Hz.İbrahim güc və bəsirət sahibi idi, doğrunu seçmə qabiliyyətinə malikdir



"Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, Məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!" - demişdi" ("Təhrim" surəsi, 11).

Allah Quranda Hz.İbrahimin "güc və bəsirət" sahibi bir qul olduğunu bildirir ("Sad" surəsi, 45). Bəsirət "baxış, görüş" mənasına gəlir, hadisələrə hikmətlə baxa bilməyi, dərin qavrayış gücünü ifadə edir. Allahın dərin imanı, səmimiyyəti və təslimiyyəti ilə insanlara nümunə qıldığı bütün peyğəmbərlər kimi Hz.İbrahim də bu hədəfinə uyğun qərarlar verən, irəlini görə bilən bəsirət sahibi bir peyğəmbərdir.

Digər ayədə isə Rəbbimiz Hz.İbrahimə "rüşd", yəni kamillik verdiyini bildirir:

"Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik" ("Ənbiya" surəsi, 51).

Ayədəki "rüşd" kəlməsi "haqq bir doğru yolla qətiyyətlə, tam və üstün bir hədəfə vurmaqla, əmin addımlarla getmək, doğruya yönəltmək" mənalarına gəlir. Allahın bu gözəl cəhətlərlə gücləndirdiyi Hz.İbrahim fərasət və bəsirət, uzaqgörənliyi, mütərəqqi fikirli olması, doğru ilə səhvi bir-birindən ayırması və uyğun qərar verməsi ilə inkarçılara qarşı böyük bir mübarizə aparmışdı. Bütün bu xüsusiyyətlər onun Allahdan içi titrəyərək qorxan, Rəbbimizin ayələrini tətbiq etmək məsələsində çox dəqiq bir qul olduğunu bizlərə göstərir. Necə ki, Allah Ondan qorxanlara bu böyük nemətin veriləcəyini bir ayəsində belə bildirir:

"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!" ("Ənfal" surəsi, 29).

Rəbbimizin Hz.İbrahimə bəxş etdiyi üstün cəhətlər bu xoşbəxt insanın inkarçılara qarşı son dərəcə təsirli və ağıllı bir mübarizəsinə səbəb olmuşdu. Bunun sonunda da Hz.İbrahim və onun tərəfdarları üstün gəldilər.

"Doğruluq" və "doğrunu seçmə" Peyğəmbər əfəndimizin (s.ə.v.) də möminlərə həmişə xatırlatdığı çox önəmli mömin cəhətlərindəndir. Peyğəmbərimizin (s.ə.v.) bununla bağlı bəzi tövsiyələri bu şəkildədir:

"Allaha inandım de, sonra da doğru ol!".9

"Kim ki Allah və Rəsulunun onun sevməsindən xoşlanırsa, doğrunu söyləsin".10

"Allah bir kimsənin xeyrini murad edərsə, onu doğruya irşad edər".11

"Doğruluq (sidq) yaxşılığa aparır Jaxşılıq da cənnətə çatdırır. İnsan doğru söyləyə-söyləyə sonunda Allah dərgahında doğru kimi yazılır. Jalançılıq pisliyə, pislik də cəhənnəmə aparır. İnsan yalan söyləyə-söyləyə sonunda Allah dərgahında yalançı kimi yazılır".12
(harun yahya Hz.İbrahim və hz.lut)

09- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 2. cilt, 236
10- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 2, s. 397
11- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 2, s. 447
12- İmam Nevevi, Riyaz'üs-Salihin, cilt 1, s.166