləri düşünməyən qafil insanları oyandırmanın təsirli yolu isə onları bu qəflət yuxusundan oyandıracaq, gözlərini açacaq suallar verməkdir. Allah Quranın bir çox ayəsində insanları müxtəlif suallarla düşünməyə dəvət edir:

"Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükr etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!" ("Vaqiə" surəsi, 68-74).

Möminlər din əxlaqını anladarkən qarşılarındakı adamın vəziyyətinə, şüurunun açıqlığına və vicdanlı davranıb-davranmamasına görə bir çox metodları sınaqdan çıxara bilərlər. Əgər təbliğ edilən adam Allahın ayələrinə qarşı duyğulu, vicdanı açıq bir adamdırsa, Allahın izniylə onun din əxlaqını qavraması çox asan olur. Fəqət, Hz.İbrahimin qarşısındakılar kimi təkəbbürlü və zalım bir cəmiyyətdirsə, bu halda onları bu şəkildə "oyandırmaq", qəflət halından çıxarmaq, fikrən sarsıtmaq lazımdır. Belə insanlar təkübbürü üzündən doğrunu görməyəcək, görsə də qəbul etməyəcək bir şüursuzluq içindədir. İnadla öz inanclarının doğruluğunu müdafiə edir və fərqli bir fikri dinləməyə hətta razılıq da vermirlər. Belə bir vəziyyətdə qarşı tərəfin müdafiə etdiyi fikri darmadağın etmək üçün o adama suallar vermək ən hikmətli və ən tez nəticə verəcək üslublardan biridir. Beləcə, adam öz müdafiə etdiyi azğın inancında ziddiyyətə düşəcək. Və öz ağılsızlığına, batil və azğın bir inanca necə girdiyinə xüsusilə özü şahid olacaqdır.

"Ey qövmümüz! Allahın carçısını qəbul edin və ona iman gətirin. Allah günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər! Allahın carçısını qəbul etməyən yer üzündə qaçıb canını Ondan qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-
aşkar azmışlar!" ("Əhqaf" surəsi, 31-32).

"O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim" ("Nuh" surəsi, 5-9).

Sual verməyin digər bir önəmi də qarşı tərəfin anladılanlar üzərində düşünməkdən qaçmasını əngəlləməkdir. Çünki insan Quranda bildirildiyi kimi, höcətə və mübahisəyə meylli bir varlıqdır. Jəni fərqli bir fikrin anladılmasının müqabilində bir çox adam ümumiyyətlə əks hücuma keçib öz fikrini müdafiə etməyə çalışacaq. Bu nəticəsiz çəkişməni əngəlləməyin bir üsulu sual verməklə və beləcə adamın öz fikrini soruşmağa yönəltməkdir. Şeytan insanların Allahın, axirət gününün, cənnət və cəhənnəmin varlığı kimi önəmli mövzular üzərində düşünməsini əngəlləmək istədiyindən onları daim gerçəklərdən qaçacaqları bir davranışa yönəltməyə çalışır. Sual metodundan bu tipli adamlara qarşı istifadə oluna və sözügedən adamların Allahın varlığı, dünya həyatının məqsədi, ölümdən sonra nələrin olacağı, hesab günü kimi daha öncə bəlkə də heç düşünmədikləri gerçəklər üzərində düşünməsi təmin edilə bilər.

"Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! -deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Jer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!" ("Nəhl" surəsi, 36).
(harun yahya Hz.İbrahim və hz.lut)